Aksiz vergisi ödəyiciləri ilə bağlı hansı maliyyə sanksiyaları və cərimələr mövcuddur?

posted in: Vergi, Xəbər | 0

Aksizlər üzrə qanunvericilikdə məsuliyyət növləri

Azərbaycan Respublikası qanunvericiliyi vergi hüquqpozmaları zamanı bir sıra məsuliyyətlər nəzərdə tutur. Vergi hüquqpozmaları dedikdə vergi ödəyicilərinin, vergi agentlərinin (VM, fəsil II), onların vəzifəli şəxslərinin, habelə tənzimləyici orqanların vəzifəli şəxslərinin Vergi Məcəlləsi  və digər qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə  yaxud lazımınca yerinə yetirilməməsinə səbəb olan hüquqazidd hərəkətləri başa düşülür.

Vergi qanunvericiliyinin və icrası tənzimləyici orqanlara həvalə edilmiş digər qanunvericilik aktlarının  pozulmasına görə aşağıdakı hüquqi məsuliyyət növləri tətbiq edilir:

  • maliyyə;
  • inzibati;
  • cinayət.

Aksiz vergisi digər vergilərdən fərqli olaraq həm ümumi qaydada vergilərlə bağlı hüquqpozmalara görə, həm məhz özü ilə bağlı hüquqpozmalara görə inzibati, cinayət məsuliyyətinə səbəb ola bilən vergidir. Dövlətin, vergi orqanlarının bu sahədə nəzarəti güclüdür. Çox təəssüf ki, bu sahədə bəzi işbazlar saxta aksiz markası, marka olmadan malları saxlamaq, satmaq kimi əməllər törətməkdən əl çəkmirlər.

Bu məqalədə sizi aksiz vergisi ödəyicilərilə bağlı Vergi Məcəlləsilə nəzərdə tutulmuş bir sıra maliyyə sanksiyaları, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş müəyyən cərimələr, Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayət məsuliyyətləri ilə tanış edəcəyik.

Aksiz vergisi üzrə maliyyə sanksiyalarının tətbiq edildiyi hallar

Maliyyə sanksiyasının tətbiq edildiyi hallar verginin bilərəkdən azaldılması ilə əlaqədardır. Belə hallara nümunə kimi təqdim edilən aksizli malların uçota alınmaması yaxud aşağı dəyərlə uçota alınması, təqdim edilən malların qiymətlərini  faktiki qiymətdən aşağı rəsmiləşdirmə, hesabatlarda aksiz vergisinə cəlb olunan əməliyyatın azaldılması yaxud heç göstərilməməsi hallarını göstərmək olar. Həmçinin əvəzləşdirilmə yaxud büdcədən geri alınacaq dövriyyələrin dəqiqləşməsi zamanı saxta vergi hesab-fakturalardan istifadə, həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər şərtlərin gözlənilməməsi də bu cür pozuntulara səbəbi ola bilər.

Aksiz vergisi üzrə maliyyə sanksiyalarının tətbiq edildiyi halları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • aksizli əmtəə istehsalçılarının vergiyə cəlb edilməli əməliyyatın dəyərinin azaldılması;
  • əvəzləşdirilməyə yaxud büdcədən qaytarılmaya görə aksiz dövriyyəsinin düzgün təyin edilməməsi;
  • aksiz hesabatı təqdim etməməklə məbləğlərin büdcədən yayındırılması;
  • hesabatlarda əvəzləşdirilən, büdcədən geri qaytarılmalı, sıfır dərəcə ilə vergiyə cəlb edilməli dövriyyələrin səhv göstərilməsi;
  • əməliyyat vaxtının, malların təqdim edilmə yerinin düzgün müəyyən edilməməsi;
  • nəzarət-ölçü cihazların göstəricilərinə müdaxilə, aksiz vergisi ilə bağlı plombların zədələnməsi;
  • aksiz markası ilə markalanmama, düzgün olmayan uçot, markaların inventarizasiyasının düzgün aparılmaması;
  • aksizli məhsulların marka vurulmadan satışı yaxud istehsal binasının hüdudlarından kənara buraxılması;
  • aksizlər üzrə əvvəlki aksiz vergilərini ödəmədən yeni aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması.

Qeyd edilən mümkün pozuntuların qarşısını vergi nəzarəti tədbirlərini mütəmadi tətbiq etməklə almaq mümkündür. Aksizli mallar üzərində vergi nəzarəti Vergi Məcəlləsinə (maddə 194) və AR Nazirlər Kabinetini təsdiq etdiyi qaydalar əsasında aparılır.


Vergi hesablamalarının düzgünlüyünə əminlik sizi maliyyə itkisindən qoruyur


Aksiz vergisi üzrə hüquqpozmalarda tətbiq edilən maliyyə sanksiyaları

Aksiz markaları tətbiq edilmədən, məcburi nişanlama olmadan aparılan əməliyyatlar zamanı tətbiq edilən maliyyə sanksiyaları VM-in 58.4 maddəsi ilə nizamlanır.

Aksiz markası ilə markalanmalı olan aksizli malların VM-nin tələblərinə uyğun olmayaraq kənara çıxarılması cərimələrə səbəb olur

 

Maliyyə sanksiyaları vergi hüquqpozmasına görə məsuliyyət tədbiridir və pul cəzası (cərimə) şəklində tətbiq edilir. Aksiz vergisi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilə bilər:

  • vergi bəyannamələrinin əsassız olaraq müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – 40 manat;
  • heç bir əsas olmadan VM-in 89.3-cü maddəsinin tələblərinə uyğun məlumatları müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – 100 manat;
  • VM-in 58.1 maddəsində qeyd edilən hallarda (vergi hesabatlarında göstərilməli olan məbləğlərin azaldılması, hesabatları təqdim etməməklə vergidən yayınma) – azaldılan yaxud yayındırılan vergi məbləğinin (kameral yoxlama zamanı əlavə hesablanmış məbləğlər istisnadır) 50 faizi miqdarında;
  • Vergi nəzarəti zamanı VM-in 194.1 maddəsinin tələblərinin pozulması zamanı həmin məcəllənin 58.9 maddəsinə uyğun – 5000 manat.

Aksiz markası ilə bağlı da bir sıra cəzalar nəzərdə tutulub. Bu cəzalar VM-in 191.2 və 194.2 maddələrinə uyğun tətbiq edilə bilər.

Qeyd etdiyimiz kimi, aksiz vergisi ödəyicilərinə maliyyə sanksiyaları və cərimələrdən başqa inzibati və cinayət məsuliyyəti tədbirləri də nəzərdə tutulub.


İqtisadçı-mühasib peşəsi

posted in: iqtisadiyyat, muhasibat, Məqalə, Xəbər | 0

İqtisadçı-mühasib həm mühasibat uçotunu, həm də müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini planlaşdırır. Nağd pul vəsaitlərinin və mal-maddi dəyərlərin uçotunu aparır.

Bu peşədən olan adamlar ilk növbədə məsuliyyətli və mütəşəkkil olmalıdırlar, çünki hesabatın gec təqdim edilməsi və ya hər hansı sənədin itirilməsi şirkətə baha başa gələ bilər. Bundan əlavə, onlar rəqəmləri sevməlidirlər, çünki hər gün onlarla məşğul olmaq məcburiyyətində qalacaqlar və istənilən bir səhv müəssisə üçün böyük itkilərə gətirib çıxara bilər. Həmçinin yüksək diqqət və səliqəlilik, əzmkarlıq və tələbkarlıq, səhihlik və səbrlilik tələb edir. Yaxşı yaddaşa malik olmaq da pis deyil və ən əsası isə susmağı da bacarmaq lazımdır (çünki çox vaxt mühasib kommersiya sirlərini qorumalı olur). Həmçinin erudisiya və yaradıcı yanaşma tələb edir.

Bu ixtisasın nümayəndələri aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

  • məntiqi düşüncə;
  • yüksək diqqətlilik;
  • rəqəmsal materialın yaxşı qavranılması və çoxaldılmasının yüksək sürəti;
  • tarazlıq;
  • əzmkarlıq;
  • dəqiqlik;
  • tələbkarlıq;
  • əla yaddaş;
  • diqqətin dəyişdirilməsi və paylanması;
  • obyektivlik;
  • soyuqqanlılıq;
  • yüksək məsuliyyət hissi.

Keçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi?

posted in: Xəbər | 0

artıq ədv məbləğləri, artıq ödənilmiş ƏDV,Konsaltinq şirkətinin yoxlaması zamanı ərzaq mağazasında 2020-ci ildən quraşdırılmış onlayn nəzarət-kassa aparatı ilə ƏDV-dən azad olunan məhsulların satışının düzgün aparılmadığı aşkarlanmışdır. Keçmiş dövrlər üzrə hesablanmış artıq ƏDV məbləğlərinin azalması və ödənilmiş artıq ƏDV məbləğlərinin şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsi mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-dən azad olunan malların (işlərin, xidmətlərin) dairəsi Vergi Məcəlləsinin 164-cü maddəsində göstərilmişdir. Eyni zamanda, ƏDV-yə cəlb edilən əməliyyat çərçivəsində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri ƏDV-nin vergitutma obyektini yaradır. ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilən tələblərə uyğun olaraq həyata keçirilir.

ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı hallarda bu əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyat sayılır.

Sorğuda qaldırılan məsələ ilə bağlı vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatlar, işin faktiki halları barədə məlumatlar və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

Mənbə: vergiler.az


Beynəlxalq daşımalar həyata keçirilərkən vergi hansı şərtlərlə ödənilir?


Kapital Bank-ın Mobil-POS xidmətinə yeni taksit funksiyası əlavə olundu

posted in: Xəbər | 0

Mobil-POS xidmətiKapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib. Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər. Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.

Mobil-POS funksiyasını həm “iOS”, həm də “Android” əməliyyat sisteminə malik smartfon vasitəsilə sifariş etmək mümkündür. Lakin bu xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması zəruridir. Xidmətdən Müştəri Bank istifadəçiləri yararlana bilər. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.

Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün əlverişli olan xidməti tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar.

Qeyd edək ki, Kapital Bank 2022-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxs və fərdi sahibkarlara Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.


1 574 575 576 577 578 579 580 2. 702