Vergi Məcəlləsinə dəyişikliklər 2023: hansı yeniliklər var?

posted in: Xəbər | 0
birbank biznes

Dəyişikliklərin əsas istiqamətləri

Milli Məclis tərəfində qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ilin yanvarın 1-dən tətbiq edilməyə başlanıb. Dəyişiklikləri 5 istiqamətdə qruplaşdırmaq olar. Onlar hansılardır?

  1. Ölkədə investisiya mühitinin təşviqi: belə təşviq tədbirləri yerli istehsalı da əhatə edir;
  2. Ölkədə ləğv prosesində olan banklar var, ikinci istiqamət onların sabit vergi xərclərinin optimallasdırmağa yönəlib;
  3. Vergi inzibatçılığında bəzi məsələlərin tənzimlənməsi və təkmilləşdirilməsi;
  4. Sosial xarakterli güzəştlərlə əhalinin vergi və maliyyə yükünün azaldılması;
  5. Azərbaycanın beynəlxalq reytinqinin yüksəldilməsinə yönəlmiş dəyişiklikləri.

İşğaldan azad olunmuş ərazilərdə tətbiq ediləcək vergi azadolmaları

Birinci qrupa daxil olan dəyişikliklərin bir qismi “İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə dair” Prezident fərmanı ilə qarşıya qoyulan tapşırıqların icrasına yönəlib.  Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildə və sonrakı illərdə işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işlərinə öz müsbət təsirini göstərəcək. Belə ki, dəyişikliklərdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar müəyyən edilib. Həmçinin, həmin ərazidə istehsal fəaliyyəti ilə məşğul olan  ƏDV ödəyiciləri üçün də bir sıra vergi azadolmaları tətbiq edilir. Belə fəaliyyət sahələri müvafiq siyahı ilə təsbit olunur.

Yerli istehsalın təşviqi

Aqrar sahənin inkişafının sürətlənməsi əsas prioritet kim müəyyən edilib. Müəyyən edilmiş   tədbirlər, vergi və vergitutma güzəştləri idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsinə yönəlib. Həmin məhsulların əhatə dairəsi, onların maya dəyərinin aşağı salınması istiqamətində işlər, maya dəyərinə daxil olan xərc maddələrinin optimallaşdırılması, aqrar sahədə qiymət əlçatanlığını təmin edilməsi qarşıda duran əsas məsələlərdir, aqrar emal müəssisələrinə vergi təşviqləri də buna yönəlib.

Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildən etibarən investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən bu tədbirlərlə yanaşı, həm də istehsal sahələri qurmaq üçün idxal olunacaq əsas vəsaitlərin ƏDV-dən azad olunmasın da nəzərdə tutulub. Həmin əsas vəsaitlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Sosial xarakterli vergi güzəştləri

Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildən vergi ödəyicilərinin bir sıra kateqoriyaları üçün güzəştlər nəzərdə tutub. Məsələn:

  • şəhid övladları, onların valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən azad edilr.
  • 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları ilə yanaşı artıq onların övladlarına da 100 manatlıq vergi güzəşti tətbiq edilir.

Digər güzəşt 2019-cu ildən tətbiq edilən “ƏDV geri al” layihəsi ilə bağlıdır. Tətbiq edilən yenilik geri qaytarılan ƏDV faizləri ilə bağlıdır. Belə ki, nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya qaytarılan 15%-lik hissə 17,5%-ə qaldırılıb, nağd əməliyyatlar üzrə isə 10%-lik ƏDV hissə 5%-ə endirilib.

Bir daha qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ilin 1 yanvardan qüvvəyə minib. Əgər siz, hələ də dəyişikliklərin məzği ilə tam tanış olmaməsənəzsa, narahat olmayan, onlarla  “Azərbaycan Mühasiblər Məktəbinin” təşkil etdiyi vebinarda, vergi eksperti Azər Qəmbərovun təqdimatında ətraflı tanış ola bilərsiniz.


Print Friendly, PDF & Email