Read More9
Read More9

Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?

posted in: Xəbər | 0

2025-ci ilin oktyabr ayında əmək müqaviləmə xitam verib fərdi sahibkar kimi fəaliyyətə başlamışam. Banklara (əvvəlki iş yerimdən fərqli yerə) “6202202 – Optimal qərarların seçilməsi məsələləri üzrə məsləhətlər” koduna uyğun məsləhət xidməti göstərirəm. 2025-ci il oktyabr-dekabr dövrü üzrə sahibkarlıq fəaliyyətindən gəlirim 45.000 manatdan azdır. 2025-ci il üzrə gəlir vergisi ödəyərkən 75%-lik güzəştdən yararlana bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunan fəaliyyət növlərinə proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi və xidmətlərin ixracı aiddir.

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə və Vergi Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən bir il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara nəzərdə tutulan güzəşt şamil edilmir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Sorğuya cavab olaraq bildirik,ki optimal qərarların seçilməsi məsələləri üzrə məsləhət xidmətləri Vergi Məcəlləsinin 102.1.30-1 ci maddəsində qeyd edilmiş fəaliyyət növünə aid olunmadığından, nəzərdə tutulan güzəşt şamil edilməyəcək.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi’

Mənbə: vergiler.az

Xəstəlik vərəqələri ilə baglı təlimatda dəyişiklik edilib

Xəstəlik vərəqələri ilə baglı təlimatda dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”da dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 452) ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

“17-1. Sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılır.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

 

Vergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsində qeyd edilib ki, aylıq əməkhaqqı məbləği 2.500 manatadək olduqda 3 faiz, 2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi, 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi vergiyə cəld edilir. Məcəllənin 101.1-1.1-ci maddəsində əməkhaqqından 200 manat çıxmaqla vergiyə cəlbolunma qeyd edilməyib. Bəs əməkhaqqı hesablayarkən 200 manat çıxılmaqla vergiyə cəlb edilir, yoxsa birbaşa 3 faizə vurmaqla hesablanır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi

Mənbə: vergiler.az

Azərbaycanda vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək

Azərbaycanda vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmalar bu Qaydanın məqsədləri üçün aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:

güzəşt meyarı – azadolma meyarı ilə əhatə olunmayan və sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində tətbiq olunan digər imtiyazlar;

azadolma meyarı:

  • Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan imtiyazlar;
  • “Xüsusi iqtisadi zonalar haqqında” və “Ələt azad iqtisadi zonası haqqında” qanunlarda nəzərdə tutulan imtiyazlar;
  • vergi borclarının silinməsi və gömrük borclarının ləğv edilməsi ilə əlaqədar gəlirlər üzrə imtiyazlar;
  • qrant, humanitar və texniki yardım üzrə imtiyazlar;
  • maliyyə xidmətləri və dövlətin yaratdığı maliyyə institutlarının və təsisatlarının fəaliyyəti üzrə imtiyazlar;
  • qeyri-kommersiya fəaliyyəti üzrə imtiyazlar;
  • Vergi Məcəlləsinin 102-ci maddəsi ilə sosial baxımdan həssas əhali qrupu üzrə müəyyən edilən imtiyazlar.

Mənbə: report.az

Kameral yoxlamadan sonra bank hesabından vəsait niyə silinir?

1 60 61 62 63 64 65 66 2. 693
error: Content is protected !!