Kapital Bank-ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək

posted in: Xəbər | 0

18 iyul 2022-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Kapital Bank-ın dəstəyi və SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq. “Baku ID” adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.

“Baku ID”də SABAH.lab-ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.

Qeyd edək ki, SABAH.lab Akselerasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Mərkəz fəaliyyəti dövründə “Yarat” və “Sürət” akselerasiya proqramlarını uğurla icra edib. SABAH.lab Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan “IE Business School” ilə tərəfdaşlıq edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Ticarət və xidmət subyektlərində quraşdırılan POS-terminallara hansı texniki tələblər qoyulub?

posted in: Xəbər | 0

Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminallar aşağıdakı texniki tələblərə cavab verməlidir:

  • POS-terminal ən azı Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır;
  • POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalıdır;
  • POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmalıdır.

Əsas: “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsi.

Mənbə: vergiler.az


Sosial məzuniyyətlər və onların müddətləri


Ödənişsiz məzuniyyətlər və onların müddətləri

posted in: Xəbər | 0

Uçot əməliyyatları üzrə mühasib vakansiya, Passiv gəlirlər, Orta əmək haqqı, təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Qanunvericilikdə işçinin müxtəlif səbəblərə görə ödənişsiz məzuniyyətə çıxması ilə bağlı hüquqi şərtlər müəyyənləşdirilib. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 130-cu maddədə isə göstərilir ki, aşağıda qeyd olunan hallarda və müddətlərdə ödənişsiz məzuniyyətlərdən istifadə oluna bilər:

  • həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq dörd yaşına çatanadək;
  • arvadı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə – 14 təqvim gününədək;
  • 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara -14 təqvim gününədək;
  • əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə – bir təqvim ayınadək;
  • müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə – 14 təqvim gününədək;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarat (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə – 14 təqvim gününədək;
  • doktoranturada (adyunkturada) tahsil alan işçilərə -1 təqvim ayınadək;
  • ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə -14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;
  • ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;
  • ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə – tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə – 14 təqvim gününədək;
  • ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün – 7 təqvim gününədək.

Sosial məzuniyyətlər və onların müddətləri


Bununla belə, Əmək Məcəlləsinin 129-cu maddəsində qeyd olunub ki, işçi və işəgötürən arasında tərəflərin qarşılıqlı razılığı ilə Məcəllənin 130-cu maddəsində göstərilməyən hər hansı səbəblərə görə ödənişsiz məzuniyyətlərdən istifadə oluna bilər. Bu müddətlərlə bağlı təcrübədə daha çox verilən suallara diqqət yönəltmək istərdik:

Əmək Məcəlləsinin 129-cu maddəsində qeyd olunan ödənişsiz məzuniyyətin muddəti 6 aydan çox ola bilərmi?

Ödənişsiz məzuniyyətin müddəti, birdəfəlik istifadə üçün 6 aydan çox ola bilməz. Amma işçi bir il ərzində 6 ay ödənişsiz məzuniyyətdən istifadə edibsə, işə qayıtdıqdan müəyyən müddət keçəndən sonra ödənişsiz məzuniyyətlə bağlı işəgötürənə müraciət edə bilər. Çünki 129-cu maddədə “bir işi ili” və ya “bir təqvim ili”ndə işçinin ödənişsiz məzuniyyət hüququndan neçə dəfə istifadə etməsi barədə məlumat dəqiq qeyd olunmamışdır.

Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd olunan müddətlər uzadıla bilərmi?

Ödənişsiz məzuniyyətlərin müddətləri bir iş ilində Məcəllədə qeyd olunan müddətlərdən çox ola bilməz. Çünki Əmək Məcəlləsinin 129-cu maddəsindən fərqli olaraq həmin maddədə bir iş ilində işçinin istifadə edə biləcəyi ödənişsiz məzuniyyət müddətləri dəqiq göstərilib.

Misal: Tutaq ki, işçinin arvadı doğuşla əlaqədar məzuniyyətdədir. Bu zaman həmin işçi Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, çalışdığı müəssisədə 14 təqvim gününədək ödənişsiz məzuniyyətdən istifadə etmək istəsə, ödənişsiz məzuniyyətlə bağlı ərizəsini və arvadının doğuşla əlaqədar məzuniyyətə çıxması barədə əmrin surətini öz müəssisəsinə təqdim edir.

Sonda qeyd etmək istərdik ki, əmək məzuniyyəti istisna olmaqla, məzuniyyətin digər növləri ödənişsiz, təhsil, yaradıcılıq və qismən ödənişli sosial məzuniyyətlərə iş günü hesab edilməyən bayram günləri təsadüf edərsə, məzuniyyət günlərinin sayı artırılmayacaq.

Maraq doğuran məqamlardan biri də budur ki, işçi əmək məzuniyyətinə çıxmazdan əvvəl ödənişsiz məzuniyyətdən istifadə hüququndan istifadə edə bilərmi?

Tərəflərin qarşılıqlı razılığı əsasında işçi əmək məzuniyyətinə çıxmazdan əvvəl ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər. Ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi üçün qanunvericiliyə bu sənədlər tələb olunur:

  • işçinin ödənisiz məzuniyyətə çıxmaq barədə ərizəsi;
  • işəgötürənin işçinin ödənişsiz məzuniyyətə çıxması barədə əmri.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?


Sosial məzuniyyətlər və onların müddətləri

posted in: Xəbər | 0

Əmək müqaviləsi əsasında çalışan işçiyə sosial məzuniyyətdən istifadə etmək hüququ verilir. Mövzu ilə bağlı diqqətçəkən bəzi məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Əmək Məcəlləsində sosial məzuniyyətlərin üç növü qeyd olunub:

  • hamiləliyə və doğuşa görə məzuniyyət;

  • uşaqları övladlığa götürmüş qadınlara verilən məzuniyyət;

  • qismən ödənişli sosial məzuniyyət.

Hamiləliyə və doğuşa görə məzuniyyətdən işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında çalışan qadınlar istifadə edə bilərlər. Təcrübədə bu məzuniyyət növünün “analıq məzuniyyəti” adlandırılması yanlışdır. Hamiləliyə və doğuşa görə məzuniyyət, adından da göründüyü kimi, çalışan qadın işçinin hamiləliyin müəyyən dövrü üçün və doğuşdan sonra çıxdığı məzuniyyət növüdür.

Məzuniyyətin müddəti isə doğuşdan əvvəl 70, doğuşdan sonra 56 təqvim günü olmaqla ümumilikdə 126 təqvim günüdür. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra da 70 təqvim günü) müddətinə verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə verilən məzuniyyətin müddəti daha çox olur. Bu, yəqin ki, həmin sektorda çalışan qadınların iş yükünün daha ağır və ya çətin olması, fiziki güc tələb etməsi ilə bağlıdır.

Hamiləliyə və doğuşa görə məzuniyyətlərin rəsmiləşdirilməsi üçün, qanunvericiliyə əsasən, bu sənədlər tələb olunur:

  • hamiləliyə və doğuma göra xəstəlik vərəqəsi;
  • hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə əmr.

Hamilə qadın işçilər xəsətəlik vərəqəsini təqdim etməzdən öncə qadın məsləhətxanasından hamiləliklə bağlı müvafiq arayış təqdim etməlidirlər. Arayış təqdim edildikdən sonra həmin işçinin həftəlik iş saatları 40 saatdan 36 saata endirilməlidir.

Bəzən işəgötürənlər buna əməl etmirlər və işçilər həfətlik 40 saat çalışırlar. Bu isə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejimi tələblərinin pozulmasına görə beş yüz manatdan min manatadək məbləğdə cərimə olunmaq məsuliyyəti yaradır.



Misal 1: İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışan qadın işçi gündəlik 8, həftəlik 40 saat tam iş vaxtı ilə çalışır. Bir müddət sonra o, qadın məsləhətxanasından hamilə olması barədə arayış təqdim edir. Bunun əsasında müəssisə tərəfindən işçinin həftəlik iş saatları 36 saata endirilməli və əgər işçi uşağını təkbaşına böyüdən valideyn deyilsə, uşağın yaş yarımı tamam olana qədər həftəlik iş həcmi 36 saat qalmalıdır. Uşağa təkbaşına baxan valideyn isə bu barədə müvafiq sənədləri təqdim etməklə uşağın 3 yaşı tamam olana qədər işə həftəlik 36 saat iş vaxtı rejimində davam etməlidir.

Qismən ödənişli sosial məzuniyyət hüququ isə, hamiləliyə və doğuşa görə məzuniyyətlərdə qeyd olunduğu kimi, yalnız əmək müqaviləsi əsasında çalışan işçilərə aiddir. Bu məzuniyyət hüququndan uşağının 3 yaşı tamam olanadək valideynləri, eləcə də ailənin başqa üzvləri istifadə edə bilərlər. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, ailənin əmək müqaviləsi əsasında çalışan başqa üzvlərinin uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətə çıxmaq hüququ var.

Burada maraq doğuran “ailənin başqa üzvləri” dedikdə kimlərin nəzərdə tutulmasıdır. Ata, ana, nənə, baba, xala, dayı, əmi, bibi və onların övladları ailənin üzvləri hesab olunur. Lakin bu şəxslər bəhs olunan hüquqdan o halda istifadə edə bilər ki, uşaqla bir ailədə, eyni ünvanda yaşayıb, əmək müqaviləsi əsasında çalışsınlar. Bu şərtlər daxilində həmin şəxslər müvafiq təsdiqləyici sənədləri iş yerinə təqdim edərək qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilərlər.

Bəzən bu məzuniyyətin müddəti “3 il” kimi başa düşülür. Bu, yanlışdır. Qismən ödənişli sosial məzuniyyətin müddəti uşağın 3 yaşı tamam olana qədər müəyyənləşdirilir. Bəzi hallarda qismən ödənişli sosial məzuniyyətin başlama tarixi də əmrdə yanlış göstərilir: qismən ödənişli sosial məzuniyyət səhvən uşağın anadan olduğu tarixdən rəsmiləşdirilir. Qismən ödənişli sosial məzuniyyətin başlama tarixi işçinin müraciəti əsasında, 126 təqvim günündən sonrakı, yəni hamiləliyə və doğuşa görə məzuniyyətin bitməsindan sonrakı ilk iş günündən etibarən qeyd olunmalıdır. Qismən ödənişli sosial məzuniyyətin ümumi müddəti isə uşağın 3 yaşı tamam olana qədərdir ki, bu da uşağın anadan olduğu tarixdən etibarən müəyyən olunur.

Misal 2: Tutaq ki, hamiləliyə və doğuşa görə məzuniyyət (doğuşdan avvəl 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü olmaqla ümumilkdə 126 təqvim günü) 31 avqust 2021-ci tarixində bitir və işçi 1 sentyabr 2021-ci il tarixində işə çıxır və bundan sonra uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmək istəyir. Bu zaman işçinin qismən ödənişli sosial mazuniyyət müddəti 1 oktyabr tarixindən başlayır. Məzuniyyətin bitmə müddəti isə uşağın anadan olma tarixindən (7 iyul 2021-ci il) hesablanıb, uşağın 3 yaşı tamam olan müddətə qədər (7 iyul 2024-cü il) davam etməlidir.

İşçi qismən ödənişli sosial məzuniyyət hüququndan uşağın 3 yaşı tamam olana qədər müxtəlif vaxtlarda hissə-hissə də istifadə edə bilər. Daha bir məqam isə budur ki, qismən ödənişli sosial məzuniyyətdə olan işçi istənilən vaxt işəgötürənə müraciət edərək işə geri qayıda bilər. Təcrübədə bəzən elə olur ki, işçi uşağın 3 yaşı tam olana qədər qismən ödənişli sosial məzuniyyətdən istifadə edərkən işəgötürən onun vəzifəsinə başqa işçini təyin edir. Lakin məzuniyyət müddəti tam bitməmiş, 1 ildən sonra sosial məzuniyyətdə olan işçi işə geri qayıtmaq istəyir.

Bu halda işəgötürənin həmin işçinin geri qayıtmasına icazə verməməsi qanunaziddir. Həmin işçinin müraciəti qəbul olunmalı və işçi yenidən vəzifəsini icra etməlidir. Yeri gəlmişkən, qeyd edək ki, işçi işə qismən ödənişli sosial məzuniyyətdən müəyyən olunmuş müddətdən tez qayıtdıqda işəgötürən bunu mütləq əmrlə rəsmiləşdirməlidir. Qismən ödənişli sosial məzuniyyət əmrdə göstərilən vaxtda bitdikdə və işçi işə əmrdə göstərilən vaxtda geri qayıtdıqda isə işçinin işə qayıtması ilə bağlı yenidən əlavə əmr hazırlamağa ehtiyac yoxdur.

Qismən ödənişli sosial məzuniyyətlərin rəsmiləşdirilməsi üçün, qanunvericiliyə əsasən, bu sənədlər tələb olunur:

  • işçinin qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək barədə ərizəsi;
  • işəgötürənin qismən ödənişli sosial məzuniyyət barədə əmri;
  • uşağın doğum haqqında şəhadətnaməsi.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?


1 659 660 661 662 663 664 665 2. 690