Kapital Bank 2022-ci ilin II rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 iyul 2022-ci il tarixinə 7,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,1 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2022-ci il tarixinə 6,1 milyard manat olub.

Bankın 1 iyul 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 628 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Əməkhaqqıdan tutulmalar barədə

posted in: Xəbər | 0

vakansiya, mühasib köməkçisi,Əməkhaqqıdan tutulmalar hər bir işçi və işəgötürən üçün həmişə aktualdır. Mövzu ilə bağlı bəzi diqqətçəkən məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Hesablanmış əməkhaqqıdan tutulmaları, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, üç kateqoriyaya ayırmaq olar:

  • işəgötürənin əmri ilə;
  • işçinin ərizəsi ilə;
  • qanunvericilikdə nəzərdə tutulan icra sənədlərinə əsasən.

İşəgötürənin əmri ilə, yəni işçinin razılığı alınmadan hesablanmış əməkhaqqıdan tutulmalar Əmək Məcəlləsinin 175.2-ci maddəsinə əsasən həyata keçirilir. İşəgötürənin əmri ilə əməkhaqqıdan tutulmalar aşağıdakılardır:

  • qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;
  • qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
  • işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;
  • mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;
  • təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;
  • həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqlarından mühasibat vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Bir nüansı qeyd edək ki, qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə məbləğin əməkhaqqıdan tutulması zamanı işəgötürənin əmri tələb olunur. Əslində, icra sənədləri üzrə məbləğ, eləcə də vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, adından bəlli olduğu kimi, icbari ödəmələr olduğu üçün bunların işəgötürənin əmri ilə tənzimlənməsinə ehtiyac yoxdur. Bu, təcrübədə lüzumsuz sənədləşdirmə prosesinə gətirib çıxarır.

Əmək Məcəlləsinin 175.2-ci maddəsində qeyd olunan hallarla bağlı bəzi misalları nəzərdən keçirək.


Məzuniyyətə çıxan işçiyə məzuniyyət haqqından əlavə haqqın verilməsi


Misal 1: Tutaq ki, “HR and Accounting Center” MMC-də 1 fevral 2022-ci il tarixində mühasib vəzifəsinə qəbul olunan işçi 5 ay sonra işəgötürən ilə razılaşaraq əmək məzuniyyətindən 30 təqvim günü istifadə edir. Əmək məzuniyyəti bitdikdən sonra işçi ərizə yazaraq işdən azad olunmaq istəyir. Bu zaman işəgötürən işçiyə işləmədiyi dövr üçün məzuniyyət günlərinə ((30 : 12) x 7= 17.5 təqvim günü) görə hesabladığı və ödədiyi məzuniyyət pulunu əmr verərək tuta bilər. Bunun üçün işçinin razılığına ehtiyac yoxdur.

Misal 2: Tutaq ki, “Languages Center” MMC-də işçinin istifadəsinə kompüter verilib. Lakin işçi həmin kompüteri yerə salaraq sındırır və kompüterdən istifadə etmək mümkün olmur. Bu halda işəgötürən əmr verərək işçinin razılığını almadan işçiyə hesablanmış əməkhaqqıdan qanunvericilikdə nəzərdə tutulmuş normanı keçməmək şərtilə tutulma apara bilər.

Əmək Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, işçinin əməkhaqqısından öz razılığı ilə, ərizəsi ilə göstərdiyi müddətdə və məbləğdə vəsait kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. Bu hallarda işçinin razılığı, ərizəsi olmadan işəgötürən tərəfindən tutulma aparıla bilməz.

Misal 3: Tutaq ki, “X” MMC-də işçi banka müraciət edərək, istehlak krediti götürüb. Bundan sonra işçi işəgötürənə ərizə ilə müraciət edərək öz əməkhaqqından qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmayan məbləğin tutularaq kreditora ödənilməsini xahiş edə bilər. Bu halda işəgötürənin əmrinə ehtiyac yoxdur.

Misal 4: Tutaq ki, “X” MMC-də işçi işəgötürənə yazılı formada (ərizə ilə) müraciət edərək ona avans, yəni növbəti ayın əməkhaqqısının öncədən ödənilməsini xahiş edir. Ərizədə avans kimi ödənilmiş məbləğin işçiyə hesablanmış əməkhaqqından qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmayaraq növbəti 3 ay ərzində tutulması qeyd edilir. Bundan sonra işəgötürən işçinin müraciətini yerinə yetirirsə, həmin ərizəyə əsasən, işçinin əməkhaqqından tutulmanı aparır.

Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə tutulmalara gəldikdə isə, əgər məhkəmə qərarı varsa, işəgötürən tərəfindən bu tutulmaların aparılması icbaridir.

Misal 5: Tutaq ki, “X” MMC-də işçi banka müraciət edərək istehlak krediti götürüb. Bir müddət sonra işçi krediti qaytara bilmir və bundan sonra bank həmin işçi barəsində ödənişlərin olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə qərar çıxararaq hər ay işçiyə hesablanmış əməkhaqqıdan qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmamamaq şərtilə müəyyən bir məbləğin tutularaq banka ödənilməsini tələb edir. Bu halda işçinin razılığına ehtiyac yoxdur, işəgötürən tutulmanı aparmalıdır.


Ödənişsiz məzuniyyətlər və onların müddətləri


Əməkhaqqıdan tutulmalarla bağlı bəzi nüansları nəzərə almaq məqsədəuyğundur.

1. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

Misal 6: Tutaq ki, 2022-ci ilin fevral ayında işçiyə səhvən 100 manat artıq pul ödənilib. Həmin məbləğ 2022-ci ilin may ayında aşkarlanarsa və tutulma aparılarsa, bu, qanunvericiliyə ziddir. Çünki artıq ödənilmiş məbləğin ödənildiyi tarixdən 1 ay keçib.

2. İşdənçıxma müavinətindən və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən tutulmalar aparılmasına yol verilmir. Arzu edərdik ki, Əmək Məcəlləsində istifadə olunan “vergi tutulmayan” ifadəsi, Vergi Məcəlləsinin 102-ci maddəsindəki “azadolmalar” və “güzəştlər” anlayışları ilə uyğunlaşdırılsın. İşdənçıxma müavinəti, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğvi) və 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı və işçilərin sayının azaldılması) ilə işdən azad olunduqda işçiyə hesablanıb ödənilir. Bu zaman işdənçıxarma müavinətindən tutulma aparıla bilməz.

Misal 7: Tutaq ki, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanmaqla işdən azad olunur. Ona 1.000 manat vəzifə maaşı, 300 manat istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya və 900 manat işdənçıxma müavinəti hesablanır. Əvvəlki aylarda ödənilmiş avansın qaytarılması üçün hər ay işçinin əməkhaqqısının 50%-nin tutulması barədə tərəflər arasında razılıq olduğu halda 50% yalnız 1.000 manat məbləğində vəzifə maaşından tutulacaq. Çünki 300 manat istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya məbləği, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, “əməkhaqqı” anlayışına daxil deyil. Bundan əlavə, işçiyə hesablanan 900 manat işdənçıxma müavinəti olduğu üçün və bu məbləğ Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisinə cəlb olunmadığı üçün həmin məbləğdən tutulma aparılmayacaq.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Sosial məzuniyyətlər və onların müddətləri


Məzuniyyətə çıxan işçiyə məzuniyyət haqqından əlavə haqqın verilməsi

posted in: Xəbər | 0

mühasib keçmişdə, mühasib olmaq,Qanunvericiliyə əsasən, məzuniyyətə çıxarkən işçilərə məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən müavinətlər, yardımlar da ödənilir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi qaydaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilib. Qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər.

Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərin verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

Əmək münasibətlərinə xitam verilərkən işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədi ilə verilən istifadə edilməmiş müavinət, yardım və digər ödənclərə görə pul əvəzi verilmir.

Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda və həmin təqvim ilində işçi hər iki iş ilinə görə məzuniyyətdən birlikdə istifadə etdikdə müavinət, yardım və digər ödənclər hər iki məzuniyyət üçün verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığı ilə təqvim ili ərzində məzuniyyət hüququ olan işçiyə istifadə edilməmiş iş illərinə görə məzuniyyətlər verildiyi digər hallarda isə müavinət, yardım və digər ödənclər birqat ödənilir.

Əmək məzuniyyəti hissələrə bölünərək verildikdə müavinət, yardım və digər ödənclər işçinin arzusu ilə bu hissələrin birinə birləşdirilərək verilir. Bu ödənclər işçilərə onların faktiki işlədiyi vaxtdan asılı olmayaraq məzuniyyət verilərkən tam həcmdə ödənilir. Sosial və təhsil məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclər onların ailə-məişət şəraiti və maddi vəziyyəti nəzərə alınaraq ərizələri əsasında ödənilir.

Müavinət, yardım və digər ödənclərin verilmə qaydası və konkret miqdarı kollektiv müqavilədə, kollektiv müqavilə olmayan müəssisədə isə əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.


Ödənişsiz məzuniyyətlər və onların müddətləri


Misal 1: “A” müəssisəsi əmək müqaviləsi bağlayarkən əmək şəraitinin əlavə şərtləri kimi işçiyə məzuniyyətə çıxdığı zaman məzuniyyət haqqından əlavə orta əməkhaqqı məbləğində əlavə müavinətin verilməsini müəyyənləşdirib. İşçinin son iki ayda əməkhaqqı məbləği aşağıdakı şəkildə olub:

Aprel – 1.225 manat
May – 1.432 manat.

İşçi iyun ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə etdiyi zaman ona nə qədər məzuniyyət haqqı və müavinət ödəniləcəkdir?

Tutaq ki, işçinin son 12 aylıq dövrdə qazancı 18.433 manat olub.

Məzuniyyət haqqı belə hesablanacaq:

18.433:12 = 1.536 manat.
1536:30.4 = 50.53 manat.

50.53×30 (məzuniyyət günlərinin sayı) = 1.515,87 manat.

Müavinət: Qeyd etdik ki, işçiyə əmək müqaviləsinə əsasən orta əməkhaqqı məbləğində müavinətin verilməsi müəyyənləşdirilib. Ola bilər ki, işəgötürən aşağıdakı fərqli şəkildə müavinətin verilməsi ilə bağlı müddəalar müəyyənləşdirə bilər:

  • orta əməkhaqqı məbləğində;
  • işçinin tarif maaşı məbləğində;
  • son ayın əməkhaqqı məbləğində;
  • son 12 ayın orta əməkhaqqı məbləğində;
  • digər müəyyənləşdirilmiş normalar həddində.

Hakimlər Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər olsalar da, nümunə olaraq qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əməkhaqqı məbləğində müavinət verilir.

Müavinətin verilib-verilməməsi, nəyə əsasən verilməsi, hansı miqdarda verilməsi və s. bu kimi məsələlər ya əmək müqavilələrində, ya da daxili qaydalar və ya normativ aktlarda öz təsdiqini tapmalıdır. Bizim nümunəmizdə əmək müqaviləsində məzuniyyət zamanı orta əməkhaqqı məbləğində müavinətin verilməsi öz əksini tapmışdır. Orta əməkhaqqının hesablanması zamanı son iki ayın gəlirləri əsas götürülür.

Orta əməkhaqqı: 1.225+1.432 =2.657 manat
21+18=39 iş günü
2.657:39 = 68,13 manat.

68,13×20 (iş günü)=1.362,56 manat.

Deməli, işçi məzuniyyətə çıxdığı zaman ona 1.515,87 manat məzuniyyət haqqı və 1.362,56 manat əlavə müavinət ödəniləcək.

Büdcədən maliyyələşdirilən təşkilatlarda müavinət, yardım və digər ödənclərin miqdarı bu təşkilatların saxlanması xərclərinin smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müəyyənləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq kollektiv müqavilədə nəzərdə tutulan müavinət, yardım və digər ödənclər müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə də tətbiq edilir. Müavinət, yardım və digər ödənclərin verilməsi qaydasının və miqdarının dəyişdirilməsi kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi qaydasında aparılır. Əgər kollektiv müqavilədə ona dəyişiklik və əlavələr edilməsi şərtləri müəyyən olunmayıbsa, müavinət, yardım və digər ödənclərin miqdarının dəyişdirilməsi kollektiv müqavilənin bağlanması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada aparılır.

Müavinət, yardım və digər ödənişlərin verilməsi əmək şəraitinin əlavə şərtləri kimi əmək müqaviləsində müəyyən edilə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Büdcədən maliyyələşən təşkilatlarda bu qaydalara uyğun olaraq müavinət, yardım və digər ödənclərin verilməsi həmin təşkilatların xərc smetalarının müvafiq maddəsində nəzərdə tutulmuş vəsait dairəsində büdcə vəsaiti, digər müəssisələrdə isə müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.

Mənbə: vergiler.az


Sosial məzuniyyətlər və onların müddətləri


16 iyul Ukraynada Mühasiblər və Auditorlar Günüdür

posted in: Audit, muhasibat, Məqalə, Xəbər | 0

16 iyul Ukraynada Auditorlar və Mühasiblər Günü kimi qeyd edilir

Müharibənin davam etməsinə baxmayaraq, bu gün Ukraynada Mühasiblər və Auditorlar Günüdür.

Hər il iyulun 16-da Ukraynada mühasiblərin peşə bayramı olan Mühasiblər Günü qeyd olunur. 2018-ci ildən başlayaraq isə bu gün həm də Auditorların peşə bayramı hesab olunur.

Bu günün bayram kimi qeyd olunmasına 1999-cu ildən başlanılıb. Məhz, 1999-cu il iyulun 16-da “Ukraynada mühasibat uçotu və maliyyə hesabatlılığı barədə” Qanun qəbul edilib. Sözügedən Qanun Ukraynada təşkilatların hüquqi əsasları, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib olunmasının tənzimlənməsini müəyyənləşdirir. Qanuna əsasən, mühasibat uçotu və maliyyə hesabatlarının məqsədi istifadəçiyə müəssisənin maliyyə, icra vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında tam, düzgün və qərəzsiz məlumat verməkdir. 2004-cü ilədək bu bayram Ukraynada qeyri-rəsmi auditorlar və mühasiblər federasiyası tərəfindən qeyd olunurdu. Bu, peşə nüfuzunun yüksəldilməsinə imkan yaratdı. Buna görə hökumət nümayəndələrini mühasiblərə təzə baxış göstərməyə məcbur etdi.

Eyni zamanda, bu, mühasibat uçotunun yalnız vergi hesabatı deyil, həm də idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olduğunu dərk etməyə imkan verdi.

Nəticədə, mühasibat və audit işçilərinin müəssisələrin, qurumların və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin inkişafına mühüm töhfəsini, milli iqtisadiyyatın artımını nəzərə alaraq, Ukrayna Prezidentinin 18 iyun 2004-cü il tarixli 662/2004 saylı Fərmanı ilə Mühasiblər Günü rəsmən müəyyən edilmiş oldu. Onun qeyd olunması tarixi kimi 16 iyul müəyyənləşdirildi.
Prezidentin 20 aprel 2018-ci il tarixli 103/2018 saylı Fərmanı ilə bu sənədə dəyişiklik edildi. Həmin andan sonra 16 iyul Mühasiblər və Auditorlar Günü kimi tanındı.

1 658 659 660 661 662 663 664 2. 690