İstifadə edilməmiş məzuniyyət günləri barədə

posted in: Xəbər | 0

Məzuniyyətin aktual olduğu bir dövr olduğu üçün bu yazımızda istifadə edilməmiş məzuniyyət günləri barədə qeyd edəcəyik. Mövcud qanunvericiliyə əsasən (Əmək Məcəlləsi 135) işçi müəyyən səbəblərdən iş ili üzrə müvafiq əmək məzuniyyəti günlərindən istifadə edə bilmədikdə həmin günlər işçinin razılığı ilə ya növbəti iş ili üçün əmək məzuniyyəti günləri ilə birləşdirilir, ya da həmin işi ili üzrə məzuniyyətə görə kompensasiya ödənilir. Məzuniyyət haqqının izahını əvvəlki yazımızda verdiyimiz üçün bu yazıda təkrarlamırıq.

Məqsədəuyğundur ki, işçi öz razılığı ilə iş ili ərzində istifadə etmədiyi əmək məzuniyyəti günlərini növbəti iş ili məzuniyyəti günlərinə birləşdirdikdə həm əsas, həm də əlavə məzuniyyət günlərinin işəgötürənin əmri yaxud müqaviləyə əlavə ilə birləşdiyinə əmin olsun (Bu hissəyə xüsusi diqqət yetirin).

Belə ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya ödəmək öhdəliyi daşıyır. Halbuki işçinin bir iş ilində əmək stajına görə və ya əmək şəraitinin ağırlığına görə, habelə xanım işçilərin uşaqlarının sayına münasibətdə də əlavə məzuniyyət hüququ var. Mövcud qanunvericilik (Əmək Məcəlləsi 144) işçinin bu hüququnu nəzərə almadığı üçün işəgötürənlər tərəfindən müqaviləyə xitam verilməsi zamanı əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilmir. Bu halın qarşısını almaq üçün növbəti iş ilinə məzuniyyət günləri qoşularkən mütləq əlavə məzuniyyət günlərinin də qoşulması məqsədəuyğundur. Onu da qeyd edək ki, məhkəmə təcrübəsi baxımından əlavə məzuniyyət günlərinə görə ödənilən kompensasiya hüququ nəzərə alınmaqdadır. Sadəcə işçinin etməli olduğu məsələ həmin günlərin düzgün rəsmiləşmə ilə növbəti iş ilinə ötürülməsini izləməkdir.


İşləməyə icazə verilən yaş hədləri


Azərbaycanda orta aylıq əməkhaqqının artım faizi məlum olub

posted in: Xəbər | 0

Əmək pensiyası, orta aylıq əməkhaqqı, köhnəlmiş əskinaslar, zədələnmiş əskinaslar, sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 % artaraq 809 manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 % artaraq 1 milyon 702,8 min nəfər olub.

Bildirilir ki, onlardan 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Mənbə: report.az


ƏDV-dən azad edilən kitab və kağızların siyahısı təsdiq edilib

posted in: Xəbər | 0

ixrac gömrük rüsumlarının dərəcələri, idxal gömrük rüsumlarının dərəcələri, gömrük rüsumu, Əmək pensiyalarının hesablanması, lisenziyalar və icazələr, E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatı“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxalı  və  satışı  əlavə  dəyər  vergisindən  azad  edilən  kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2022-ci il

№ 184


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2022-ci il 13 may

tarixli 184 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon

və ya vərəqə şəklində kağızın SİYAHISI

XİF MN üzrə kod  

Malların təsviri

1 2
4801 00 000 0 Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
4802 54 000 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q-dan az olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
 4802 55 150 0

4802 55 250 0

4802 55 300 0

4802 55 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox, lakin 150 q-dan çox olmayan, rulonlarda, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

4802 56 800 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü 297 mm-dən çox olmayan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton (bir tərəfinin ölçüsü 297 mm və digər tərəfinin ölçüsü 210 mm olan A4 formatlı vərəqlərdən başqa)
 4802 57 000 0 4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 40 q və ya daha çox olan, lakin 150 q- dan çox olmayan, açılmış halda bir tərəfinin ölçüsü 435 mm-dən, digər tərəfinin ölçüsü 297 mm-dən çox olan vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 58 100 0

4802 58 900 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olmayan, 1 m2-nin kütləsi 150 q-dan çox olan rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 61 150 0

4802 61 800 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, rulonlarda, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4802 62 000 0

4802 69 000 0

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, tərkibində mexaniki və ya kimyəvi- mexaniki üsulla alınmış liflərin ümumi miqdarı lif kütləsinin 10 %-dən çox olan, vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
4810 13 000 0

4810 14 000 0

4810 19 000 0

4810 22 000 0

4810 29 300 0

4810 29 800 0

Bir və ya hər iki tərəfi bağlayıcı maddələr işlədilməklə və ya onlarsız kaolinlə (Çin gili ilə) və ya digər qeyri-üzvi maddələrlə örtülmüş, hər hansı bir digər örtüksüz, boyanmış və ya boyanmamış, dekorasiyalı səthli və ya onsuz, çap olunmuş və ya çap olunmamış, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlər şəklində yazı, çap və ya digər qrafik məqsədləri üçün kağız və karton
4820 90 000 0-dan Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
4901 Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji  çap     materialları,      kitab     şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində
4902 İllüstrasiyalı      və      ya    illüstrasiyasız,     içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
4903 00 000 0 Kitab-şəkillər,   rəsm   üçün   və   ya   rəngləmə üçün uşaq kitabları
4904 00 000 0 Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar
4905 20 000 0

Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr

Mənbə: nk.gov.az


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VI hissə)

posted in: Xəbər | 0

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VI hissə)

V hissəyə nəzər yetirin

Motivasiya nəzəriyyəsinin tətbiqi,

Motivasiya üçün praktiki yanaşmalar

Motivasiya həllinin əsas xüsusiyyəti onun kompleksliyi olmalıdır, sistem idarəetmə zəncirinin bütün hissələrini əhatə etməlidir və şirkətin ayrı-ayrı bölmələrinin hər biri üçün işləməlidir. Bu zaman işlənib hazırlanmış və təcrübədə istifadə olunmuş motivasiya alətlərinin bütün rəngarəngliyindən istifadə etmək lazımdır.

Onlar iki əsas qrupa bölünür: maddi və qeyri-maddi stimullaşdırma alətləri. Eyni alət müxtəlif yollarla müxtəlif şəraitdə istifadə oluna bilər, çünki təsnifat şərti ola bilər. Biznes-proseslərindən fərqli olaraq motivasiya müxtəlif ola bilər: gündəlik proseslər üçün bəzi metodlar və üsullar yolverilməzdir. Əməkdaşdan yaradıcı yanaşma tələb edən hallarda tamamilə başqa cür tələb oluna bilər. Bank operatorları, hüquqşünaslar, kadrlar kimi gündəlik sahələrdə fəaliyyət göstərən mütəxəssislər üçün motivasiya ixtiraçılar, rəssamlar, proqramçılar, mühəndisliklə məşğul olan mütəxəssislər üçün yararsız ola bilər.

Motivasiya dövlət xidmətində 

Motivasiya yalnız özəl şirkətlərdə tələb olunmur. Ən böyük dövlət korporasiyalarının dövlət tərəfindən hazırlanan öz təşviq sistemləri var – Rosimuşestvo əsas səhmdar qismində çıxış edən və direktorlar şurası səviyyəsində təsdiqlənən səhmdardır. Dövlət şirkətləri üçün motivasiyanın əsas metodikası başlıca effektivlik göstəriciləri sistemlərinin istifadəsi olur. O, tamamlanır və dəyişir, lakin əvvəlcədən müəyyən edilmiş bir sıra göstəricilərə əsasən personalın fəaliyyətinin qiymətləndirilməsinin mahiyyəti dəyişməz olaraq qalır. Nümunə olaraq, qubernatorların fəaliyyətinin qiymətləndirilməsi sistemlərinin dəyişməsini yada salmaq olar ki, burada birinci mərhələdə 80-dən artıq göstərici təklif edilirdi. Lakin sistemin iş qabiliyyətini yoxlayandan sonra onların sayı 8 dəfədən çox azaldı. Bu, göstəricilərin bu qədər qiymətləndirilməsinin mümkünsüzlüyü ilə deyil, əksinə bu sayda göstəricilərin icrası üzrə vaxtında və düzgün hesabatın hazırlanmasının mümkünsüzlüyünü göstərən əks siqnallarla bağlı idi.

Dövlət şirkətlərinin top menecerləri üçün mükafat hazırlayarkən əsas keyfiyyət göstəriciləri şəklində bazadan əlavə uzunmüddətli stimullaşdırma metodundan geniş istifadə olunur. Bu sistemə görə illik bonus almaq imkanı, rəhbər üçün hesabat dövrünün bitməsindən ən tezi bir il sonra yaranır. Bu mexanizm top menecerlərdə dövlət şirkətləri ilə uzunmüddətli əməkdaşlığa istiqamət verməyi nəzərdə tutur. Bu cür uzunmüddətli ödənişlərin payı bəzən illik kompensasiyanın ümumi məbləğinin 40 faizini və ya daha çoxunu aşır.



Kommersiya şirkətlərində motivasiya

Böyük şirkətlərin əksəriyyəti öz fəaliyyətlərində dövlət təşkilatları kimi əsas motivasiya sistemini tətbiq edirlər. Effektivliyin əsas göstəriciləri sistemi özünü ən təsirli mexanizmlərdən biri kimi göstərib. Bu zaman müxtəlif sahələrdə çalışan mütəxəssislər üçün ayrı-ayrı motivasiya metodlarının hazırlanması zəruridir. Personalın motivasiya sistemi əməkdaşların konkret fəaliyyət istiqamətlərində fəaliyyət göstərən psixologiyasının xüsusiyyətlərindən asılıdır.

IT sferası

Bu sahədəki mütəxəssislər, işlərinə yüksək maraq və bilik və səriştələrin artması ilə seçilir. Əgər bu amillərin olması, kifayət qədər motivasiyaya görə ona olan maraq yox olarsa, müəyyən bir işdən imtina etməyə səbəb ola bilər. Əməkdaşı işdə saxlamaq və səmərəliliyini artırmaq üçün maddi və qeyri-maddi təşviqlərin birləşməsinə ehtiyac var.

Maddi stimullar

Bu sahənin mütəxəssislərinə tələbat kifayət qədər yüksəkdir və onlar əməkhaqqının yüksək səviyyəsinə ümid edə bilərlər. Şirkətin nöqteyi-nəzərindən, əməkdaşlar üçün maaşları bazardakı məvacibdən yüksək təyin etmək ağılsızlıq olardı, bu zaman motivasiya isə işin səmərəliliyinə söykənən dəyişən hissəyə əsaslanmalıdır. Hesab edilir ki, müxtəlif attestasiya və qiymətləndirmə metodlarının, həmçinin bir bölmə çərçivəsində əsas səmərəlilik göstəriciləri sisteminin tətbiqi motivasiyaedici amildən daha çox, qeyri-motivasiyaedici olur. Bu, istənilən bir qiymətləndirməyə əsaslanaraq işçilər arasında əməkhaqqının hər hansı bir fərqləndirilməsi, işçinin inkişaf etmək istəyini aşağı salması ilə əlaqəlidir. Onun özünü dəyərləndirməsi aparılmış qiymətləndirmənin nəticələrinə tam uyğun olaraq azalır, insan qeyri-ixtiyari əmək məhsuldarlığını azaldır və müstəqil qeyri-standart qərarların qəbulundan imtina edir. İşin səmərəliliyinə təşəbbüsdən və yaradıcılıq qabiliyyətindən asılı olan göstəricilər xüsusilə mənfi təsir göstərir. Məsələn, hər ay proqram kodunun təkmilləşdirilməsi və ya proqramın məhsuldarlığını artırmaq üçün metodların hazırlanması üçün rasional təkliflərin sayı, kadrları onları açıq şəkildə manipulyasiya etməyə sövq edən göstəricilərə çevrilir.


VII hissəyə nəzər yetirin


1 683 684 685 686 687 688 689 2. 686