Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VII hissə)

posted in: Xəbər | 0
birbank biznes

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VII hissə)

VI hissəyə nəzər yetirin

motivasiya,

Stimullaşdırmanın qeyri-maddi metodları

Yaradıcı işçilər üçün qeyri-maddi stimullaşdırma üsullarından istifadə etmək çox vacibdir. Eyni zamanda, başa düşülməyən və dəyərləri ilə üst-üstə düşməyən qeyri-maddi təşviq metodlarının, məsələn, “Peşəsinin ən yaxşısı” sertifikatlarının istifadəsi ilə komandada hökm sürən atmosfer kobud şəkildə pozula bilər. Motivasiyanın mükəmməl üsulu müxtəlif effektivlik göstəriciləri üzrə balların toplanmasına əsaslanan müxtəlif reytinqlər, işin ən maraqlı sahələrinin təlimatlandırılması, məsələn, oyun proqramlarının hazırlanması və sınaqdan keçirilməsi ola bilər. İşçini formal-qeyri-formal iyerarxiyada irəli aparmağa, onun kollektivdə şəxsi nüfuzunu yüksəltməyə imkan verən qreyd (şirkət üçün təxminən bərabər dəyərlilik daşıyan bir qrup vəzifədir) sistemi də (şirkətdə vəzifələrin qiymətləndirilməsi və sıralanması proseduru) öz effektivliyini sübut edib. Bununla yanaşı, iri şirkətlərdə qreyd sistemi əməkhaqqının mərhələli şəkildə artırılması və imtiyazların həcminin, hətta şəxsi avtomobilə qədər genişləndirilməsi ilə müşayiət olunursa, yaradıcı kollektivlərində yüksək qreyd faktı ciddi motivasiyaverici amilə çevrilir.

Stimullaşdırmanın əlavə üsulu işçilərin şirkətin vəsaiti hesabına ixtisasının artırılması, onların müxtəlif kurslara göndərilməsi, seminar və treninqlərin ödənilməsi ola bilər. Hətta öz ixtiralarını həyata keçirmək üçün maşın vaxtının verilməsi böyük bir mühəndis-ixtiraçılar qrupu üçün əhəmiyyətli bir motivasiya amili ola bilər.

Yaradıcı düşüncəli insanlar üçün çevik bir iş cədvəli də şəxsi effektivlik dövrlərindən maksimum istifadə etməyə imkan verən çox vacib bir amilə çevrilir. Sərt reqlamentləşdirilmiş iş vaxtı, gecikməyə görə cərimələr, əməkdaşın iş yerinə bağlanması, digər tərəfdən isə əmək məhsuldarlığını kəskin şəkildə aşağı salır. Çevik iş vaxtından istifadə təcrübəsi “Google”da effektiv tətbiq edilir. Burada müxtəlif layihələr üzərində çalışanlar, əmək vaxtının 20%-ni əsas vəzifələrinə aid olmayan istənilən layihələrlə məşğul olmağa borcludurlar.

Özü də bu fəaliyyət orta əməkhaqqı standartlarına uyğun ödənilirsə, o həm əməkdaşa, həm də şirkətə sərf edilir. Şirkətin sənaye liderləri sırasına daxil olduğu yeni ideyaların əksəriyyəti, məhz, bu zamanlarda yaradılır. Sərbəst yaradıcılıq, istənilən halda, şirkətə məxsus intellektual bir məhsuldur, lakin standart proseslərlə məşğul olmaq əvəzinə, yaradıcılıq qabiliyyəti işçinin əsas sahələrdə vəzifələrinin yerinə yetirilməsinə təsir göstərir.


VIII hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email