Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Mənbə: banker.az

Torpaq sahəsinin özbaşına tutulması hansı məsuliyyətə səbəb olur?

Torpaq sahəsinin özbaşına tutulması hansı məsuliyyətə səbəb olur?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə – təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir: “Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qanunvericiliyə əməl etmək isə hamımızın borcudur”.

Mənbə: vergiler.az

Əmək müqaviləsində öncədən xitam şərtləri mümkündürmü?

Əmək müqaviləsində öncədən xitam şərtləri mümkündürmü?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:

a) Tərəflərin qarşılıqlı razılığı;

Misal 1

İşəgötürən və marketinq meneceri müddətsiz əmək müqaviləsi imzalayırlar. Müqavilədə nəzərdə tutulur ki, işçi yeni məhsul brendinin reklamı ilə məşğul olacaq və əgər reklam nəticəsində məhsulların satışı 3 ay ərzində X manatı keçməsə, 4-cü ayın ilk iş günündə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam veriləcək.

b) Səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə;

Misal 2

Sərnişin daşınması ilə məşğul olan aviaşirkət dövri olaraq pilotları tibbi müayinədən keçirir. Onlardan biri müayinədən imtina edərsə və ya tibb müəssisəsi əmək funksiyasının həyata keçirilməsi üçün pilotun səhhətində hər hansı problem aşkarlayarsa, bu, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

c) Əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

Nazirlər Kabininetin 14 yanvar 2002-ci il tarixli 7 saylı Qərarı ilə “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı” təsdiq edilib. Bu tip iş yerlərində işəgötürən işçi ilə əmək müqaviləsi imzalayarkən onu peşə xəstəliyinə tutulma ehtimalının olması haqqında məlumatlandırmalıdır.

ç) İşin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərtilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

Təcrübədə bu hala çox rast gəlinməsə də, əmək müqaviləsinin xitamı üçün maraqlı haldır.

Misal 3

İşəgötürən maliyyə nəticələrinin zəif olması səbəbindən işçi ilə qarşılıqlı razılıq əsasında onun əmək müqaviləsinə xitam verir. Amma işçi şərt qoyur ki, 4 aydan sonra onunla yenidən əmək müqaviləsi bağlanılsın. İşəgötürənin maliyyə göstəriciləri zəifləməkdə davam etsə də, o, məcburi öhdəlik götürdüyündən işçi ilə yenidən əmək müqaviləsi imzalamalıdır.

d) Bu maddənin tələblərinə əməl olunmaqla tərəflərin müəyyən etdiyi digər hallar.

İşəgötürən və işçinin qarşılıqlı razılığı əsasında bəzi hallar öncədən nəzərdə tutula bilər. Misal üçün, işəgötürən işçini işə qəbul edərkən onunla anlaşır ki, işçi müəyyən dövr ərzində ixtisası üzrə təhsil almalıdır və ya hansısa peşəkar sertifikatı əldə etməlidir. Əgər işçi qeyd olunan dövr bitənǝdək həmin öhdəliyi icra etmirsə, bu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Əmək müqavilələrinin bu şəkildə ləğvi zamanı əmrdə və əmək kitabçasında Əmək Məcəlləsinin xitama əsas verən müvafiq maddəsi mütləq qeyd olunmalıdır.

Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

Əmək Məcəlləsinin 75-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Tərəflər əmək müqaviləsinə xitam verilməsinə dair onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

Misal 4

İşəgötürən işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayır. Müqavilədə qeyd olunur ki, işəgötürən işçinin gələcək dövr üçün əməkhaqlarını qabaqcadan ödəməklə onu işdən azad etmək hüququna malikdir. 4 aydan sonra işəgötürən işçiyə hər hansı səbəb göstərmədən onunla işləmək istəmədiyini bildirə və gələcək dövrün əməkhaqlarını ödəməklə onu işdən azad edə bilər.

Maraqlıdır ki, işəgötürənin qərarının əmək münasibətləri ilə bağlılığı yoxdur. İşçi bu halla razı deyilsə, şərəf və ləyaqətinin alçaldıldığını iddia edirsə, işəgötürən belə hallara yol verməməlidir.

İndi isə ƏMAS altsisteminə daxil etmək üçün nümunəvi bir halı qeyd edək.

Misal 5

İşəgötürən 50 yaşlı şəxsi yükdaşıma üzrə sürücü vəzifəsinə işə qəbul edir və əmək müqaviləsində qeyd aparır ki, işçi 65 yaşında pensiyaya çıxdığı zaman əmək müqaviləsinə xitam veriləcək. Bu zaman ƏMAS altsistemində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar hissəsində “65 yaşında hüququ yaranan əmək pensiyasına çıxdıqda” qeydi yazılmalıdır.

Mənbə: vergiler.az

2026-28-ci illərdə işəgötürən və işçinin vergi və sosial öhdəlikləri

Gecikmiş ödəmələrə görə vergilərin hesablanma qaydası

posted in: Xəbər | 0

2025-ci ilin mükafatı işçiyə 2026-cı ilin fevral ayında ödənilərsə, gəlir vergisi üzrə tutulmalar 2025-ci ilin, yoxsa 2026-cı ilin qanunvericiliyinə əsasən tutulmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci ilə aid olan mükafat işçiyə 2026-cı ilin fevral ayında ödənildiyi halda, həmin mükafat üzrə gəlir vergisi tutulmaları 2026-cı ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən aparılmalıdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisi üzrə vergitutma obyekti gəlirin faktiki əldə edildiyi tarixdə formalaşır. Bu zaman gəlirin hansı dövrə aid olması deyil, işçiyə faktiki olaraq ödənildiyi (verildiyi) tarix əsas götürülür.

Bu baxımdan, mükafat 2025-ci ilə aid olsa da ödəniş 2026-cı ilin fevral ayında həyata keçirildiyindən, həmin gəlir 2026-cı ildə əldə edilmiş gəlir hesab olunur və gəlir vergisi üzrə tutulmalar 2026-cı ilin qanunvericiliyinə uyğun qaydada aparılır.

Mənbə: vergiler.az

2026-28-ci illərdə işəgötürən və işçinin vergi və sosial öhdəlikləri

1 66 67 68 69 70 71 72 2. 693