Fiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər?

posted in: Xəbər | 0

Fərdi sahibkar tərəfindən pambıq istehsalı üçün icarəyə götürülmüş təsərrüfat subyektləri (obyektləri) üzrə bağlanılmış icarə müqavilələri 01.10.2024-01.10.2025-ci il tarixə kimi olub. Ancaq məhsul yığıldıqdan sonra torpaq 2024-cü ilin dekabr tarixindən sahibinə qaytarılıb. Şəxsi kabinetdə həmin obyektlərin fəaliyyəti dayandırılmayıb.  Hazırda Dövlət Vergi Xidməti tərəfindən qərar qəbul edilib, borc yaranıb. Bu halda mən nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi ödəyicisi borcunun olub-olmamasını Çağrı Mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. Həmçinin, vergi borcu haqqında məlumatı VÖEN-i qeyd etməklə bu linkdən öyrənmək mümkündür:

https://new.e-taxes.gov.az/etaxes/tax-debts

Vətəndaşlar banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərini və digər icbari ödənişlərini ödəyə bilərlər. Dövlət Vergi Xidmətinin rəsmi saytının “Vergiləri necə ödəyək?” bölməsində yerləşdirilmiş videotəlimata əsasən, “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəmək mümkündür.

“Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” təlimatına nəzər yetirərək, istifadəçi tərəfindən obyektin fəaliyyətinin dayandırılması üçün ərizənin onlayn tərtib edilməsi və göndərilməsi qaydası ilə tanış ola bilərsiz.

Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az

Dövlət əmlakının özəlləşdirilməsindən büdcə gəlirləri artıb

Dövlət əmlakının özəlləşdirilməsindən büdcə gəlirləri artıb

posted in: Xəbər | 0

2025-ci ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 135,3 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,2 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verilir.

Özəlləşdirmə daxilolmaları proqnozdan 23 % çox icra edilib.

Məlumata görə, hesabat dövründə 58 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda iştirak etmək üçün 2 446 sifariş verilib. “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.

İl ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1 160 nəqliyyat vasitəsi özəlləşdirilib.

2025-ci ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.

Mənbə: report.az

Bu şəxslər də icbari tibbi sığortadan yararlana biləcək

Bu şəxslər də icbari tibbi sığortadan yararlana biləcək

posted in: Xəbər | 0

“Cəzaçəkmə müəssisələrində olan şəxslər də icbari tibbi sığortadan yararlana biləcək”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib: “Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.

Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.

Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.

Mənbə: banker.az

“Fərqlənmə nişanı”na malik vergi ödəyicisi üçün əlavə gəlirlərin uçotu

Düz xətt amortizasiyası və təmir xərcləri: fərqli qaydalar

posted in: Xəbər | 0

2026-cı ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyisikliklərdən biri də üfüqi monitorinqin tətbiqi ilə bağlıdır. Yeniliyə əsasən, üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri əsas vəsaitləri üzrə amortizasiya ayırmasını düz xətt metodu ilə həyata keçirə biləcəklər. Bəs düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyicisi əsas vəsaitlərinə əsaslı təmir xərci və cari təmir xərci çəkərsə, hesablamalar necə olacaq?

Yeniliyi Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edib.

Düz xətt metodu ilə amortizasiya ayırması hesablanarkən əsas vəsaitin ilkin dəyəri onların müəyyən edilmiş istifadə müddətlərinə bölünməklə hesablanır. Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

– torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular – 44 il;
– maşın və avadanlıqlar – 14 il;
– yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11 il;
– hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29 il;
– istehsalat, idman maşınları, idman motosikletləri, idman velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri – 9 il;
– xidməti nəqliyyat vasitələri – 19 il;
– avtonəqliyyat vasitələri – 14 il;
– iş heyvanları – 14 il;
– geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 11 il;
– qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 il, istifadə müddəti məlum olanlar üçün isə istifadə illərinə uyğun olaraq;
– digər əsas vəsaitlər – 14 il.

Misal 1

Düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyicisi ilkin dəyəri 70.000 manat olan avadanlıq alıb. Avadanlıqlar üzrə istifadə müddəti 14 il müəyyən edilib. Birinci il üçün amortizasiya ayırması 5.000 manat hesablanacaq:

70.000 : 14 = 5.000 manat.

Düz xətt metodu ilə amortizasiya hesablayan vergi ödəyiciləri əsas vəsaitlərinə əsaslı və ya cari təmir xərcləri çəkərkən çox diqqətli olmalıdırlar.

Vergi Məcəlləsinin 114.11.3-ci maddəsinə əsasən, düz xətt metodu ilə illik amortizasiya məbləğləri həmin əsas vəsaitlərin ilkin dəyəri onların bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətlərinə bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi zamanı əsas vəsaitlər üzrə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən edilmiş istifadə müddətinə bölünməklə əldə olunan məbləğ əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxılır.

Yəni, bu maddəyə əsasən, əsaslı təmir xərcləri və ya cari təmir xərclərinin məhdudlaşdırılmadan artıq olan hissəsi əsas vəsaitin ilin sonuna qalıq dəyərinə yox, ilkin dəyərinə əlavə edilməlidir.

Misal 2

İlkin dəyəri 70.000 manat olan avadanlıq əvvəlki ildə bir il üzrə amortizasiya edilib. Yəni:

70.000 : 14 = 5.000 manat.

Cari il üçün həmin avadanlığın qalıq dəyəri 65.000 manat (70.000 – 5.000), istifadə müddəti isə 13 il qalacaq. Vergi ödəyicisi cari ildə həmin avadanlığa 9.000 manat əsaslı təmir xərci çəkib. Cari ildə çəkilmiş 9.000 manat əsaslı təmir xərci birbaşa gəlirdən çıxılmır və əsas vəsaitin ilkin dəyərinin üzərinə gəlinir:

70.000 + 9.000 = 79.000 manat.

Daha sonra formalaşan dəyər aktivin müəyyən edilmiş son istifadə müddətinə bölünməlidir. Yəni:

79.000 : 14 = 5.642,8 manat.

Alınan məbləğ avadanlığın təmir olunduğu ildən etibarən qalan son istifadə müddətinə bölünməklə bərabər məbləğlərdə gəlirdən çıxılır:

5.642,8 : 13 = 434,06 manat.

Eyni zamanda, cari il üçün əsas vəsaitin amortizasiya xərci belə hesablanmalıdır:

65.000 : 13 = 5.000 manat.

Gəlirdən çıxılan cəmi amortizasiya xərci isə 5.434,06 manat olacaq:

5.000 + 434,06 = 5.434,06 manat.

Növbəti illərdə də bu tendensiya davam edir və düz xətt metodu pozulmur.

Əgər əsaslı təmir xərcini cari il üçün qalıq dəyərin üzərinə gəlib amortizasiya hesablasaq, bu halda düz xətt metodunu pozmaqla Vergi Məcəlləsinin müvafiq maddəsinə zidd hesablama aparmış olardıq.

Mənbə: vergiler.az

“Fərqlənmə nişanı”na malik vergi ödəyicisi üçün əlavə gəlirlərin uçotu

1 64 65 66 67 68 69 70 2. 693