Bu işlər üçün lisenziya tələb olunmayacaq

posted in: Xəbər | 0

E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatı“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlar “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Adıçəkilən Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir.

Mənbə: report.az


Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

posted in: Xəbər | 0

əvəzləşdirilmə, ƏDV əvəzləşdirilməsi, Kənd təsərrüfatı məhsulları, ƏDV-nin hesablanması,Meyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs ilə müqavilə bağlayır. Bu halda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.

Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164.1.34-2-ci maddəsi.

Mənbə: vergiler.az


Maddi yardımlar vergiyə cəlb olunurmu?


Əlavə xərclər malların maya dəyərinə aid edilirmi?

posted in: Xəbər | 0

Aksiz, Mühasib köməkçisi, vergi daxilolmaları, dövlət rüsumu, dövlət qeydiyyatı, Vakansiya: Vergi üzrə mühasib, əvəzləşdirmə, inventarlar üzrə mühasib, vakansiya, xərclərin tanınması, Mədaxil qəbzləri, kassa çeki, icarə haqqı, gəlir vergisi, hüquqi şəxs, torpaq vergisi, gəlir vergisi,vergitutma, yükdaşımalar,Müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimələri, dəbbə pulunu, faiz xərclərini bu xərclərin yaranmasına səbəb olan mallar alınarkən və ya idxal edilərkən həmin malların maya dəyərinə aid etmək olarmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Müəssisələr bəzən mal alarkən və ya idxal edərkən normal işgüzar adətdən fərqli olaraq nəzərdə tutulmayan, normadan artıq xərc yaranır. Məsələn, tutaq ki, “AA” MMC Türkiyədən 50.000 manatlıq mal idxal edir və həmin malın ölkəyə daşınması ilə bağlı beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisəyə müqavilə üzrə 5.000 manat ödəniş etməlidir. Malları idxal edən “AA” MMC hər hansı səbəbdən daşıma müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün (məsələn, ödənişi vaxtında etmədiyi üçün) beynəlxalq daşıma müəssisəsi müqaviləyə əsasən 3.000 manat məbləğində dəbbə pulu (penya, cərimə) hesablayıb və “AA” MMC həm 5.000 manat daşıma xərcini, həm də 3.000 manat dəbbə pulunu beynəlxalq daşıma müəssisəsinə ödəyib. Bu halda 3.000 manat dəbbə pulunu müəssisə öz uçotunda necə əks etdirəcək? Müəssisə ödədiyi dəbbə pulunu idxal edilən malın maya dəyərinə aid edə bilərmi?


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, daşınması və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Bizim göstərdiyimiz misalda 5.000 manat daşıma xərci malın maya dəyərinə aid edilir. Təcrübədə bəzən rastlaşırıq ki, bəzi mütəxəssislər 3.000 manat dəbbə pulu idxal edilən mal ilə bağlı yarandığına görə həmin məbləği də malın maya dəyərinə aid edirlər.

Əvvəlcə aydınlaşdırmalıyıq ki, malı idxal edən müəssisənin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə ödədiyi dəbbə pulu, ümumiyyətlə, gəlirdən çıxılırmı? Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən, mülki hüquq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilən faizlər, dəbbə pulu müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Vergi Məcəlləsinin 143-cü maddəsində isə göstərilir ki, vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər aktivlərin dəyərinə aid edilmir. Həmçinin, “Ehtiyatlar” adlı 2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, normadan artıq sərf edilən xərclər malların dəyərinə aid edilmir.

Beləliklə, müəssisənin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimə, dəbbə pulu, penya, faiz, habelə həmin məhsulların satışı üçün çəkilmiş satış xərcləri, saxlama (anbar) xərcləri malların alışı və idxalı ilə birbaşa bağlı olsa belə, həmin xərclər malların maya dəyərinə aid edilmir və dövrün birbaşa gəlirdən çıxılan xərclərinə aid edilir.

Mənbə: vergiler.az


Maddi yardımlar vergiyə cəlb olunurmu?


Maddi yardımlar vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

kompensasiya, sadələşdirilmiş vergi tətbiqiSosial həmrəylik tədbirləri çərçivəsində bayram günlərində müəssisənin işçisi olmayan, yardıma ehtiyac duyan vətəndaşlara pul şəklində müxtəlif maddi yardımlar edilir. Həmin yardımlar vergiyə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: kimi Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


1 693 694 695 696 697 698 699 2. 686