Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir

posted in: Xəbər | 0

kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edir.

Təcrübə proqramı Dövlət Vergi Xidmətinin aşağıda adları qeyd olunan strukturları üzrə təşkil olunacaq:

  • Aparatın struktur bölmələri;

  • Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi;

  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

  • İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

  • Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

  • Ərazi vergi orqanları.

Yay Təcrübə Proqramının müddəti 2 ay olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.

Təcrübə proqramının üstünlükləri:

  • Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanının yaradılması;

  • Təlim və seminarlarda iştirak;

  • Təcrübə keçən tələbələrə sertifikatın verilməsi;

  • Təcrübə proqramını uğurla tamamladıqda Dövlət Vergi Xidmətində daimi işə qəbul olunma imkanı.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər: 

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;

  • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 3-cü və ya 4-cü kurs bakalavriat pilləsində, 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə və ya informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə təhsil almalı;

  • Cari tədris ilinin son semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 85 baldan (4 ballıq sistem üzərindən 3,5-dən) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün seçim mərhələləri: 

  • İstək (motivasiya) məktublarının qiymətləndirilməsi;

  • Keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirmənin aparılması;

  • 2-ci mərhələdən uğurla keçən tələbələrin vergi sahəsi üzrə nəzəri biliklərinin artırılması üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində 10 günlük təlim kursunun keçirilməsi və yekunu üzrə qiymətləndirmənin aparılması;

  • Təlim kursunun yekunu üzrə qiymətləndirmədə yüksək nəticə əldə edən tələbələrin Dövlət Vergi Xidmətində təcrübəyə cəlb edilməsi.

Proqramda iştirak etmək üçün sənəd qəbulu  elektron poçt ünvanı vasitəsilə 30.04.2022-ci il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və istək (motivasiya) məktubu mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Namizədin müraciəti elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.

Mənbə: taxes.gov.az


“PAŞA Bank”da Sahibkar həftəsi!

posted in: Xəbər | 0

PAŞA Bank,Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” 25 Aprel – Sahibkarlar Günü münasibətilə biznes sahibləri üçün endirim həftəsi elan edib.

25-30 aprel tarixlərində onlayn biznes kreditlərində birdəfəlik komissiyaya 25% endirim təklif olunur. Eyni zamanda müddət ərzində “PAŞA Biznes” mobil tətbiqində yaradılan və imzalanan 25 000 AZN-dək bir ölkədaxili ödənişə komissiya tətbiq olunmur.

Qeyd edək ki, onlayn biznes krediti ilə biznesinizi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. 250 000 AZN-dək biznes kreditini banka gəlmədən və girov tələb olunmadan əldə edə bilərsiniz.

Onlayn kredit məhsulları haqda daha ətraflı məlumat və müraciət üçün keçid:  https://pshb.az/38cJ9GU

PAŞA Biznes tətbiqini yükləmək üçün keçid: https://pshb.az/392KzUT


2022-ci ildə tələb olunacaq mühasibatla bağlı 10 ən yaxşı peşə (II hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu sahəsində karyera son zamanlar əvvəlkindən daha gəlirli olmuşdur. Əmək statistikası bürosunun son hesabatında mühasiblərin və auditorların məşğulluğunun 2019-cu ildən 2029-cu ilə qədər 4 faiz artacağı proqnozlaşdırılır.

I hissəyə nəzər yetirin

fəlsəfə və mühasibat uçotu, rəqəmsal iqtisadiyyat mühasibat uçotu,

Maliyyə analitiki

Maliyyə analitiki kənar və ya daxili müştərilərdən ötrü maliyyə təhlili aparmaq üçün təlim keçmiş peşəkardır ki, bu da onun işinin əsas aspektidir.

O, bazar tendensiyaları, bir şirkətin və ya oxşar işlərlə məşğul olan şirkətlərin maliyyə vəziyyəti kimi amillərlə bağlı apardıqları təhlillərə əsaslanaraq təşkilatlara biznes məsləhətləri verir.

Müştərilərinin vəziyyətindən və vəsaitlərinin ölçüsündən asılı olaraq, maliyyə analitikləri milyonlarla dollar dəyərində olan şirkət və təşkilatlara məsləhətlər verirlər.

Risk analitiki

Risk analitikləri təşkilatın yaxın gələcəkdə üzləşə biləcəyi potensial maliyyə risklərini qiymətləndirmək üçün təşkilatlarla sıx əməkdaşlıq edirlər.

Onlar potensial itkiləri proqnozlaşdırmaq və diversifikasiya etmək, valyuta mübadiləsi və digər investisiya strategiyaları vasitəsilə riskləri necə məhdudlaşdırmaq barədə məsləhətlər vermək üçün analitik bacarıqlarından istifadə edirlər.


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Uyğunluq üzrə əməkdaş

Uyğunluq üzrə mütəxəssis – bu, şirkətdə xarici normativ və hüquqi tələblərə, həmçinin daxili siyasətlərə və daxili qanunlara riayət olunmasını təmin edən məsləhətçidir.

Adətən, uyğunluq üzrə əməkdaşların öz sahibkarları qarşısında normativ riskləri müəyyən etmək və onları idarə etmək kimi rəhbərlik və işçi heyəti ilə işləmək vəzifəsi durur.

Onlar öz təşkilatlarının dövlət qərarlarına uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyırlar, həmçinin böyük cərimələrə, hüquqi nəticələrə və nüfuzuna xələl gətirə biləcək səhvlərdən çəkinməkdə onlara kömək edirlər.

Bu, mühasibat uçotu sahəsində dərhal məşğul ola biləcəyiniz ən gəlirli peşələrdən biridir. Komplayens menecerlərinə tələbat yüksəkdir.

Məhkəmə mühasibi

Sizin mühasibat uçotu sahəsində yiyələnə biləcəyiniz və uğurlu karyera qura biləcəyiniz daha bir peşə – məhkəmə mühasibi peşəsi.

Auditorlar kimi, məhkəmə mühasibləri də şirkətlərdə şübhəli / fırıldaqçılıq fəaliyyətini araşdırmaq üçün işə götürülən hüquqi və maliyyə sənədlərinin ekspertləri və tədqiqatçılarıdır. Bəzi hallarda, onları fırıldaqçılığın qarşısını almaq üçün işə qəbul edirlər.

Kredit təhlili üzrə menecer

Kredit təhlili üzrə menecerlər adətən müştərilər haqqında maliyyə məlumatlarının təhlili və təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Onlar kredit tarixçəsi, ödəniş vərdişləri, illik gəlir və alış fəaliyyəti haqqında məlumatları toplayır və təhlil edirlər.

Kredit menecerləri adətən müəyyən maliyyə anlayışı əsasında kredit müraciətlərini qəbul etmək və ya rədd etmək üçün məsuliyyət daşıyırlar və şirkətin kreditvermə prosesinə nəzarət etmək səlahiyyətinə malikdirlər.


Mühasibat uçotunun mənbəyi nədir?


Vergi mühasibi

Vergi mühasibi – bu, maliyyə hesabatlarının tərtib edilməsində və vergi hesabatlarında müştərilərə və şirkətlərə kömək etmək üçün təlim keçmiş maliyyə ekspertidir.

Onlar əsasən vergi hüququnu araşdırır, öyrənir və şərh edirlər. Onların işinə ödənişlərin hazırlanması, vergilərə qənaət olunmasının müəyyən edilməsi və vergi məsələlərinin təhlili daxildir.

Büdcə analitiki

Büdcə analitikləri təşkilatlara maliyyə resurslarını bölüşdürməkdə kömək edirlər. Onlar büdcələri işləyib hazırlayır, təhlil və icra edirlər. Həmçinin özəl biznesin, qeyri-kommersiya təşkilatlarının və dövlət müəssisələrinin gələcək maliyyə tələbatlarını qiymətləndirirlər.

Onlar büdcə hesabatlarının hazırlanması və təşkilatların xərclərinə nəzarət üzrə ekspertlərdir. Büdcə analitikləri dövlət və özəl təşkilatlara öz maliyyə işlərini planlaşdırmaqda kömək edirlər.

Mühasib

Mühasib – o, gündəlik maliyyə əməliyyatlarını sənədləşdirərək hesabatlarınızı hazırlayan şəxsdir.

Mühasiblər gəlirlər və xərclər kimi əməliyyatların qeydiyyatı və onların müxtəlif hesablarda yerləşdirilməsi, ödənişlərin emalı, gündəlik bank əməliyyatlarının yerinə yetirilməsi, müxtəlif maliyyə hesabatlarının hazırlanması üçün məsuliyyət daşıyırlar.

Maliyyə direktoru

Bir qayda olaraq, maliyyə direktorları təşkilatın iqtisadi və maliyyə məsələlərinə nəzarət edir və idarə edirlər. Onlar maliyyə məqsədlərinə nail olmaq üçün yüksək səviyyədə qərarlar qəbul edirlər və uzunmüddətli maliyyə rifahı strategiyasını hazırlayırlar. Bu sizin əldə edə biləcəyiniz ən yaxşı mühasibatlıq vakansiyalarından biridir.


Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin tutulması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin tələblərinə görə, qeyri-rezidentlərə ödənilən royaltilərdən 14 faiz ödəmə mənbəyində vergi tutulur və müvafiq olaraq bəyannamədə əks etdirilir. Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri bu halda 18 faizlik ƏDV-nin hesablanılıb-hesablanmamasıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələ Vergi Məcəlləsinin 168-ci maddədində öz əksini tapıb.

Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi.

Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Məcəllənin keçmiş variantı ilə müqaysə etsək, görərik ki, 2022-ci il yanvarın 1-dən 168.1.5-ci maddəyə “o cümlədən istifadəyə verilməsi” ifadəsi əlavə edilib. Bəs bu yeniliklə nə dəyişir?

Bildiyiniz kimi, 168.1.5-ci maddə istənilən şəxsin işlərin yerinə yetirilməsi yerindən asılı olmayaraq, işlərin və xidmətlərin təqdim edildiyi yer alıcının olduğu yer sayılır. Odur ki, patentlər və digər analoji ximətlər və işlər də bura aid edilib. 1 yanvar 2022-ci ilə kimi bu hüquqlar ancaq başqa bir şəxsin mülkiyyətinə verildikdə (güzəştin son nəticəsi də mülkiyyətin keçməsidir) xidmətin təqdim edildiyi yer alıcının yeri sayılırdı.

Royaltidə isə yuxarıda göstərilən hüquqlar mülkiyyətə verilmir, ancaq müəyyən şərtlərlə istifadəyə verilir. Ona görə də 1 yanvar 2022-ci ilə kimi yuxarıdakı maddədə göstərilən əməliyyatların nəticəsi royalti sayılmırdı və qeyri-rezident royalti xidmətini təqdim edəndə 168.1.5.-ci maddənin tələblərini ona tətbiq etmək olmurdu. Ona görə də qeyri-rezidentlərə royaltiyə görə ödənilən məbləğlərə ƏDV hesablanmırdı.

2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə “o cümlədən istifadəyə verilməsi” ifadəsinin əlavə edilməsi qeyri-rezidentlərə ödənilən royaltilərə də ƏDV-nin tədbiq edilməsi tələbini qoyur. Yəni maddədə qeyd olunan patent və digər analoji hüquqların istifadəyə verilməsi royalti sayılır və bu xidmətlərin təqdim edilməsi Məcəllənin 168.1.5-ci maddəsinə görə alıcının yeri (Azərbaycan Respublikasının ərazisi) sayıldığından, 18% dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Misal: “AA” MMC Tükiyə Respublikasının qeyri-rezidentinə 5.000 dollarlıq ticarət markasından istifadəyə görə haqq ödəyir. Bu halda vergilər necə hesablanacaq?

14% ödəmə mənbəyində vergi: 5.000 x 14% = 700 dollar

Bu zaman qeyri-rezidentə ödəniləcək məbləğ 4.300 dollar olur: 5.000 – 700 = 4.300 dollar.

Hesablanacaq ƏDV: 5.000 x 18% = 900 dollar.

“AA” MMC 900 dolları (900 x 1,7 manat = 1.530 manat) hesablanmış vergini büdcəyə ödəməklə müvafiq əvəzləşdirmə alacaq və bu, həmin dövrün ƏDV bəyannaməsində əks olunacaq.

Mənbə: vergiler.az


Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?


1 696 697 698 699 700 701 702 2. 691