Azərbaycanda vergi daxilolmaları artıb

posted in: Xəbər | 0

Nizamnamə kapitalı, bərbər fəaliyyəti vergi öhdəliyi,Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8% icra olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib”, – o qeyd edib.

Mənbə: report.az


İtaliya haqqında maraqlı faktlar (I hissə)

posted in: Xəbər | 0

İtaliyanı çox vaxt “Bel Paese” adlandırırlar, tərcümədə “gözəl ölkə” deməkdir.

Rəsmi dil italyan dilidir. O, toskana ləhcəsinə əsaslanır, lakin hər bir bölgə, minlərlə il əvvəl olduğu kimi, hələ də öz ləhcəsində danışır.

Hər il İtaliyanı 40 milyondan çox turist ziyarət edir! Bu göstəriciyə görə ölkə dünyada 4-cü yerdədir.

İtaliyanın bütün ərazisində 3000-dən çox muzey fəaliyyət göstərir.

İtaliya əhalisinin 20 faizindən çoxunun 65-dən yuxarı yaşı var.

İtalyanların orta ömür müddəti 79,5 il təşkil edir.

“Fortepiano” musiq alətini 1709-cu ildə İtaliyada məşhur usta olan Bartolomeo Kristofori yaradıb.

İtaliya ərazisində iki cırtdan dövlət yerləşir: San-Marino və Vatikan.

Dünyaca məşhur “Pinokkio” nağılını italyan yazıçı Karlo Kollodi ərsəyə gətirib.

Po – İtaliyanın ən uzun çayıdır. Onun uzunluğu 652 km, hövzəsinin sahəsi isə 71 000 kv km təşkil edir.

İtalyanların orta yaşı 41 il təşkil edir.

Marko Polo, Con Kapot və Ameriqo Vespuççi kimi məşhur dəniz səyyahları italyandırlar.

İtalyanlar dünyanın ən böyük şərab həvəskarlarından biri hesab olunurlar! İl ərzində orta statistik İtaliya sakini 26 litrdən çox şərab içir.



Dondurmanı Avropaya ilk dəfə gətirən italyan dəniz səyyahı Marko Polo olub! Tarixçilər hesab edirlər ki, Çindən qayıtdıqdan sonra Marko özü ilə həmin ölkədən bir neçə növ dadlı “dondurma suyu” reseptini gətiribmiş. Səyahətçinin dediyinə görə, bu cür “buz” parçalarını Uzaq Şərqdə hələ eramızdan əvvəl yeməyə başlayıblar. Belə bir fikir də mövcuddur ki, dondurmaya süd qatmağı M. Polonun özü təklif edibmiş.

İtalyan dilində bütün sözlər yalnız saitlə bitir.

İtaliya Avropa ölkələri arasında ən çox otel sayına malik olması ilə fəxr edə bilər. Eyni zamanda, mütənasiblik itirilmir: büdcə otelləri və ekstra-klass mehmanxanaların sayı bir-birini tamamlayır.

Hər gün Romada ən böyük “Trevi” fontanına turistlər 3000 avro sikkə pullar atırlar.

Zanbaq İtaliyanın milli çiçəyi hesab olunur.

YUNESKO-nun məlumatına görə, İtaliya dünya incəsənət irsinin demək olar ki, 60%-nə malikdir.

14-cü əsrin bubon vəbası İtaliya əhalisinin 30%-dən çoxunu məhv edib.

Pitza ilə yanaşı, makaron da ən məşhur qida məhsullarından biridir. Maraqlıdır ki, hər bir italyan ildə 25 kq-dan çox makaron yeyir.

İtaliya ərazisində şərab hazırlamağı hələ eramızdan əvvəl 1000-ci illərdə öyrəniblər.

Dünyanın ilk və ən məşhur film festivalı Venesiya film festivalıdır. Onun müntəzəm keçirilməsinə hələ 1932-ci ildə başlanılıb.

Ölkədə dünyanın ən çoxsaylı modelyerləri yaşayır. Onlardan ən məşhurları bunlardır: Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton…  Bu da İtaliyanın bütün dünyada moda meyllərini müəyyənləşdirdiyini izah edir.

San-Marino cırtdan dövləti dünyada ən qədim respublikadır. Bu kiçik ölkə həmçinin dünyada ilk konstitusiyalardan birini qəbul etməsi ilə də öyünə bilər. Maraqlı fakt həm də odur ki, San-Marinonun əhalisi cəmi 32 min nəfərdir, ölkənin ümumi sahəsi isə 61 kv km təşkil edir.

İtalyan qadınlar dünyanın ən aşağı məhsuldarlıq səviyyəsinə (uşaqların doğuşuna görə) malikdirlər.

Avropada fəaliyyətdə olan cəmi üç vulkan vardır: Etna, Stromboli və Vezuvi. Onların hamısı İtaliyanın cənubunda yerləşir. Bilmək maraqlıdır ki, Etna – dünyanın ən aktiv vulkanıdır. O demək olar ki, son 3500 il ərzində fasiləsiz olaraq püskürüb, 1999-cı ildən bəri isə hər gün lava buraxır.


II hissəyə nəzər yetirin


Kiçik biznesin çiçəklənməsi üçün yeni texnologiyalardan necə istifadə etməli?


Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?

posted in: Xəbər | 0

mühasibat autsorsinq, mühasibat uçotu istiqamətləri, mühasibatlıqda səhvlər, mühasibatlıq səhvləri, vahid bəyannamənin hazırlanması, vahid bəyannamə, Əməkhaqqı hesablanmasının əsasları, Əməkhaqqı hesablanması,Əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta ödəmələrinin bir növdür. Bəs kimlərin bu müavinəti almaq hüququ vardır? Müavinətin məbləği necə hesablanır? Suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:

• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;

• sanatoriya-kurort müalicəsi zamanı;

• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;

• xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;

• epidemioloji hallarda karantin zamanı;

• vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;

• protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;

• Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.


Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əməkhaqqı hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq xəstə sağalanadək və ya ona tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Misal: Fərz edək ki, işçi 22 dekabr 2020-ci il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2021-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:

­­Ay­lar ­­Ay­da­kı iş gün­lə­ri ­­İş­lə­di­yi iş gün­lə­ri Əməkhaq­qı (manat)
Yan­var 23 23 1.100
Fev­ral 21 21 1.100
Mart 20 20 1.100
­­Ap­rel 21 21 1.100
May 20 20 1.100
­İyun 15 15 1.100
­İyul 22 22 1.100
­­Av­qust 21 21 1.100
Sent­yabr 16 16 1.100
­­Okt­yabr 23 23 1.100
No­yabr 20 20 1.100
De­kabr 21 21 1.100
240 240 13.200

Qeyd et­diyimiz kimi müa­vi­nə­tin ilk 14 gü­nü üçün ödə­niş işə­gö­tü­rə­nin he­sa­bı­na, qa­lan gün­lər üçün isə so­si­al sı­ğor­ta haqq­la­rı he­sa­bı­na DSMF tə­rə­fin­dən olu­nur.

İş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün ona qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət ve­ri­lə­cək.

Əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­duğunu tapaq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür. Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gün­də­lik qa­zan­cı hesablayaq:

13.200 : 240 = 55 manat

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­dğunu mü­əy­yən­ləş­dir­ək. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var.De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı 10 x 55 = 550 manat olacaq.

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş,qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, 12 x 55 = 660 manat.

Misalımızda işçinin əmək sta­jı 12 il ol­du­ğu üçün ona he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­ib. Əgər əmək sta­jı 6 il ol­say­dı, he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödə­niş olmalı idi.

Mənbə: vergiler.az


Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması


E-qaimə ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

– lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli454-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1560 nömrəli Fərmanınınicrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No 10, maddə 2155; 2019, No 3, maddələr 528, 534, 544, 563, 566, 568, No 4, maddə 753, No 5, maddələr 935, 945, 971, No 7, maddə 1325, No 8, maddə 1475, No 10, maddə 1677, No 11, maddə 1878, No 12, maddələr 2091, 2095; 2020, No 3, maddə 344, No 4, maddə 479, No 5, maddə 643, No 6, maddə 784, No 8, maddə 1134, No 9, maddə 1222, No 10, maddə 1273, No 11, maddələr 1403, 1408, No 12 (V kitab), maddələr 1589, 1597; 2021, No 2, maddə 203, No 3, maddələr 278, 288, 293, 300, 302, No 4, maddələr 395, 399, 404, 416, 417, 418, No 6 (IV kitab), maddə 695, No 7, maddələr 871, 874, No 8, maddələr 966, 973, No 9, maddə 1064, No 10, maddələr 1181, 1187, 1192, No 11 maddələr 1256, 1274, 1280, 1283;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 yanvar tarixli 1 nömrəli və 15 yanvar tarixli 18 nömrəli qərarları)ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:



1.1. 1.1.1.1.2.3-cü yarımbənddə “İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən” sözləri “İdman mərc oyunlarından, lotereyalardan” sözləri ilə əvəz edilsin;

1.2. 1.1.4.1.1.6-cı yarımbəndə “lotereyaların” sözündən sonra“(o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının” sözləri əlavə edilsin;

1.3. 1.1.4.3.1.6-cı yarımbəndə “hüquqi şəxslər” sözlərindən sonra “,habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.4. 1.1.4.3.2.4-cü yarımbənddə “operatoru və satıcıları” sözləri “satıcıları, habelə lotereya biletlərinin satıcıları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, No 2, maddə 191) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4.4-cü yarımbənd əlavə edilsin:

“1.4.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,11 aprel 2022-ci il

No 151

Mənbə: nk.gov.az


1 698 699 700 701 702 703 704 2. 686