Mal nomenklaturası və idxal-ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Mənbə: report.az


Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVÖEN-lə fəaliyyət göstərən fiziki şəxs qeyri-rezident olan xarici hüquqi şəxsə proqramlaşdırma xidməti göstərir və hər ay xidmət haqqı alır. Bu fiziki şəxs hansı növ vergi ödəyicisi olmalıdır və hansı sosial sığorta ödənişlərini etməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.



Sorğuda qeyd olunan halda vergi ödəyicisi gəlirlərinin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyi üçün, onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Qanunlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

Mənbə: vergiler.az


İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi?


Kadrların seçiminin müasir kriteriyaları və metodları (II hissə)

posted in: Xəbər | 0

Kadrların seçiminin müasir kriteriyaları və metodları (II hissə)

I hissəyə nəzər yetirin

Kadrların seçimi,Kadrların işə götürülməsi aşağıdakı şəkildə aparılmalıdır:

  • Planlı şəkildə (əvvəlcədən tərtib edilmiş iş prinsipləri, meyarlar, üsullar);
  • Koordinasiyalı (bütün maraqlı tərəflərin seçim prosesinə cəlb olunması);
  • Maddi cəhətdən səmərəli (seçim üçün məsrəfləri maksimum dərəcədə azaltmaq);
  • Vaxtında (seçim və kadr qəbulu müddətinin minimallaşdırılması).

Kadr seçimi meyarlarının formalaşmasında dilemma

Personalın seçimi üzrə mütəxəssislər kadr seçiminin əsas meyarlarını seçərkən, bir sıra suallarla kifayət qədər tez-tez üzləşirlər:

  1. Namizədlərin seleksiyası prosesi, onların yalnız güclü keyfiyyətləri üzərində qurulur yoxsa bu zaman iş axtaranın zəif cəhətlərini diqqətə almaq lazımdır?
  2. Ön plana nəyi çəkmək lazımdır – təcrübə və peşəkar biliyi yoxsa namizədlərin şəxsi və liderlik keyfiyyətlərini?
  3. Daxili yoxsa xarici axtarış nəticəsində əldə edilmiş namizədlərə üstünlük verməli?
  4. Namizədlərin cins, yaş və təhsil amilləri nə dərəcədə nəzərə alınmalıdır?
  5. İşə hazır mütəxəssisi qəbul etməli yoxsa seçim zamanı peşəkar inkişaf potensialı olan namizədə üstünlük verməli?


Kadr seçimi meyarlarına əsas tələblər

Kadrların seçimi meyarları bu cür olmalıdır:

  • Əsaslandırılmış (elan edilmiş vəzifələrin əməkdaşın işinə və şəxsi keyfiyyətlərinə uyğunluğu);
  • Tamamlanmış (əməkdaşın səmərəli işə töhfə verən bütün xüsusiyyətləri və imkanları nəzərə alınır);
  • Ölçülə bilən (tələb olunan səriştəni mümkün qədər obyektiv qiymətləndirmək və vəzifə üçün bir neçə iddiaçının nəticələrini müqayisə etmək mümkün olmalıdır).

Seçim meyarlarını yüksəltmək və bu zaman sərhədləri ötüb keçməyə lüzum yoxdur. Əks halda bu, namizədlərin dairəsinin hədsiz daralmasına və ya işə qəbul müddətinin uzanmasına gətirib çıxaracaq.

Hal-hazırda, bir qayda olaraq, kadrların seçilməsinin əsas meyarları 4 mövzu ətrafında qruplaşdırılır:

  • Peşəkar və işgüzar keyfiyyətlərin müəyyən edilməsi;
  • Şəxsiyyətin tipinin qiymətləndirilməsi;
  • Problemin qeyri-standart həllinin və ya özünütəhsil bacarığının müəyyən edilməsi;
  • Keçmiş təcrübənin və təhsilin dəyərləndirilməsi.

İşəqəbulda buraxılan səhvlər, təzahürü dərhal görünməyən əhəmiyyətli problemlərə səbəb ola bilər. Keyfiyyətsiz işəgötürmə prosesindən yaranan zərər özünü bu şəkildə göstərə bilər:

  • Yeni əməkdaşların aşağı iş qabiliyyəti və məhsuldarlığında;
  • Komandada mikroiqlimə və münasibətlərə mənfi təsirində;
  • Rəqabət mövqelərinin itirilməsində;
  • Əlavə təhsil xərclərində və ya namizəd üçün yeni axtarışlarda;
  • Öz vəzifəsinin öhdəsindən gələ bilməyən əməkdaşın işdən çıxarılması ilə əlaqəli müvəqqəti və maddi xərclərdə.

Kadrlar şöbəsi təkbaşına heç də həmişə kadrların düzgün seçilməsi prinsiplərini və meyarlarını tərtib etməyi bacarmır. Bu da yanlış əməkdaşın seçilməsinə gətirib çıxarır. Kadrların işə götürülməsində səhvlərin aradan qaldırılmasıdan ötrü HR seçim meyarlarının formalaşdırılması üçün biznesdən maksimum yüksək ixtisaslı əməkdaşları cəlb etmək lazımdır ki, hər kəs gələcək həmkarına olan tələblərin formalaşmasına öz töhfəsini versin.

Əməkdaşların müsahibə prosesinə maksimum cəlb olunması metodu “360 dərəcə prinsipi üzrə seçim” adını alıb. O, gələcək əməkdaş ilə işləyəcək insanların bütün dairəsinin (rəhbərlik, həmkarlar, bəzən tabelikdə olanlar) işaxtaranlarla müsahibə aparmaq  və namizədin güclü və zəif tərəfləri barədə fikirlərini bildirmək imkanı əldə edəcəyini güman edir.

Hesab edilir ki, bu cür yanaşma seyrəltmə prosesini maksimum obyektivləşdirməyə və yeni yaradılan kollektivin daha üzvi şəkildə oturuşacağı şansını artırmağa imkan verir.


III hissəyə nəzər yetirin


Kiçik biznesin çiçəklənməsi üçün yeni texnologiyalardan necə istifadə etməli?


İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi?

posted in: Xəbər | 0

Vətəndaş 2006-cı ildə Xırdalanda kreditlə mənzil alıb və ödənişləri hələ davam edir. Evin krediti tam ödənilmədiyi üçün çıxarış alınmayıb. 2022-ci ilin fevral ayında bələdiyyə tərəfindən həmin mənzil üçün əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişi göndərilib. Vətəndaş əmlak vergisini ödəməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, xüsusi mülkiyyətdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.



Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri

Mənbə: vergiler.az


Hüquqi şəxsin zərəri nə zaman kompensasiya edilə bilməz?


1 699 700 701 702 703 704 705 2. 686