Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

posted in: Xəbər | 0

pensiya kapitalı, işsizlikdən sığorta ödənişinin təyin olunması, sosial ödənişlər, minimum əməkhaqqı 2022, işçilərin minimum əməkhaqları, 2022 iş vaxtı norması, 2022-ci il üçün istehsalat təqvimi, 2022-ci il üçün iş vaxtı norması, işsizlikdən sığorta ödənişinin verilməsi, işsizlikdən sığorta ödənişi,Sosial iş yerləri, sosial işə qəbul olunmaq üçün müraciət qaydaları, əməkhaqqının məbləği və işin müddəti barədə ictimaiyyət arasında müəyyən suallar yaranır. Həmin suallara və digər əlaqədar məsələlərə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə Sosial iş yerlərində işçilərin əməkhaqlarıının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi qaydaları təsdiq edilib.

İşəgötürənlər boş iş yeri haqqında məlumatı müvafiq qaydada “Məşğulluq” altsisteminə yerləşdirməlidir. Sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqısının bir hissəsinin müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən iş yeridir.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzinin göndərişi əsasında işə qəbul olunan sığortaolunanların əmək haqlarının qaydalara əsasən nəzərdə tutulmuş hissəsi müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilir. Yəni işəgötürən vakansiya barədə məlumatı “Məşğulluq” altsisteminə yerləşdirdikdən sonra, məşğulluq orqanı göndəriş əsasında iş üçün müraciət etmiş şəxsi həmin iş yerinə yönləndirir. Həmin göndəriş əsasında işə götürülən işçinin əməkhaqqısının müəyyən hissəsinin, müəyyən müddətə ödənilməsi isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramıdır.


Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqıdan çox olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqıdan tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınmış şəxslər proqrama müraciət edə bilərlər. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.

Misal: Müəssisə 150 işçisi varsa, maksimum 10 sosial iş yeri, 40 işçisi varsa, 8 sosial iş yeri üzrə əməkhaqqlarının maliyyələşdirilməsi proqramı çərçivəsində işçi cəlb edə bilər.

Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqlarının müəyyən edilmiş hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir. Mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına ödənilir.

Proqrama qoşulmaq üçün işəgötürənlər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əmək haqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edirlər. Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri 10 (on) iş günü ərzində həmin işəgötürənin müəyyən edilən tələblərə uyğunluğunu araşdırır.


Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?


İşəgötürən müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əmək haqlarının müəyyən edilmiş hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə” imzalanır.

İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.

Son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.

Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinə uyğun olmaqla 3 aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.

Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir. Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.

Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər proqramda iştirak edə bilməz.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması


Dividendlər nədir və onlar necə işləyir? (II hissə)

posted in: Xəbər | 0

Səhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

I hissəyə nəzər yetirin

Dividend gəlirliliyi nədir?

Dividend gəlirliliyi – bu, şirkətin illik dividendlərini faizlə ifadə edilmiş səhmlərinin qiymətinə nisbətən ölçən əmsaldır. İnvestorlar həmişə maraqlandıqları şirkətlərin dividend gəlirini eyni sənaye sahəsindəki rəqibləri ilə müqayisə etməlidirlər. Çünki yüksək gəlirlilik səhmin aşağı qiymətini və qeyri-sabit dividend ödənişlərini göstərə bilər.

Əgər şirkət dividendlərin həcmini artırarsa və ya səhmlərin qiyməti düşərsə, dividend gəlirləri artacaq. Yaxud əksinə, şirkət dividendlərin həcmini azaldarsa və ya səhmlərin qiyməti artarsa, gəlirlilik aşağı düşə bilər.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Dividendlər və sərvətin artırılması

Dividendlər holdinqin ölçüsünü artırmaq üçün yenidən investisiya edilə bilər və buna sərvət yığılması deyilir. Dividendlərin yenidən sərmayələşdirilməsinin nəticəsi ondan ibarətdir ki, vaxt keçdikcə investisiyanın gəlirliliyi təkcə sərmayədarın yatırdığı ilkin məbləğlə bağlı kapital artımından deyil, həm də mövqenin açılması zamanı yığılan istənilən dividendlərdən asılıdır.

Lakin əgər onlar dividendlərdən qazanılmış pulları yenidən investisiya etsələr, onların investisiyaları və gəlirliliyi illik ifadədə artardı. Yenidən yatırılan dividendlər hesabına investisiyanın artımı yalnız səhm qiymətindəki artımı üstələyir.

Dividendlərin ödənişi üçün mühüm tarixlər

Əgər siz dividend gözləyirsinizsə, yadda saxlamağınız vacib olan bəzi mühüm tarixlər var. Onlara aiddir:

  1. Dividendlərin  bəyan olunması tarixi –  bu, şirkət rəhbərliyinin qarşıdan gələn dividendlərin ödənişinin təfərrüatlarını elan etdiyi tarixdir.
  2. Dividendlərin ödənilmə tarixi, həmçinin dividend ödəmə tarixi kimi tanınan, investorun dividend ödəməsi hüququ əldə etmək üçün səhmlərə sahib olmalı olduğu tarixdir.
  3. Dividendləri ödəyən şirkətin hansı səhmdarların onu almaq hüququna malik olduğuna dair qərar verməsi üçün son qeydiyyat günü ilə bağlı tarix.
  4. Səhmdarlara dividendlərin ödənilmə günü olan dividendlərin ödəniş tarixi.

Müəssisənin mühasibat uçotunun təşkili


İnvestisiya zamanı dividendlər

Dividendlər adətən investisiya ilə əlaqələndirilir. Dividendlərə investisiya qoyarkən, məqsəd, onları ödəmək üçün kifayət qədər sərfəli olan şirkətin səhmlərini almaqdır. İnvestor səhmləri satın alır və iştirak payından asılı olaraq dividend ödənişləri əldə edir. Dividendlərə sərmayə yatırmaq – bu, ya sürətlə inkişaf edən şirkətlərlə ayaqlaşmaq  və ya səhm qiymətlərinin uzunmüddətli artımına nail olmaq ümidi ilə ucuz şirkətlərin arxasınca getmək üçün investisiya yatırımının alternativ üslubudur.

Dividendlərin yekun nəticələri

  • Dividendlər – bu, şirkətin mənfəətinin səhmdarlarına qaytarmağa qərar verdiyi hissəsidir;
  • Şirkətin investorları cəlb etmək və saxlamaq da daxil olmaqla dividendlər ödəməyə qərar verməsinin müxtəlif səbəbləri vardır;
  • Dividendlər ödənildikdə, səhmlərin qiymətləri adətən düşür. Çünki şirkət onları ödəmək üçün öz mənfəətindən istifadə edir;
  • Səhmdarlar alınan dividendləri yenidən investisiya edə və artan sərvətdən faydalana bilərlər.

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?

posted in: Xəbər | 0

xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMülkiyyətimdə olan və 4 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğum Bakı şəhəri, Nərimanov rayonu ərazisində sökülmüş 100 kvadratmetr sahəsi olan mənzil əvəzinə sökülmüş binanın yerində yeni tikilmiş binadan 125 kvadratmetr sahəsi olan mənzil verilib. Yeni əldə etdiyim mənzili satarkən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.


Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması


Buna əsasən, sökülmüş yaşayış sahəsinin əvəzində verilən və sahəsi 125 kvadratmetr olan yaşayış sahəsi tərəfinizdən təqdim edilərkən müvafiq arayış notariusa təqdim olunmaqla təqdim edilən yaşayış sahəsinin 120 kvadratmetr (əvvəlki mənzilin sahəsi 100 kv.m və 20 kvadratmetr sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə) sahəsi vergidən azad olunur, qalan 5 kvadratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi.

Mənbə: vergiler.az


Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

posted in: Xəbər | 0

Sahibkarlıq sahəsində yoxlamalar, əmək pensiyalarının indeksləşdirilməsi, Vergi Məcəlləsində dəyişiklik, Sənaye parkları, gömrük rüsumu, vergi,Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin 4 aprel tarixində təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Maliyyə Nazirliyinə həvalə olunub.

Elektron portalın yaradılması ilə bağlı ilkin təkliflərin müəyyən edilməsi, maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən elektron portal ilə əlaqədar müvafiq sənədlərin və portalın layihəsinin hazırlanması, “e-mühasibat” elektron portalının yaradılmasının başa çatdırılması nəzərdə tutulub.

Mənbə: report.az


 

1 702 703 704 705 706 707 708 2. 686