Əmək hüququnun pozuntuları zamanı şərti cərimənin tətbiq olunması

posted in: Xəbər | 0

mə­zu­niy­yət haq­qı, əməkhaqqı üçün ver­gi­lər,İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi qaninvericiliklə təsbit olunub. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

İnzibati xətanı törətmiş şəxs barədə cərimənin tətbiqinin əhatə dairəsi İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndində müəyyənləşdirilmişdir.

Əmək qanunvericiliyinə dair şərti cərimə tətbiq edilməsini nəzərdə tutan maddələr Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 539, 540.3 – 540.5 maddələridir. Həmin maddələrə əsasən:

• 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.10. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immun çatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


• 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə – min beş yüz manat məbləğində cərimə edilir.

• 203. Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə – yeddi yüz əlli manat məbləğində cərimə edilir.

• 539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

• 539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə – vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.


Əmlakı olanın vergi öhdəlikləri


• 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

• 540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

• 540.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci və 4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə – vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur.


Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta


Misal: İşçi sosial məzuniyyətdə olduğu vaxtda əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun əmək müqaviləsinə xitam verilib. Halbuki Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçinin məzuniyyətdə olduğu dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Qeyd edilən hal İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş cərimə öhdəliyi yaradır. Maddəyə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu halda, həmin xətanı törətmiş vəzifəli şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ayadək müddətə vaxt verilir.

İşəgötürən işçini işə bərpa edir və bu barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verir. Səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır, məlumat təsdqini taparsa, cərimə tətbiq edilmir.

Mənbə: vergiler.az


Avtomobillərə aksiz vergisinin hesablanması

posted in: Xəbər | 0

kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi?

İstehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1, 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 190.4.1-3-cü maddəsinə əsasən, mühərrikinin həcmi 3.000 kubsantimetrdən çox olan avtomobillərin istehsal tarixi 3 ildən artıq olarsa, aksiz məbləği 5.600 manat + mühərrikin həcminin 3.001-4.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat olmaqla hesablanır.

Mənbə: vergiler.az


Əmlakı olanın vergi öhdəlikləri


Dividendlər nədir və onlar necə işləyir? (I hissə)

posted in: Xəbər | 0

ödəmə mənbəyində vergi, sadələşdirilmiş vergi ödəyicisi, dividendə görə vergi öhdəliyi, Səhmdarların dividend öhdəlikləri,Səhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Dividendlər nədir?

Dividendlər – bu, şirkətlərin mənfəətinin öz səhmdarlarına qaytarmağa qərar verdiyi hissəsidir. Bu, səhmdarın səhmləri satmaq zərurəti olmadan investisiyalardan pul qazanmaq üsullarından biridir. Dividendlər investorun səhmlərinin sayından asılı olaraq, aylıq, rüblük, yarım ildə bir dəfə və ya ildə bir dəfə ödənilə bilər.

Dividendlər səhmdarlar üçün cəlbedici stimuldur, onları sərmayə qoyduqları şirkətlərin gəlirli olduğuna və gələcəkdə qazanc əldə etmək üçün yaxşı fürsət olduğuna əmin edir. Bir çox ölkələrdə onlara xüsusi vergi statusu da verilir.

Heç də bütün şirkətlər dividendləri ödəmir, bəziləri mənfəəti yenidən biznesə sərmayə kimi yatırmağa üstünlük verirlər. Bu səbəbdən dividendlərin ödənişində maraqlı olan səhm sahibləri, dividend ödənişini təklif edən şirkətləri ağıllı şəkildə seçməlidirlər. Əgər investor fərdi səhmlərlə ticarət etmək istəmirsə, çoxsaylı müxtəlif səhmlərin olduğu və dividend ödəyən birja fonduna (ETF) investisiya etmək qərarına gələ bilər. Bu o deməkdir ki, onların yalnız bir sərmayəsi olacaq, lakin, dividendlərin əldə edilməsi üçün imkanı birdən çox olacaqdır.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Səhmlərə necə investisiya etmək barədə daha çox məlumat əldə edin

Əldə oluna biləcək müxtəlif dividend növləri mövcuddur. Adi dividendlərə əlavə olaraq, geniş yayılmayan xüsusi və imtiyazlı dividendlər də mövcuddur.

Xüsusi dividendlər adi dividendlər kimidir, çünki onlar da adi səhmlərlə ödənilir. Lakin xüsusi dividendlər yalnız bir halda, əgər şirkət bir neçə il ərzində yığılan mənfəəti bölüşdürmək istəyirsə, o vaxt ödənilir. İmtiyazlı dividendlər – bu, “imtiyazlı” səhmlərə, yəni, istiqrazlara daha çox oxşayan və sabit dividend məbləğinə malik səhmləri olan səhmdarlara ödənilən dividendlərdir. Bunlar adi dividendlər qarşısında üstün mövqeyə malikdirlər.

Şirkətlərin əksəriyyəti dividendləri səhmdarın hesabına nağd şəkildə ödəsələr də, bəziləri dividendləri əmlak və ya səhm şəklində ödəməyə üstünlük verirlər.

Dividendlərin ödənilməsi barədə qərar şirkətlərin direktorlar şurası tərəfindən qəbul edilir və idarə olunur. Lakin səhmdarlar dividendlərin elan vasitəsilə rəsmi şəkildə təsdiqlənməzdən əvvəl ödənilməsini təsdiq etməlidirlər. Dividendləri yalnız ödəniş vaxtında səhm sahibi olan investorlar ala bilir.


Autstaffinq: sadə sözlərlə bu nə deməkdir?


Şirkətlər niyə dividend ödəyirlər?

Şirkətlər müxtəlif səbəblərə görə, o cümlədən investorların cəlb edilməsi və saxlanması üçün dividendlər ödəyirlər. Onlar etibarlılığı və xoş niyyəti qoruyub saxlamağa kömək edə bilərlər – çünki bəzi şirkətlərin səhmlərə görə ödədikləri dividendlər, rəqiblərin səhmlərə görə ödədikləri dividendlərlə müqayisədə daha sərfəli hesab edilə bilər.

Şirkət dividend ödəməyi dayandırdıqda, investorlar bunu biznesin problem içində olduğuna dair bir siqnal kimi görə bilərlər. Şirkət dividendləri azaltdıqda, bu, biznesin uzunmüddətli perspektivdə səhmdarların gəlirlərini artırmaq üçün başqa yollar axtardığını ifadə edə bilər. Digər tərəfdən, şirkət dividendlər ödədikdə, bu, onun mənfəət əldə etmək üçün başqa vasitələrinin olmadığını, ona görə də kapitalı yenidən investisiya etmədiyinə dəlalət edə bilər.

Dividendlərin əldə edilməsinə dair zəmanətin ölçülməsinin bir yolu dividendlərin ödənilməsinə gedən şirkətin mənfəətinin bir hissəsini yoxlamaq və ya ödəniş əmsalını təsdiq etməkdir. Bir şirkətin öz xalis gəlirinin yüksək faizindən dividend ödənişi üçün istifadə etməsi məqbul sayıla bilməz. Buna xəbərdarlıq əlaməti kimi baxmaq lazımdır; səhmlər problemlə üzləşə bilər.


Müəssisənin mühasibat uçotunun təşkili


Dividendlər səhmlərin qiymətinə necə təsir edir?

Bir şirkət dividendləri elan edərkən, gözlənilməz bir artım baş verərsə, səhmlərin qiyməti yüksələ bilər. Dividendlər ödənildikdən sonra, çox güman ki, səhmlərin qiyməti dividendlər ilə eyni miqdarda aşağı düşəcək. Həmçinin dividend ödənişlərinin rəqiblərin səhmlərinin qiymətlərinə təsir göstərməsi də mümkündür, çünki investorlar daha böyük dividendlərə can atırlar.

Emitent-şirkətlərinin səhmlərinin qiyməti böyüməyə meyl edəcəkdir, çünki dividendlərin əldə edilməsi perspektivindən investorların kefi kökdür və ehtimal ki, onlar ödəmədən əvvəl daha çox səhm almaq istəyirlər. Lakin əgər bunun əvəzinə səhmlərin qiyməti aşağı düşərsə, bu o deməkdir ki, dividendləri ödəyən şirkət səhmdara ödəniş üçün mövcud ehtiyatlarından istifadə edir.

Dividend ödənişləri indekslərə də öz təsirini göstərir. Bu, indekslərin bir çox səhmlərdən ibarət olması ilə bağlıdır, buna görə şirkətin səhmlərinin qiyməti dividendlərin ödənilməsindən sonra düşdükdə, indeksin qiyməti də azalır.


II hissəyə nəzər yetirin


Əmlakı olanın vergi öhdəlikləri

posted in: Xəbər | 0

vəsaitin vergiyə cəlb edilməsi, Nəqliyyat vasitələrinin satışı,Mülki qanunvericiliyin mövqeyinə görə əmlak əşya və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Fiziki obyektlər, o cümlədən pullar və qiymətli kağızlar da əşya hesab edilir. Bitki və heyvanlar isə əşya hesab edilmir. Onu da qeyd edək ki, əşyalar özlüyündə daşınar və daşınmaz olmaqla 2 növə ayrılır.

Binalar, qurğular, torpaq, meşə, su obyektləri, həmçinin torpaqla bağlı olan digər əşyalar daşınmaz əşya sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar isə qeyri-maddi əmlak nemətləridir.

Vergi qanunvericiliyi əmlak sahibləri və ya mülkiyyətçiləri üçün bir qayda olaraq vergi mükəlləfiyyətləri müəyyən etmişdir.

Buna müvafiq olaraq əmlakla bağlı vergi öhdəliklərini təqdim edirik.

Əmlakın satışı və ya icarəyə verilməsindən gəlirlər – misal: ev satışı, qeyri-yaşayış sahəsinin icarəsi və s.

Əmlakın istifadəsindən əldə olunan gəlirlər – misal: əmlakın lizinqə verilməsi;

Xüsusi növ əmlakın istifadəsindən vergilər – aksizli malların istehsalı və ya idxalı;

Mülkiyyətdə olması əsasına görə tutulan vergilər – şəxsin mülkiyyətində olan əmlaka görə ödənilən əmlak vergisi;

Ölkə ərazisindəki torpağın mülkiyyətə keçməsi yaxud qanuni əsaslarla istifadəsinə görə ödənilən vergilər – torpaq vergisi;

Ölkə ərazisindən daşımalar məqsədilə istifadə – qeyri-rezidentlərin nəqliyyat daşımaları ilə bağlı yol vergisi;

Ölkə ərazisində faydalı qazıntıların çıxarılmasından vergilər – mədən vergisi;

Torpağın yaxud mülkiyyətindəki əmlakın təqdim edilməsindən tutulan vergi – sadələşdirilmiş vergi.

Göründüyü kimi hazırki vergi qanunvericiliyi mülkiyyətində, istifadəsində olan əmlakla yanaşı həmin əmlakın istifadəsindən əldə edilən gəlirdən də vergilərin tutulması üzrə təkmilləşmişdir. Buna müvafiq olaraq əmlakla bağlı vergi tənzimləmələrini düzgün aparmaq və vergi öhdəliklərinə diqqət yetirmək üçün peşəkarlara müraciət məqsədəuyğundur.


Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta


1 706 707 708 709 710 711 712 2. 686