Dividendlər nədir və onlar necə işləyir? (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

ödəmə mənbəyində vergi, sadələşdirilmiş vergi ödəyicisi, dividendə görə vergi öhdəliyi, Səhmdarların dividend öhdəlikləri,Səhm qiymətlərinin potensial artımına əlavə olaraq, dividendlərin alınması bir çox investorlar üçün cəlbedici stimul ola bilər. İndi isə dividendləri, o cümlədən onların necə işlədiyini, nə vaxt ödənildiyini və səhm qiymətlərinə necə təsir etdiyini ətraflı nəzərdən keçirəcəyik.

Dividendlər nədir?

Dividendlər – bu, şirkətlərin mənfəətinin öz səhmdarlarına qaytarmağa qərar verdiyi hissəsidir. Bu, səhmdarın səhmləri satmaq zərurəti olmadan investisiyalardan pul qazanmaq üsullarından biridir. Dividendlər investorun səhmlərinin sayından asılı olaraq, aylıq, rüblük, yarım ildə bir dəfə və ya ildə bir dəfə ödənilə bilər.

Dividendlər səhmdarlar üçün cəlbedici stimuldur, onları sərmayə qoyduqları şirkətlərin gəlirli olduğuna və gələcəkdə qazanc əldə etmək üçün yaxşı fürsət olduğuna əmin edir. Bir çox ölkələrdə onlara xüsusi vergi statusu da verilir.

Heç də bütün şirkətlər dividendləri ödəmir, bəziləri mənfəəti yenidən biznesə sərmayə kimi yatırmağa üstünlük verirlər. Bu səbəbdən dividendlərin ödənişində maraqlı olan səhm sahibləri, dividend ödənişini təklif edən şirkətləri ağıllı şəkildə seçməlidirlər. Əgər investor fərdi səhmlərlə ticarət etmək istəmirsə, çoxsaylı müxtəlif səhmlərin olduğu və dividend ödəyən birja fonduna (ETF) investisiya etmək qərarına gələ bilər. Bu o deməkdir ki, onların yalnız bir sərmayəsi olacaq, lakin, dividendlərin əldə edilməsi üçün imkanı birdən çox olacaqdır.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Səhmlərə necə investisiya etmək barədə daha çox məlumat əldə edin

Əldə oluna biləcək müxtəlif dividend növləri mövcuddur. Adi dividendlərə əlavə olaraq, geniş yayılmayan xüsusi və imtiyazlı dividendlər də mövcuddur.

Xüsusi dividendlər adi dividendlər kimidir, çünki onlar da adi səhmlərlə ödənilir. Lakin xüsusi dividendlər yalnız bir halda, əgər şirkət bir neçə il ərzində yığılan mənfəəti bölüşdürmək istəyirsə, o vaxt ödənilir. İmtiyazlı dividendlər – bu, “imtiyazlı” səhmlərə, yəni, istiqrazlara daha çox oxşayan və sabit dividend məbləğinə malik səhmləri olan səhmdarlara ödənilən dividendlərdir. Bunlar adi dividendlər qarşısında üstün mövqeyə malikdirlər.

Şirkətlərin əksəriyyəti dividendləri səhmdarın hesabına nağd şəkildə ödəsələr də, bəziləri dividendləri əmlak və ya səhm şəklində ödəməyə üstünlük verirlər.

Dividendlərin ödənilməsi barədə qərar şirkətlərin direktorlar şurası tərəfindən qəbul edilir və idarə olunur. Lakin səhmdarlar dividendlərin elan vasitəsilə rəsmi şəkildə təsdiqlənməzdən əvvəl ödənilməsini təsdiq etməlidirlər. Dividendləri yalnız ödəniş vaxtında səhm sahibi olan investorlar ala bilir.


Autstaffinq: sadə sözlərlə bu nə deməkdir?


Şirkətlər niyə dividend ödəyirlər?

Şirkətlər müxtəlif səbəblərə görə, o cümlədən investorların cəlb edilməsi və saxlanması üçün dividendlər ödəyirlər. Onlar etibarlılığı və xoş niyyəti qoruyub saxlamağa kömək edə bilərlər – çünki bəzi şirkətlərin səhmlərə görə ödədikləri dividendlər, rəqiblərin səhmlərə görə ödədikləri dividendlərlə müqayisədə daha sərfəli hesab edilə bilər.

Şirkət dividend ödəməyi dayandırdıqda, investorlar bunu biznesin problem içində olduğuna dair bir siqnal kimi görə bilərlər. Şirkət dividendləri azaltdıqda, bu, biznesin uzunmüddətli perspektivdə səhmdarların gəlirlərini artırmaq üçün başqa yollar axtardığını ifadə edə bilər. Digər tərəfdən, şirkət dividendlər ödədikdə, bu, onun mənfəət əldə etmək üçün başqa vasitələrinin olmadığını, ona görə də kapitalı yenidən investisiya etmədiyinə dəlalət edə bilər.

Dividendlərin əldə edilməsinə dair zəmanətin ölçülməsinin bir yolu dividendlərin ödənilməsinə gedən şirkətin mənfəətinin bir hissəsini yoxlamaq və ya ödəniş əmsalını təsdiq etməkdir. Bir şirkətin öz xalis gəlirinin yüksək faizindən dividend ödənişi üçün istifadə etməsi məqbul sayıla bilməz. Buna xəbərdarlıq əlaməti kimi baxmaq lazımdır; səhmlər problemlə üzləşə bilər.


Müəssisənin mühasibat uçotunun təşkili


Dividendlər səhmlərin qiymətinə necə təsir edir?

Bir şirkət dividendləri elan edərkən, gözlənilməz bir artım baş verərsə, səhmlərin qiyməti yüksələ bilər. Dividendlər ödənildikdən sonra, çox güman ki, səhmlərin qiyməti dividendlər ilə eyni miqdarda aşağı düşəcək. Həmçinin dividend ödənişlərinin rəqiblərin səhmlərinin qiymətlərinə təsir göstərməsi də mümkündür, çünki investorlar daha böyük dividendlərə can atırlar.

Emitent-şirkətlərinin səhmlərinin qiyməti böyüməyə meyl edəcəkdir, çünki dividendlərin əldə edilməsi perspektivindən investorların kefi kökdür və ehtimal ki, onlar ödəmədən əvvəl daha çox səhm almaq istəyirlər. Lakin əgər bunun əvəzinə səhmlərin qiyməti aşağı düşərsə, bu o deməkdir ki, dividendləri ödəyən şirkət səhmdara ödəniş üçün mövcud ehtiyatlarından istifadə edir.

Dividend ödənişləri indekslərə də öz təsirini göstərir. Bu, indekslərin bir çox səhmlərdən ibarət olması ilə bağlıdır, buna görə şirkətin səhmlərinin qiyməti dividendlərin ödənilməsindən sonra düşdükdə, indeksin qiyməti də azalır.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email