Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 679,1 min nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə-sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10,9% artaraq 765,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Mənbə: report.az

Əmlakı icarəyə götürən vətəndaşların üzləşdikləri suallardan biri də aylıq icarə haqqını ödəyərkən ödəmə mənbəyində verginin hansı qaydada ödənilməsidir. Məsələn, mağazanı icarəyə götürüb müqavilə üzrə aylıq 1.000 manat icarə haqqı ödəyən sahibkar aylıq icarə haqqını icarəyəverənə ödəyərkən ödəmə mənbəyində 14 faiz vergini çıxaraq (860 man) ödəməlidirmi?
Fərdi sahibkar kimi topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi təqdim etdiyi malları mülkiyyətindəki yük maşınları ilə pərakəndə ticarət obyektlərinə çatdırır. Bundan əlavə, onun şəxsi istifadəsində 2 ədəd minik avtomobili mövcuddur. Bu ildən fərdi sahibkar olan fiziki şəxs daşınar əmlaklarına görə əmlak vergisi ödəməlidir. Bəs fərdi sahibkarın mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə görə əmlak vergisi ödənilməlidirmi?
Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” kiçik və orta biznes sahibləri üçün baharın gəlişinə özəl kampaniyaya start verir.