Xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Müəssisə aztəminatlı ailənin üzvü olan şəxsə xaricdə müalicə üçün verilən yardım vergiyə cəlb olunurmu?

Xaricdə müalicə haqlarını qarşılamaq üçün təqvim ili ərzində iki dəfə, ümumilikdə 38.000 manat məbləğində maddi yardım göstərib. Vəsaitin təyinatı üzrə istifadə olunduğunu təsdiq edən sənəd müəssisəyə təqdim olunub. Həmin vəsait fiziki şəxsin vergi tutulan gəlirinə aid edilərək vergiyə cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, təqvim ili ərzində ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.

Əsas: Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsi.

Mənbə: vergiler.az


Fərdi sahibkarın əmlak vergisi üzrə cari ödəmələri


Ofisdə həmkarlara hədiyyə almaq üçün pul yığımlarının zərəri izah olundu

posted in: Xəbər | 0

Dövlət Xidməti və İdarəetməsi İnstitutunun ictimai əlaqələr və media siyasəti kafedrasının müdiri Feliks Şarkov, ofisdə həmkarlara hədiyyə almaq üçün pul yığımlarının zərərini izah edib. O bildirib ki, bu ənənə Rusiyada hələ də qalmaqdadır və çox vaxt kollektivdə narazılığa səbəb olur.

Ekspertin sözlərinə görə, işçilərdən israrlı şəkildə həmkarlarına hədiyyə almaq üçün pul toplanılması, hələ sovet dövründən qalma bir ənənədir. Bu, bəzi insanların inciməsinə səbəb olurdu, hətta pul yığdıqları şəxsə qarşı xoş münasibətlər belə, ziddiyyətli hisslər yaradırdı.

“Bu vərdiş hələ də yaşayır və təəssüflər olsun ki, bir çox kollektivdə indiyə kimi hədiyyə almaq və korporativlər üçün pullar toplanılır ki, bu da bir çox əməkdaşları istismar edir”, – Şarkov bildirib.

Sosioloqun fikrincə, idarəetmə üsulları ilə bu ənənədən xilas olmaq çətin olsa da, korporativ mədəniyyətin yeni elementlərini, ünsiyyət və həvəsləndirmə formalarını tətbiq etmək mümkündür. Mütəxəssis təklif edib ki, ümumi bayramlar münasibətilə kollektiv şəkildə toplaşmaq mümkündür və bu zaman hər kəs ürəyi istədiyini şəxsən sifariş versin və yubilyara hədiyyə almaq üçün pul toplanılmasın.


Sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi VÖEN-i bağlamadıqda hansı öhdəliklər yaranır?

posted in: Xəbər | 0

Vətəndaş 2 il öncə VÖEN açıb, amma onu işlətməyib və bağlamayıb. Bu halda o hansı öhdəlikləri yerinə yetirməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Həmin müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.


Yanacaq xərclərinin gəlirdən çıxılması


Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

Mənbə: vergiler.az


Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı?


Yanacaq xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Baş mühasib, vakansiya, minimum əməkhaqqı, minimum əməkhaqqı təyin olunması,Şirkət yanacaq kartı vasitəsilə özünə məxsus yük maşınına alınmış yanacaq üçün qarşı tərəfə 5 yanvar 2022-ci il tarixdə elektron qaimə-faktura təqdim edib və e-qaimənin “əlavə qeyd” bölməsində faktiki alış tarixi qeyd olunub. Bu müəssisə həmin elektron qaimədə qeyd olunmuş yanacağın dəyərini 2021-ci il üçün təqdim edəcəyi mənfəət vergisi bəyannaməsində yanacaq xərci olaraq qeyd edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.


İcarədən gəlirlər üzrə vergi öhdəliyi


Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığı halda, dekabr ayında təhvil alınmış yanacaq üzrə çəkilən xərclər müvafiq olaraq dekabr ayının xərclərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

Mənbə: vergiler.az


Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması


1 713 714 715 716 717 718 719 2. 691