Azərbaycanda MMC yaradılması: 2026-cı il üçün addım-addım təlimat

posted in: Xəbər | 0

Respublikamizda biznes qurmaq istəyən sahibkarlar (istər yerli olsun, istərsə də xarici investor) daha çox məhdud məsuliyyətli cəmiyyət  açmağa üstünlük verirlər. Azərbaycanda MMC yaradılması ilk baxışdan göründüyü qədər çətin deyil. Bununla belə, məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı prosesində sənəd və ərizələri düzgün doldurmaq, uçot siyasətini və vergi sistemini müəyyənləşdirmək və digər məsələlərdə uyğun qərar vermək vacibdir. Yuxarıda qeyd etdiklərimizi və qeyd etmədiyimiz digər nüansları nəzərə alaraq, sizə Azərbaycanda MMC qeydiyyatı, onun yaradılması və qeydiyytı ilə bağlı prosedurlar barədə addım-addım təlimat təqdim edirik.

Hüquqi forma kimi MMC seçiminin üstünlükləri

Mülki hüquq üzrə qanunvericilik Azərbaycanda biznes qurmaq istəyən yerli və xarici sahibkarlara müxtəlif  hüquqi formalar tanıyır, məsələn Açıq Səhmdar Cəmiyyəti (ASC) və  Qapali Səhmdar Cəmiyyəti (QSC), Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və sair. Sahibkarlar hüquqi forma kimi daha çox MMC-yə müraciət etdilər, çünki:

  • o, hüquqi forma kimi daha çevik struktura malikdir;
  • təsisçilərə (payçılara) məhdud məsuliyyət imkanı tanıyır;
  • minimum nizamnamə kapitalına tələb, demək olar ki, yoxdur;
  • hüquqi uyğunluq (compliance) baxımından kifayət qədər sadə tələblərə malikdir.

Bütün bunlar ölkədə ticarət və xidmət sahələrindən tutmuş istehsal və İT sektoruna qədər geniş fəaliyyət sahələrində biznes qurmaq istəyın sahibkarlar üçün MMC yaradılmasını daha cəlbedici edir.

Azərbaycanda MMC yaradılması və qeydiyyatı üçün addımlar

Cəmiyyətin təssis edilməsi və hüquqi adın seçilməsi

Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması AR Mülki Məcəlləsinin 87-ci maddəsi ilə tənzimlənir. Cəmiyyətin yaradılması prosesi aşağıdakıları əhatə edir:

  • təsis yığıncağının keçirilməsi;
  • müqavilənin bağlanması yaxud cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsi;
  • nizamnamənin hazırlanması;
  • nizamnamə kapitalının ödənilməsi (nizamnamədə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa).

MMC yaradılması bir təsisçi ilə də yaradıla bilər. Bir şəxs tərəfindən yaradıldıqda cəmiyyətin yaradılması haqqında qərar qəbul olunur. Təssiçilər (təssiçi) səlahiyyətləri nizamnamədə təsbit edilən direktoru təyin edir.

Mülki Məcəllə MMC-nin adının unikal olmasını tələb edir. Bunun üçün Dövlət Vergi Xidmətinin reyestrində oxşar hüquqi adlar yoxlanılır.

MMC yaradılması prosesini peşəkarlara etibar edin

Qeydiyyatı sənədlərinin təqdim edilməsi

Azərbaycanda MMC-nin qeydiyyatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə həyata keçirilir. Müraciətlər onlayn və ya şəxsən təqdim edilə bilər. Müraciət üçün aşağıdakı sənədlər hazırlanmalıdır:

  • MMC-nin qeydiyyatı üçün ərizə forması;
  • təsisçilər barədə məlumatlar – fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin (və ya pasportun) surətləri, hüquqi şəxslər üçün isə təsis sənədləri;
  • cəmiyyətin nizamnaməsi;
  • təsis müqaviləsi və ya yeganə təsisçinin MMC-nin yaradılması barədə qərarı;
  • şirkətin hüquqi ünvanını təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

Xarici investisiyalı MMC-lərin qeydyyatı zamanı sənədlərin notarial təsdiqi və  qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılma tələb oluna bilər

Sənədlərin düzgün təqdim edilməsi qeydiyyatı asanlaşdırar. Bu işdə sizə Bakıdakı konsaltinq şirkətləri kömək edər.

MMC-nin qeydiyyat sənədlərinin və VÖEN-in alınması

MMC qeydiyyata alındıqdan sonra ona dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN verilir. Bu sənədlər onun hüquqi mövcudluğunu təsdiqləyir. Onlar bank hesabının açılması və Azərbaycanda digər biznes fəaliyyətlərinin həyata keçirilməsi üçün əsasdır.

Azərbaycanda MMC qeydiyyatı baş tutdu, bəs sonra?

Təbii ki, yerli yaxud xarici investorun MMC yaratmaqda məqsədi kommersiya fəaliyyəti ilə məşğul olmaqdır. Amma biznes fəaliyyətinə başlamazdan öncə bir sıra prosedurları da həyata keçirmək zəruridir:

Azərbaycanda yeni yaradılmış MMC üçün xidmətlər burada!

Tez-tez verilən suallar (FAQ)

Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

Mən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişəm və fərdi qaydada tərcüməçi kimi fəaliyyət göstərirəm. Bundan əlavə, mənzilimi kirayəyə vermişəm və gəlir əldə edirəm. Vergi Məcəlləsində tərcüməçilik fəaliyyəti ilə məşğul olan şəxslərə 75 faiz vergi güzəştləri nəzərdə tutulub. Bu halda mənim bütün gəlirlərim vergidən azad olacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin müddəalarına əsasən, həmin maddədə müəyyən olunmuş fəaliyyət növləri, o cümlədən tərcümə xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan və təqvim ili üzrə əldə etdiyi gəlirlərinin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi həcmində gəlir vergisindən azadolma təsbit olunub.

Fiziki şəxsin əmlakın icarəyə verilməsindən gəlirləri isə, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş vergi güzəşti mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sözügedən maddədə qeyd olunan fəaliyyət növləri üzrə əldə etdiyi gəlirlərinə münasibətdə tətbiq olunur və həmin şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən icarə fəaliyyətindən əldə etdiyi gəlirlərinə şamil olunmur.

Qeyd olunanlara əsasən, tərcümə xidmətlərini göstərən və eyni zamanda mənzilini kirayəyə verən fiziki şəxsin yalnız tərcümə xidmətləri üzrə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinə münasibətdə Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə uyğun olaraq azadolma tətbiq olunur. Həmin şəxsin mənzilin kirayə verilməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri isə Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən ümumi qaydada vergiyə cəlb olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci və 124-cü maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

ƏMAS-da tarif maaşından aşağı məbləğ halları

ƏMAS-da tarif maaşından aşağı məbləğ halları

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddədə tarif (vəzifə) maaşı, əməkhaqqına əlavə və mükafata da aydınlıq gətirilib:

“Tarif (vəzifǝ) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödənişdir.

Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir”.

Əvvəlcə tarif (vəzifə) maaşının Əmək və Məşğulluq Altsistemində (ƏMAS) qeyd edilməsi ilə bağlı məqamlara aydınlıq gətirək. Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məlumat üçün bildirək ki, 1 yanvar 2025-ci il tarixdən etibarən Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir. ƏMAS altsistemində də minimum əməkhaqqı ilə bağlı tələblər gözlənilir.

Misal 1

İşəgötürən vəzifəni yaratdıqda onu tam ştat kimi qeyd edib, amma işçinin əməkhaqqını minimum əməkhaqqından (400 manatdan) aşağı müəyyən etmək istəyir. Bu halda 400 manatdan aşağı əməkhaqqını proqram təminatı qəbul etməyəcək və ən azı minimum əməkhaqqı qədər olması barədə bildiriş çıxacaq.

Misal 2

İşəgötürən tam ştat olaraq yaratdığı vəzifəyə əlavə iş yeri üzrə işçi qəbul edir. Bu halda işçinin iş yeri əlavə iş yeri kimi qeyd olunduğundan, sistem tarif (vəzifə) maaşı bölməsində hər hansı məhdudiyyət tətbiq etmir. İşəgötürən işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı təyin edə bilir.

Misal 3

İşəgötürən ştatı yaratdıqda “Tam” yox, “Digərləri (3/4, 1/2 vǝ)” seçimini edib. İşəgötürən işçini əsas iş yeri üzrə işə qəbul etdiyi zaman ştat vahidi tam olaraq qeyd edilmədiyindən, ƏMAS tərəfindən minimum əməkhaqqı tələbi qoyulmur.

Bəs tam ştat vəzifəsi üzrə işçiyə natamam iş vaxtı tətbiq edib minimum əməkhaqqından aşağı məbləğ ödənilə bilərmi?

Təcrübədə ən çox rast gəlinən hallardan biri də ştat vahidi yaradarkən “Ştat məlumatları” bölməsində “Tam”ı seçən (qeyd edən) işəgötürənin işə qəbul edilən işçiyə iş vaxtı normasını tam olaraq müəyyən etmək istəməməsidir.

Misal 4

İşəgötürən tam ştatla yaratdığı satış meneceri vəzifəsinə işçi qəbul edir. Əmək müqaviləsinin şərtlərinə əsasən, işçinin iş vaxtı gündəlik 5 saat müəyyən edilib. ƏMAS-da işçinin əmək müqaviləsi bildirişinə işçinin əsas iş yeri üzrə işə qəbul olunması qeyd edilib. İşəgötürən işçinin aylıq iş vaxtı normasını tam işləməyəcəyini əsas gətirərək, ona 400 manat yox, 250 manat əməkhaqqı müəyyən edib.

ƏMAS altsistemi işçinin iş yerinin əsas, ştatın tam olduğunu nəzərə alaraq, işçiyə minimum əməkhaqqından aşağı – 250 manat əməkhaqqı müəyyən edilməsinə icazə verməyəcək. Əmək qanunvericiliyi baxımından, qeyd edilən hal mümkün olsa da ƏMAS altsistemi tərəfindən məhdudiyyət tətbiq edilir. Çıxış yolu kimi işəgötürən tam ştat yaratdığı şatış meneceri vakant vəzifəsini ləğv edərək, işçinin iş saatına müvafiq olaraq 3/4, 1/2 vǝ ya 1/4 olmaqla yeni ştat yaratmalıdır.

Mənbə: vergiler.az

Azərbaycanda dövlət rüsumundan azad edilən şəxslərin siyahısı genişlənir

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2026”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2026” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Azər Qənbərovun təqdimatında digər ödənişli kurslarda iştirak edə bilərsiniz:

1 71 72 73 74 75 76 77 2. 680