İşsizliyə görə verilən müavinət hansı ölkədə daha çoxdur?

posted in: Xəbər | 0

Rusiyada işsizlərə verilən müavinətin məbləği ABŞ-da verilən məbləğdən daha azdır, lakin sözügedən müavinət Rusiyada daha uzun müddət ərzində ödənilir.

Belə ki, Amerikada işsizlik müavinətinin miqdarı işdən çıxarılmaya qədər (son 52 həftə ərzində qazanc əsasında) olan əməkhaqqının miqdarından və yaşayış yerindən asılıdır. Bir qayda olaraq, müavinət keçmiş əməkhaqqının 30-50 faizini əhatə edir. Lakin ödənişin yayılma arealı çox genişdir (Massaçusetsdə maksimum həftədə 823 dollar, Missisipidə – 235 dollardır). Müavinət almaq üçün maksimum müddət ştatdan asılı olaraq, 26 ilə 28 həftə arasındadır.

Eyni zamanda, Rusiyada işsizlik müavinətinin maksimum məbləği ayda 12 130 rubl (161 ABŞ dolları) təşkil edir. Müavinət ən çoxu bir il ərzində ödənilir.

Nəşr qeyd edir ki, ümumilikdə ABŞ-ın əmək bazarında vəziyyət birmənalı deyil. Bir tərəfdən, ümumi işsizlik nisbəti aşağıdır – 4,2 faiz təşkil edir. Eyni zamanda, təxminən yeddi milyon işsiz amerikalı üçün 11 milyon vakansiya təşkil edən iş yeri var. Bundan əlavə, Amerikada bölgədən asılı olaraq işsizlik dərəcələrində böyük fərq var: Kaliforniya və Nevadada işsizlik 7,3 faizə çatır, Nebraskada isə o, 1,9 faizi keçmir.


Korrupsiya dünya üçün neçəyə başa gəlir?

posted in: Xəbər | 0

Dünya hər il korrupsiyadan böyük itkilərə məruz qalır. Bu, təsirə məruz qalan ölkələrin həm həyatına, həm də iqtisadi rifahına toxunur.

2018-ci ildə BMT-nin baş katibi Antoniu Quterriş bəyan etmişdi ki, beynəlxalq korrupsiyadan illik itkilər heyrətamiz bir rəqəm təşkil edir. Belə ki, bütün dünya üzrə rüşvət və oğurlanmış vəsaitlərin həcmi 3,6 trilyon dollara çatır.

Bu, hökumətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə azaldılması deməkdir, çünki vergilər ya ödənilmir, ya da şəxsi ciblərə gedir.

Korrupsiyaya uğramış bir çox ölkələrdə ixtisassız insanlar rüşvət yolu ilə dövlət və özəl sektorlarda mühüm vəzifələr tuturlar, öz həyatlarını təhlükəyə atırlar və öz ölkələrinin iqtisadi artımını təhlükə altına salırlar.

Nigeriyada, məsələn, dövlət xadimləri layihələrin dəyərini artırmaq üçün podratçılarla razılığa gəlirlər və podratçılar həmin müqavilə layihələrini təmin etmək üçün külli miqdarda rüşvət alırlar. Bütün bunlar hökumətin pul kisəsindəki cüzi vəsaitləri tükəndirir, milyonlarla dollar pul qazanan korrupsionerləri isə zənginləşdirir.

Bundan əlavə

Rüşvətxorluğa qarşı mübarizə üzrə müqayisəli agentliklərin mövcud olduğu korrupsiyaya uğramış ölkələrin əksəriyyətində, siyasi cəhətdən əhəmiyyətli şəxslər qanunsuz yolla əldə edilmiş sərvətlərini xilas etmək üçün çirkli pulların yuyulmasına güvənirlər. Onlar adətən bunu oğurlanmış dövlət vəsaitlərini digər ölkələrə köçürməklə edirlər.

Buna nümunə olaraq, 1999-cu ildən 2007-ci ilə kimi Nigeriyanın Delta ştatının qubernatoru olmuş Ceyms İborini göstərmək olar. İbori Delta ştatının hökumətinə məxsus olan 250 milyon dolları oğurladığına və həmin vəsaitlərin yuyulmasına görə, 2012-ci ildə Londonda həbs edilib və həbsxanaya yerləşdirilib.

2015-ci ildə “ResearchGate”də dərc olunan sorğuda Delta ştatı Nigeriyanın ən əlverişsiz əyalətlərindən biri kimi etiraf olunmuşdu. Hesabata görə, müxtəlif dərəcəli infrastruktur çatışmazlıqları olub. İlkin tibbi-sanitar yardımın 34,22 faizinin təhlükəsiz suya çıxışı olmayıb. Əhalinin 51,33 faizi üçün ümummilli elektrik şəbəkəsi əlçatan deyil, 34,22 faizi üçün səhiyyədə çarpayı yeri çatışmır və 40,89 faizinin isə ümumiyyətlə, rabitə vasitəsi yoxdur.

İnfrastrukturun çatışmazlıqlarının əsas səbəbi kifayət qədər maliyyələşdirmənin olmaması, resursların birtərəfli paylanması və rəsmi korrupsiyadır.

Korrupsioner məmurlar ictimai xidmətlər və infrastrukturun inkişafı üçün ayrılan vəsaitləri oğurlamaqla əsas infrastruktur layihələrini bərbad vəziyyətdə qoyurlar və vətəndaşları qarşısı alına bilməyən təhlükələrə məruz qoyurlar.


Rusiya vətəndaşları 2022-ci ildən 4 yeni vergi ödəyəcəklər

posted in: Xəbər | 0

2022-ci ildə Rusiya vətəndaşlarını dörd yeni vergi gözləyir. Xüsusilə, söhbət əmanətlər üzrə gəlirlərə vergi yığımlarından gedir.

2022-ci il yanvarın 1-dən etibarən ruslar Vergi məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar dörd yeni vergi ödəməli olacaqlar. Bu haqda “Konsultant Plyus” saytında məlumat verilib.

Əsasən, söhbət aşağıdakı vergilərdən gedir:

Vətəndaşların əmanətləri üzrə faiz qismində alınan fərdi gəlir vergisi. Bankda rublla əmanətləri olan rusiyalılar, ilin əvvəlində Mərkəzi bankın əsas dərəcəsini (4,25%) ötmüş əmanətlərin artımından 13 faiz gəlir vergisi ödəməli olacaqlar. Məsələn, əgər hər hansı bir şəxs il ərzində banka yerləşdirdiyi əmanətə görə 9 faiz gəlir əldə edibsə, Mərkəzi bankın dərəcəsi və depozit üzrə gəlirin dərəcəsi arasında 4,75 faiz fərq ortaya çıxır. Nəticə etibarilə, əmanət üzrə 9 faizlik gəlirdən 4,75 faiz çıxılmalıdır və yerdə qalan məbləğdən 13 faizlik gəlir vergisi tutulmalıdır.

Xarici valyutada olan əmanətlər üzrə gəlirdən tutulan vergi. Burada da hesablamalar əvvəlki halda olduğu kimi eyni prinsipə əsasən aparılır. Əsas odur ki, faizlərin ödənilməsi zamanı valyutanı Mərkəzi bankın məzənnəsi ilə Rusiya rubluna çevirəsən.

Pensiyaçıların əmanətlərinə görə dividendlər üzrə vergi. Ahıl vətəndaşlar da öz əmanətləri üzrə gəlir vergisi ödəməli olacaqlar. Bu il Dövlət Duması pensiyaçıları bu vergidən azad edə biləcək qanun layihəsini qəbul etməyib.

Bundan əlavə, vətəndaşlar miras qismində əldə olunmayan bank əmanəti və ya depozitindən də vergi ödəməli olacaqlar.


İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılıb

posted in: Xəbər | 0

ƏDV-nin hesablanması,Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.

Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilib.

Mənbə: apa.az


1 746 747 748 749 750 751 752 2. 686