Tenderə necə qoşulaq? (Şərtlər, qanunvericilik, həll yolları) – II yazı (Tenderin təşkili)

posted in: Xəbər | 0

Tender özlüyündə mütləq şərtlərə riayət edilməsini əks etdirən mürəkkəb bir sistem olduğu üçün bu mürəkkəb sistemə bələd olmaq tenderi udmağa müsbət stimul verən amillərdəndir. Tender o halda keçirilir ki, iddiaçıların sayı minimum 3 nəfər olsun. Əks halda tenderin keçirilməsindən imtina edilir.

Tender bir neçə üsulda aparılır:
  • Açıq tender. 50 min manatdan yuxarı mal (iş və ya xidmət) alındıqda açıq tender üsulu tətbiq edilir. Müəssisə il ərzində bir neçə müqavilə ilə də 50 min manatdan yuxarı mal aldıqda bu üsula əməl etməlidir.
  • İkimərhələli tender. Bu üsuldan müəyyən hallarda istifadə edilməsi mümkün sayılır. Bu hallara aiddir:

– malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:

– satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə.

  • Məhdud iştiraklı və ya qapalı tender. Məhdud iştiraklı tender üsulundan aşağıdakı hallarda istifadə edilir:

– həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda;

– çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;

– Qapalı tender üsulundan isə malların (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduğu halda istifadə edilir.

Tenderdən bəhs edərkən tender komissiya barədə məlumat verməmək mümkün deyil. Bu komissiya tək sayda, azı 5 nəfər olmaqla alıcı təşkilatın mütəxəssisləri və əlaqədar təşkilat nümayəndələrindən ibarət tərkibdə olur. Tenderlərin keçirilməsi barədə elanlar üçün də müəyyən müddətlər göstərilmişdir. Belə ki,
  • Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.
  • ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.

Tender komissiyası tender üzrə təklifləri yoxlamaq və daxil olma ardıcıllığı ilə açmaq hüququna malikdir. Komissiya qərarı müstəqil verir və qərarı üzvlər mütləq imzalamaq öhdəliyi daşıyır. Qərar üzvlərin dörddə üçünün iştirakıyla qəbul olunur. Tenderdə ən aşağı və ya ən sərfəli təklif verən iddiaçı qazanmış sayılır. Qazanan tender iddiaçısı ilə 5 bank günü ərzində müqavilə bağlanmalıdır. Növbəti 5 bank günü ərzində isə müqavilənin icrası barədə iddiaçıya məlumat verilməlidir.


Bax: I yazı – Tenderə hazırlıq


Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı

posted in: Xəbər | 0

qaimə faktura təqdim etməmək, Elektron qaimə-faktura,Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.

Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.

Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.

Mənbə: vergiler.az


Bax: Vergi məbləğlərinin tutulma formaları


Vergi məbləğlərinin tutulma formaları

posted in: Xəbər | 0

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən), gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) və vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi (bildiriş üzrə).

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl verginin tutulması başa düşülür. Bu vergitutma formasına bilavasitə mənbədən tutulma da deyilir. Məsələn, mudlu işlə əlaqədar gəlirlərdən (əmək haqqından) və muzdlu işə aid olmayan gəlirlərdən (icarə haqqı, dividend, royalti və s.) tutulan vergilər ödəmə mənbəyindən bu formada tutulur. Gəliri ödəyən sahibkar vergini ödəmə mənbəyindən tutub ödəməli və Məcəlləyə uyğun şəkildə hesabatını vergi orqanına təqdim etməlidir.

Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə, vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulma forması başa düşülür. Bu cür formaya bəyənnamə üzrə tutulma forması deyilir. Yəni ödəyici əldə etdiyi gəlir (mənfəət) barədə özü bəyan edir və həmin bəyan etdiyi məbləğ üzrə də vergini tutur. Sadələşdirilmiş vergi və fiziki şəxsin gəlir (hüquqi şəxsin mənfəət) vergisi bu cür formada tutulur.

Vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tutulma formasıdır. Ona görə də, bu metoda bildiriş üzrə verginin tutulması forması deyilir. Bu zaman vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanı və ya bələdiyyə hesabladığı məbləğ üçün tədiyyə bildirişi təqdim edir və bu bildiriş əsasında vergi ödəyicisi tərəfindən vergi tutularaq büdcəyə ödənilir.

Vergi Məcəlləsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Mənbə: vergiler.az


“Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik etdi!

posted in: Xəbər | 0

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirdi.

Tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmızı Ürəklər”in, PAŞA Holding-in, Kapital Bank-ın, PAŞA Bank-ın, Fairmont Hotelin və müxtəlif qrupların könüllüləri iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də bayram ərəfəsində keçirilib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 


1 754 755 756 757 758 759 760 2. 686