Əzablı yollarla biznesə doğru (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

“McDonalds”da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolları müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.  

Ceff Bezos – “McDonald’s”da müxtəlif işləri yetinə yetirən fəhlə

Bu gün 58 yaşlı “Amazon” internet-şirkətinin təsisçisi və rəhbəri Ceff Bezosun sərvəti 196,5 milyard dollar təşkil edir. Lakin gənclik illərində dünyanın ən zəngin adamlarından biri “McDonald’s” fast-food şəbəkəsində çalışıb. Belə ki, 16 yaşında yay tətili zamanı o, kubalı mühacir olan atalığı Mayk Bezosun çalışdığı “McDonald’s” restoran şəbəkəsinə fəhlə kimi işə düzəlmişdi. Xeyli vaxt keçdikdən, artıq böyük bir sərvətə malik olduqdan sonra, sahibkar o zamanlarda əldə etdiyi təcrübə haqqında müsahibələrində söz açmaqdan çəkinməmişdi. Həmin restoranda yenicə işə başlayan gələcək milyarder döşəməyə dağılan ketçup ləkələrini təmişləmiş və gün ərzində bişirməkdən ötrü bir neçə yüz yumurta qırmışdı. “Hər bir sahədə məsuliyyətli olmağı öyrənmək mümkündür və bu məktəbdə öyrəndiklərinizdən fərqli bir şeydir. “McDonald’s”da qazanılan təcrübəni dəyərləndirməmək mümkün deyil”, – “Golden Opportunity: Remarkable Careers That Began at McDonald’s (Qızıl fürsət: “McDonald’s”da başlayan əlamətdar karyeralar)” kitabında müəllif Kodi Tits Bezosdan sitat gətirib.

Cek Ma – ingilis dili müəllimi

Çinin ən zəngin adamlarından biri – “Alibaba Group” internet-riteylerinin qurucusu – gənclik illərində ingilis dili müəllimi işləyib. Bir neçə on milyard dollar sərvət sahibi olan Cek Ma Xançjou şəhərində musiqiçilər aiəsində doğulmuşdu. İngilis dilini o, erkən uşaqlıq dövründə öyrənməyə başlamışdı və danışıq dilini yaxşılaşdırmaq üçün, velosipedlə evinin yaxınlığında yerləşən hotellərə baş çəkərək, əcnəbilərlə ünsiyyət qurmuş və onlar üçün pulsuz ekskursiyalar təşkil etmişdi.

Məktəbi bitirdikdən sonra Pedoqoji instituta daxil olmuş, 1988-ci ildə orada təhsilini başa vurmuş və elə həmin institutda işləməyə başlamışdı. Gələcək milyarder ingilis dilini tədris etmiş və buna görə ayda 12 dollar maaş almışdı. Yeddi il sonra o, ticarət nümayəndəliyinin tərkibində tərcüməçi kimi ABŞ-a ilk səfərini edərkən, ingilis dili onun köməyinə çatmışdı. Sietldə olarkən, tanışlarından biri ona həmin vaxta kimi heç vaxt görmədiyi kompüteri ona göstərmiş və internet şəbəkəsi barədə onu məlumatlandırmışdı. Çinə qayıtdıqdan sonra “Alibaba Group” şirkətinin gələcək qurucusu, öz işinə başlamaq üçün ilkin kapital toplamış və özünün ilk internet-şəbəkəsini yaratmışdı.

Praktiki “Mühasibat Kargüzarlığı” kursu


Maykl Blumberq – avtomobilləri park edən

“Bloomberg” informasiya agentliyinin təsisçisi və Nyu-York şəhərinin sabiq meri Maykl Blumberq bu gün dünyanın ən zəngin adamlarının siyahısında öz xüsusi yeri olan şəxslərdən biridir. Onun sərvəti 59 milyard dollar təşkil edir. O, bu böyüklükdə sərvəti sıfırdan toplamağa nail olmuşdu. Blumberq heç də varlı ailədən çıxmamışdı. Onun atası mühasib, anası isə katibə işləyib. Məktəbi bitirdikdən sonra Maykl Blumberq 1960-cı ildə Con Hopkins universitetinə daxil olur və burada mühəndislik ixtisasını seçir. Gənc təqaüd ala bilməmiş və təhsil haqqını ödəməyə məcbur qalmışdı. Bu səbəbdən Blumberq universitet klubunda avtomobilləri park edən qismində işə düzəlmişdi. Gələcək milyarder bu klubun üzvü və hətta həmin klubun sədri olması faktından heç vaxt utanıb-çəkinməmişdi.

Riçard Brenson – jurnal naşiri

Sahibkarlıq niyyəti “Virgin” şirkətinin təsisçisi Riçard Brensonda erkən uşaqlıq çağından baş qaldırmışdı. O, bizneslə məşğul olmaq qərarına gələndə hələ 10 yaşında deyildi. O, yeni il şənlikləri ərəfəsində satmaqdan ötrü dostu ilə birlikdə şam ağacları əkmişdi. Düzdür, həmin vaxt onun biznesi baş tutmamışdı, çünki əkdikləri ağac toxumlarını dovşanlar yemişdi. 16 yaşında, məktəbi bitirdikdən dərhal sonra Brenson özünə məxsus olan “Student” jurnalını buraxmağa başlamışdı. Nəşrin redaksiyası gələcək milyarderin birbaşa otağında yerləşməsinə baxmayaraq, o, qarşısına qlobal bir tapşırıq qoymuşdu – jurnalın müəyyən səhifələrində məşhur britaniyalıların fikirlərindən ibarət sütunların dərci. Brenson həmin şəxslərlə əlaqə qurmaq üçün onların ünvanlarını kataloqdan götürmüşdü və həmin şəxslərə gənclərin problemlərini şərh etməklə bağlı xahiş məktubu ünvanlamışdı. Nəticədə “Student” jurnalında Con le Karre, Mik Caqqer və Con Lennon kimi məşhurların məqalələri çap olunmuşdu. Jurnal cəmi iki il mövcud olmuşdu, bundan sonra buraxılışı üçün vəsait çatışmadığından və reklamlar verilmədiyindən, onu bağlamağa məcbur olmuşdu.

Yan Kum – ərzaq mağazasında xidmətçi və haker

Uşaqlığı işıqsız və isti susuz evdə keçən Ukraynada doğulan Yan Kumun sərvəti bu gün 10,7 milyard dollar təşkil edir. 90-cı illərin əvvəllərində isə, o vaxt 16 yaşında olan yeniyetmə anası ilə birlikdə ABŞ-a mühacirət edəndə, ailə köçdükləri ölkədə çox çətinliklə dolana bilirdi. “WhatsApp” messencerinin gələcək təsisçisi səhərlər məktəbə gedir, bundan sonra isə ərzaq mağazasına gələrək xidmətçi kimi çalışır, döşəmələri yuyurdu. 19 yaşına kimi Kumun şəxsi kompüteri olmamışdı. Bununla yanaşı o, kitab mağazasından xahiş edərək oxumağa aldığı proqramlaşdırma üzrə dərslikləri öyrənirdi və sonra kitabları geri qaytarırdı. Elə həmin dövrdə Kum w00w00 haker qrupuna qoşulmuşdu və hətta “Silicon Graphics” şirkətinin serverlərini sındırmışdı. 2000-2007-ci illərdə Yan Kum “Yahoo” şirkətində işləyib, 2009-cu ildə isə o, bu gün “Facebook” şirkətinə məxsus olan “WhatsApp” messencerini (2014-cü ildə Facebook şirkəti tərəfindən 19 milyard dollara satın alınıb) işə salıb. Hələ 2016-cı ilin əvvəlində “WhatsApp” meccencerində istifadə edənlərin sayı bir milyard insana çatmışdı.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email