Bakıda 3 milyon manat nizamnamə kapitalı olan şirkət yaradılıb

posted in: Xəbər | 0

nizamnamə kapitalı, müflisləşmə, rəhbər şəxs,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Dəniz Hospital” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 107A, mənzil 39, nizamnamə kapitalı 3,05 milyon manat, qanuni təmsilçisi isə Əbil Yaqub oğlu Tağıyevdir.


Mənbə: report.az


Mənfəət vergisinin hesablanmasında nələrə diqqət etmək lazımdır?

posted in: Xəbər | 0

mənfəət vergisinin hesablanması, Kənd təsərrüfatı məhsulları, vergi güzəşti,Mənfəət vergisinin hesablanması üçün vergitutma obyekti mənfəət hesab edilir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddədən göründüyü kimi, vergi ödəyicisinin bütün gəlirləri, hətta ölkədən kənarda əldə etdiyi gəlirləri də nəzərə alınır.

Xərclərə yanaşma fərqli olduğu üçün, vergi ödəyicisi mənfəət vergisi hesabladıqda aşağıdakı məqamlar nəzərə alınmalıdır.

Birinci məqam: Vergi ödəyicisi mənfəət vergisi hesablayarkən, gəlirdən azad edilən əməliyyatlar üzrə xərcləri nəzərə almamalıdır.

Misal: Həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi torpaq sahəsinin şumlanması üçün qarşı tərəfə 4200 manat ödəniş edib. Ödəniş zamanı xərclərin uçotu qaydalara uyğun həyata keçirilib, müqavilə imzalanıb, qarşı tərəf elektron qaimə-faktura təqdim edib, işlərin görülməsi aktı imzalanıb və s. Amma həmin xərclər mənfəət vergisindən azad edilən əməliyyatlar kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olduğu üçün, digər fəaliyyətlə bağlı mənfəət vergisi hesablayarkən gəlirdən çıxılan xərclərə aid edilmir.

İkinci məqam: Vergi ödəyicisinin əyləncə, yemək və digər sosial yönümlü xərclərinin gəlirdən çıxılmasına icazə verilmir.

Misal: Topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi işçiləri üçün illik ziyafətin keçirilməsi məqsədilə 4800 manat vəsaiti qarşı tərəfə ödəyib. Vergi ödəyicisi qarşı tərəflə apardığı əməliyyatın rəsmiləşdirməsini (müqavilə, elektron qaimə-faktura, akt və s.) qaydalara uyğun həyata keçirsə belə, həmin xərclər mənfəət vergisinin hesablanması zamanı nəzərə alına bilməz. Çünki Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Üçüncü məqam: Gəlirdən çıxılmasına icazə verilən bəzi xərclərin xüsusi çəki müəyyən edilməlidir.

Misal: Qeyri-kommersiya təşkilatları əsas işi ilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Qanunvericiliyə müvafiq olaraq qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Bəzi xərclər də var ki, vergi ödəyicisi onu bölüşdürməkdə çətinlik çəkir. Misal üçün, ofisin icarə haqqı və ya kommunal xərci var. Bu halda Vergi Məcəlləsinin 108-ci maddəsinə istinad etmək lazımdır.

Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Qeyri-kommersiya təşkilatlarının vergidən azad olunan fəaliyyəti üzrə gəliri 80.000 manat, kommersiya fəaliyyəti üzrə gəliri isə 40.000 manat təşkil edib.

Göründüyü kimi, vergidən azad olunan fəaliyyət üzrə və sahibkarlıq fəaliyyət üzrə gəlirin ümumi gəlirdə xüsusi çəkisi müvafiq olaraq 0.67 və 0.33 təşkil edir. Ofisin icarə haqqı 4000 manat olduğu halda 1320 manat (4000 manat (ofisin icarə haqqı) x 0,33 əmsal (sahibkarlıq fəaliyyəti üzrə xüsus çəki) gəlirdən çıxılan xərclərə aid ediləcək.

Dördüncü məqam: Gəlir və xərclərin uçotu qaydasında rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmaya bilər.

Misal: Vergi ödəyicisi qarşı tərəfdən mal almasına baxmayaraq, qarşı tərəf ona yalnız 1000 manatlıq NKA çekini və ya mədaxil qəbzini təqdim edib. Vergi ödəyicisi tərəfindən qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməyib. Bu halda Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Bu səbəbdən də, mənfəət hesablanarkən, həmin xərclərin gəlirdən çıxılması mümkün olmayacaq.

Beşinci məqam: Bəzi xərclər var ki, onlar məhdudlaşdırılmaqla gəlirdən çıxılır.

Misal: Vergi ödəyicisinin ilin əvvəlinə qalıq dəyəri 40.000 manat olan nəqliyyat vasitəsi var. Vergi ödəyicisinin əsas vəsaitlər üzrə amortizasiya və ya təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən, vergi ödəyicisi nəqliyyat vasitəsinə 25 faizədək amortizasiya hesablaya bilər. Vergi ödəyicisi illik amortizasiyanı 30 faiz hesablasa belə, gəlirdən çıxılan xərclərin hesablanması zamanı maksimum 25 faiz, yəni 10.000 manat (40.000 (əsas vəsaitin qalıq dəyəri) x 25 faiz (illik amortizasiya norması)) nəzərə alınacaq.

Mümkündür ki, vergi ödəyicisi nəqliyyat vasitəsi üzrə illik amortizasiya normasını 25 faizlə yox, daha aşağı, məsələn 15 faizlə nəzərə alsın. Amortizasiyanı aşağı hesablamaq vergi ödəyicisinin hüququdur, sadəcə gələcəkdə həmin məbləği nəzərə alacaqsa, o halda bəyannamədə qeyd aparmalıdır.


Məzuniyyətdən geri çağırılma zamanı əməkhaqqının hesablanması ilə bağlı nələrə diqqət yetirilməlidir?


Mənbə: vergiler.az


Məzuniyyətdən geri çağırılma zamanı əməkhaqqının hesablanması ilə bağlı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

ödəmə mənbəyində vergi, icarə xərcləri,Müs­təs­na hal­lar­da – is­teh­sa­lat­da baş ver­miş qə­za­nın nə­ti­cə­lə­ri­nin ara­dan qaldırılma­sı, ha­be­lə tə­xi­rə­sa­lın­maz iş­lə­rin gö­rül­mə­si zə­ru­rə­ti ol­duq­da əmək məzuniy­yə­tin­də olan iş­çi an­caq onun ra­zı­lı­ğı ilə mə­zu­niy­yət­dən ge­ri ça­ğı­rı­la bi­lər. Əmək mə­zu­niy­yə­tin­dən ge­ri­ ça­ğır­ma əmr­lə rəs­mi­ləş­dir­mə­li­dir.

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov diqqəti mə­zu­niy­yət­dən ge­ri­ ça­ğır­ma ilə bağ­lı müd­dəanın Əmək Mə­cəl­lə­si­nin 137-ci mad­də­sin­də öz ək­si­ni tapdığına yönəldərək bildirib ki, iş­çi­nin tə­şəb­bü­sü ilə əmək mə­zu­niy­yə­tin­dən geri çağırılma yal­nız işə­gö­tü­rə­nin mü­la­hi­zə­si ilə hə­ya­ta ke­çi­ri­lə bi­lər.

Misal 1: İş­çi 20 gün­lük əmək mə­zu­niy­yə­ti­nə çıxıb və 10 gün­dən son­ra əmək məzu­niy­yə­tin­dən ge­ri­ ça­ğı­rıl­ma ilə bağ­lı əri­zə ilə işə­gö­tü­rə­nə mü­ra­ci­ət edib. İşəgötürən, iş­çi­nin əri­zə­si­nə müs­bət və ya mən­fi mü­na­si­bət bil­di­rə bi­lər. Bu, işəgötü­rə­nin sə­la­hiy­yət­lə­ri da­xi­lin­də­dir.

Mad­də­dən çı­xa­rış­dan gö­rü­rük ki, mə­zu­niy­yət­dən ge­ri­ ça­ğı­rıl­ma iş­çi və işə­gö­tü­rən tə­rə­fin­dən baş ve­rə bi­lər. Hər han­sı bir tə­rə­fin tə­şəb­bü­sü ilə ge­ri ­ça­ğı­rıl­ma di­gər tərə­fin ra­zı­lı­ğı əsa­sın­da reallaşa bi­lər. İş­çi öz ra­zıl­ğı ol­ma­dan mə­zu­niy­yət­dən geri ça­ğı­rı­la bil­məz. İş­çi­nin mə­zu­niy­yət­dən vax­tın­dan əv­vəl qa­yıt­ma­sı işəgö­tü­rə­nin mü­la­hi­zə­si əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­li­dir.

Misal 2: İş­çi 20 gün­lük mə­zu­niy­yə­tə çıx­ıb və bir həf­tə­dən son­ra işə­gö­tü­rən iş­çi­nin mə­zu­niy­yət­dən ge­ri­ ça­ğı­rıl­ma­sı ilə bağ­lı əmr im­za­la­yıb. İş­çi isə mə­zu­niy­yət­dən qayı­da bil­mə­yə­cə­yi­ni bil­dirıb. İşə­gö­tü­rə­nin əm­ri əsas­­lı­­dır­­mı­­?

Əmək Mə­cəl­lə­si­nin 137-ci mad­də­sin­də açıq şə­kil­də iş­çi­nin mə­zu­niy­yət­dən geri çağı­rıl­ma­sı ha­lı­nın müm­kün­lü­yü­nün iş­çi­nin ra­zı­lı­ğı ilə, yal­nız müs­təs­na hallarda baş tu­ta bi­lə­cə­yi qeyd edil­ib. Bu ba­xım­dan, əmək mü­qa­vi­lə­si­nə xi­tam veri­lə­cə­yi əsa­sı ilə hə­də-qor­xu gə­lə­rək iş­çi­nin ra­zı­lı­ğı ol­ma­dan onun məzuniyyətdən ge­ri­ ça­ğı­rıl­ma­sı əsas­sız və qa­nun­suz­dur. Ve­ril­miş əm­rin hü­qu­qi qüv­və­si yox­dur.

Əmək mə­zu­niy­yə­tin­dən ge­ri ça­ğı­rı­lan iş­çi­nin mə­zu­niy­yət gü­nü və əməkhaq­qı məsə­lə­si tə­rəf­lə­rin ra­zı­lı­ğı ilə aşa­ğı­da­kı şə­kil­də tən­zim­lə­nir:

Va­ri­ant 1. İşçi işə baş­la­dı­ğı gün­dən eti­ba­rən əməkhaq­qı he­sab­la­nır və is­ti­fa­də edilməmiş mə­zu­niy­yət gün­lə­ri­nin əvə­zin­də ödə­niş­siz əla­və is­ti­ra­hət gün­lə­ri (əvəzgün) ve­ri­lir.

Misal 3: İşçi 15 günlük əmək məzuniyyətinə buraxılıb. Məzuniyyətin bitməsinə 5 gün qalmış təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğundan müəssisə rəhbərinin təşəbbüsü və işçinin də ra­zı­lı­ğı ilə əmək mə­zu­ni­yə­tin­dən ge­ri ça­ğı­rıl­ıb. Fərz edək ki, 15 gün­lük mə­zu­niy­yət üçün iş­çi­yə 300 ma­nat mə­zu­niy­yət haq­qı ödənilıb. Mə­zu­niy­yət gü­nü və əməkhaq­qı ne­cə tən­zim­lə­nə­cə­k?

İş­çi işə baş­la­dı­ğı ta­rix­dən ona əməkhaq­qı he­sab­la­nır və ödə­ni­lir. Mə­zu­niy­yət gün­lə­ri­nin haq­qı tu­tul­mur. İş­çi­nin mü­ra­ciə­ti­nə və işə­gö­tü­rə­nin ra­zı­lı­ğı­na əsa­sən müəyyən olun­muş vaxt­da ona ödə­niş­siz əla­və is­ti­ra­hət gün­lə­ri (əvəz­gün) ve­ri­lir.

Va­ri­ant 2. İşə baş­la­dı­ğı gün­dən eti­ba­rən iş­çi­yə əməkhaq­qı he­sab­la­nır, is­ti­fa­də edilmə­miş mə­zu­niy­yət gün­lə­ri­nə dü­şən mə­zu­niy­yət pu­lu­nun məb­lə­ği on­dan tu­tu­lur və mə­zu­niy­yə­tin is­ti­fa­də edil­mə­miş gün­lə­ri gə­lə­cək­də mü­əy­yən edil­miş vaxt­da veri­lə­rək Əmək Mə­cəl­lə­si­nin 140-cı mad­də­sin­də nə­zər­də tu­tul­muş qay­da­da ye­ni­dən məzu­niy­yət pu­lu he­sab­la­nıb ödə­ni­lir.

Misal 4: Yu­xa­rı­da­kı nü­mu­nə­dən yo­la çıx­saq, 5 gü­nnə dü­şən mə­zu­niy­yət haq­qı 100 manat iş­çi­dən tu­tu­la­caq. Mə­zu­niy­yət­dən ge­ri ça­ğı­rıl­dı­ğı 5 gün onun məzu­niy­yət gün­lə­ri­nə əla­və edi­lə­cək və iş­çi ilə işə­gö­tü­rə­nin ra­zı­laş­dı­ğı baş­qa vaxtda iş­çi mə­zu­niy­yə­tə gön­də­ri­lə­cək. Ona Əmək Mə­cəl­lə­si­nin tə­ləb­lə­ri­nə uy­ğun məzuniyyət haq­qı he­sab­la­nıb ödə­ni­lə­cək.

Mənbə: vergiler.az


Bax: Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı


Nağdsız hesablaşmalar haqqında Qanuna dəyişiklik edildi – Bu ödənişlər də yalnız nağdsız mümkün olacaq

posted in: Xəbər | 0

“Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş düzəlişlərə əsasən artıq 01 yanvar 2022-ci il tarixdən etibarən bəzi ödənişləri də nağd qaydada etmək mümkün olmayacaq.

Bu ödənişlərə aiddir:

– ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər – bu o deməkdir ki, artıq avtomobil satışı ixtisaslaşmış müəssisələr (misal: avtosalonlar) yaxud komissiya müqabilində satışı həyata keçirən təşkilatlar vasitəsilə həyata keçirilərsə, ödəniş yalnız nağdsız qaydada aparılacaq.

– pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər – bu normanı belə izah etmək mümkündür ki, əgər 4 min manatdan artıq (4001 manatdan başlayaraq) hər hansı məhsulu topdan deyil, pərakəndə halda alırıqsa, ödənişi yalnız nağdsız qaydada etmək mümkündür.

– Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər – bu normaya görə isə dövlət və ya özəl olmasından asılı olmayaraq tibb müəssisəsi tərəfindən aparılan 1 iş (xidmət, əməliyyat) üzrə ödəniş məbləği 501 manat və daha çoxdursa, ödəniş yalnız nağdsız olmalıdır. Misal: Şəxsin həm analiz verməsi, həm də həkim qəbulu, həm də ki müalicə xərcləri cəm halında 501 manatdır və ya çoxdursa, ödəniş nağd ola bilsə də, bu 3 xidmətdən biri 501 manatı keçdikdə nağdsız olmalıdır.

– “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) – bu normanın məzmununu misallarla izah etsək demək mümkündür ki, şəxs lotereyada 3001 manat qazanarsa, yaxud idman oyunlarının 3-cüsü 3001 manat məbləğində pul mükafatı alıbsa, bu mükafat nağdsız ödənilməli olacaq.


1 758 759 760 761 762 763 764 2. 691