Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var? (I hissə)

posted in: Xəbər | 0

Mühasib peşəsi səriştələrin daim artırılmasını, qanunvericilikdəki yenilikləri izləməyi, bilik və bacarıqları yüksəltməyi zəruri edən intellektual və məsuliyyətli bir ixtisasdır. Təşkilati-hüquqi formasından və ölçüsündən asılı olmayaraq heç bir müəssisə mühasibat uçotu aparılmadan keçinə bilməz. Buna görə də, xüsusi diplomu və təcrübəsi olan insanlara tələbat həmişə var. Bu ixtisas üzrə illərlə işlədikdən sonra cəsarətlə deyə bilərik ki, bu peşə heç vaxt sıradan çıxmayacaq. Bunu sübüt etməyə çalışacağıq.

Mühasib – keçmişdə qalacaq bir peşədirmi?

Son zamanlar sosial şəbəkələr və televiziya ekranlarında mühasib peşəsinin daha çox sıradan çıxacaq məşğuliyyət növlərinə aid olmasına dair çoxlu məlumatlar peyda olur. Bu, informasiya texnologiyalarının sürətli inkişafı səbəbindən baş verir. Standart əməliyyatların öhdəsindən ixtisaslaşdırılmış proqram təminatı gəlir.

Kompüter avadanlığı üçün proqram onlarla insanın işini əvəz edir. Bəli, ilkin sənədlərin daxil edilməsi ilə bağlı olan gündəlik əməliyyatlar barədə danışsaq, məlumatların emalı üçün müasir skanerlərdən və proqramlardan istifadə, ilkin mühasibatlıqda (bookkeeping) çalışan insanları qazancdan məhrum edəcəkdir. Adətən, bu cür vəzifələrdə mühasib kimi xüsusi orta təhsili olan və ya başqa bir istiqamətli diplomu olan insanlar işləyirlər.

Yaxın gələcəkdə mühasibləri hansı dəyişikliklər gözləyir?

vergi ödəyiciləri, Dividend güzəştləri, Sadələşdirilmiş vergi, Sadələşdirilmiş sistem,Vergi və mühasibat hesabatlarının, investorlar, rəhbərlik, kredit təşkilatları üçün sənədlərin hazırlanması ilə məşğul olan mütəxəssisləri, hələ heç bir kompüter əvəz edə bilməz. Axı, burada bütövlükdə biznesə təsir edən mühüm və strateji qərarlar qəbul etmək tələb olunur. Hətta ən intellektual proqramlar belə, bu tapşırıqların öhdəsindən gələ bilməz. O səbəbdən bu işləri yerinə yetirə bilən mühasiblərə həmişə tələbat olacaq. Həmin işlər isə bunlardır:

  • müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini təhlil edənlər;
  • nüfuzlu professional qərarlar işləyib hazırlayanlar;
  • qanunvericilik, proqnozlaşdırma, marketinq, metodologiya sahəsində biliklərə malik olanlar;
  • vergi optimallaşdırılması, planlaşdırma aparanlar.

II hissəyə nəzər yetirin


Tenderə necə qoşulaq? (Şərtlər, qanunvericilik, həll yolları) – I yazı (Tenderə hazırlıq)

posted in: Xəbər | 0

Tender satınalmanın ən geniş yayılmış və ən tanınan üsullarından biri olduğu üçün yazılarımızda bu barədə məlumat verməyə çalışacağıq. Əvvəla qeyd edək ki, tender satınalmanı həyata keçirmək üçün təşkil edilən bir müsabiqədir. Bu müsabiqənin nəticəsində tender təşkil edən tərəf – alıcı arzuladığı malı (iş və ya xidməti) sərfəli şərtlərlə əldə edir, tender iştirakçısı isə öz məhsulunu (iş və ya xidməti) sata bilir.

Azərbaycan Respublikası Qanunvericiliyinə görə Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri hesabına alınması “Dövlət satınalınmaları haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələrək bu müəssisələr üçün vahid satınalma prosesini tənzimləyən etender.gov.az internet portalı qurulub. Müəssisələr növbəti il üçün planlaşdırılan satınalmaları cari ilin 15 oktyabrınadək həmin portalda yerləşdirildikdə planlaşdırılmış hesab edilir. Əgər yuxarıda qeyd edilən müəssisələrin tender və ya digər satınalma prosesində iştirak etmək istəyirsinizsə, qanunda göstərilən malgöndərənlərə aid tələblərə cavab verməlisiniz. Əks halda tenderi yaxud digər üsulda satınalmaya qoşulmağı yaddan çıxarmaq olar.

Malgöndərənlər üçün başlıca tələblərə aiddir:
  • Müvafiq sahədə peşəkarlıq, təcrübə, işçi qüvvəsinə malik olma, etibarlılı;
  • Satınalma müqaviləsi bağlamağa səlahiyyəti olma – bu səlahiyyət ya nizamnamədə, ya da ayrıca müqavilədə, əmrdə, sərəncamda göstərilməlidir;
  • Ödəmə qabiliyyəti, müflis olmama, əmlakındam sərbəst istifadə qabiliyyəti;
  • Vergi və digər öhdəlikləri qalmamalı, son 1 il üçün fəaliyyət dayandırılmayıbsa, vergi üzrə vəzifələri yerinə yetirməmə halı olmamalıdır;
  • Peşə fəaliyyəti yaxud satınalma üzrə son 5 il üçün cinayət məsuliyyəti olmaması;
  • Tələb olunduğu halda müvafiq fəaliyyətə görə icazə və ya lisenziya olmalıdır.
Onu da qeyd edək ki, əksər hallarda satınalma həyata keçirən təşkilat bu tələblərə dair təsdiqedici sənədləri tələb edəcəkdir. Bu tələb ya satınalmadan əvvəl yaxud da sonra üçün irəli sürülür. Hər bir malgöndərən satınalma prosedurunda iddiaçı statusu əldə edir və satınalmaya qoşulur.

Mövcud qanunvericiliyə görə 50.000 (əlli min) manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5.000 (beş min) manatdan 50.000 (əlli min) manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər. Sonuncu üsulun mahiyyətinə görə satınalınan mal (iş və ya xidmət) üzrə bu sahədə iddiaçı olan azı 3 iştirakçıya mal (iş və ya xidmət) üzrə bir qiymət təklifi verilməsi bildirilir. Ən aşağı qiymət verən iddiaçı ilə müqavilə bağlanaraq satınalma həyata keçirilir.

Əvvəldə qeyd edilən müəssisələrin elan etdiyi tenderdə iştirak edən iddiaçılar tender başlanmazdan əvvəl öz sənədlərini təqdim etmək öhdəliyi daşıyır. Tenderə təqdim ediləcək sənədlərə aiddir:
  • Tenderdə iştirak üçün ərizə. Bu formanı tenderi təşkil edən müəssisə də verə bilər. Digər halda iddiaçı “biz ___ tenderdə iştirak etmək üçün sənədləri təqdim edirik” formasında da ərizələrini verə bilir. Bu formanı tender təşkilatçısı ilə dəqiqləşdirmək məqsədəuyğundur.
  • Tenderdə iştirak haqqını ödədiyini təsdiq edən sənəd. Bu iştirak haqqı iddiaçının fəaliyyət qabiliyyətini, həm də ciddiliyini müəyyən etmək üçün əsas sayılır.
  • Tender təklifi. Satınalma aparılan mal (iş və ya xidmət) üzrə iddiaçı öz təklifini bu sənəddə əks etdirməlidir.
  • Malgöndərən barədə sənədlər. Malgöndərənlərin tenderə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı son 1 ildəki maliyyə vəziyyəti barədə arayış və qeydiyyata alınma statusu barədə sənədlər buraya daxildir.

Bu sənədlər tender proseduru başlanmasına 7 bank günü qalmış verilməlidir. Təkcə tender təklifi 1 bank günü qalanadək verilə bilər. Müəyyənləşdirilmiş qaydada hazırlanmış, iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək satınalan təşkilatla təqdim olunur. Əsasən manatla ifadə edilən təkliflər üzrə 1% tender təklifinin təminatı da tələb edilə bilir ki, bu məbləğ tenderdən sonra qaytarılır.

Onu da qeyd edək ki, tender proseduru və bütün tələblər tender şərtlər toplusunda əks etdirilir və iddiaçılar tender barədə elan verildikdən, həmçinin tenderlə bağlı müraciət qəbul olunduqdan sonra bu şərtlər toplusu ilə tanış ola bilər.


Bax: II yazı – Tenderin təşkili


Gələn ildən vergi ödəyiciləri daha hansı məlumatları vergi orqanına verə bilərlər?

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər parlamentdə III oxunuşda qəbul edilib. Artıq mütəxəssislər yeniliklərin detallarını açıqlayırlar.

Gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixdən təkllif olunan dəyişikliklər qüvvəyə minərsə vergi ödəyiciləri vergi orqanına aşağıdakı məlumatları da təqdim edəcəklər:

  • istehsal olunacaq hazır məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin hesabat dövründə həmin normalara dəyişikliklərlə bağlı dəqiqləşdirilmiş məlumatlar (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla),
  • idxal ediləcək malların saxlanılacağı (boşaldılacağı) yer barədə, yaxud həmin malların saxlanma yeri barədə, yaxud həmin malları sifariş verən şəxslər barədə və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə,
  • kreditor və debitor borcları barədə (mənfəət, gəlir vergisinin ödəyiciləri),
  • bank ödəniş tapşırıqlarında elektron qaimə-fakturanın seriya və nömrəsi, yaxud müntəzəm alışlar üzrə bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, YGB seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı (invoys) sənədinin tarixi və nömrəsi, yaxud borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, yaxud avans ödənişi olduğu göstərilməklə tələbnamənin, müqavilə və ya əlavənin tarixi və nömrəsi.
  • orta və iri sahibkarlıq subyektləri mühasibat standartları üzrə hazırlanan maliyyə hesabatları (vergi orqanının tələbi ilə).

Əslində bütün sadalanan məlumatlar mühasiblər tərəfindən hazırlanır və ya əldə olunur. Məsələ ondadır ki, artıq onlar bu məlumatların verilməsini təmin etmək üçün həmin məlumatları əsaslandıran əməliyyatların uçotunu düzgün, dürüst və vaxtında aparmalıdırlar. Həmçinin, bilməlidirlər ki, əvvəlcədən təqdim olunan bu məlumatlardakı göstəricilər sonradan təqdim olunan mənfəət (gəlir) bəyannamələrinin 1 №-li Əlavəsinin göstəriciləri ilə uyğunlaşdırılmaqla vergi orqanı tərəfindən kameral yoxlamalar aparılacaqdır. Başqa sözlə, uyğunsuzluqların düzgün əsaslandırılması üçün vergi orqanının məlumat bazası genişləndirilir. Ona görə də mühasiblər tərəfindən rəhbər və icraçı menecerlərə daha məsuliyyətli olmaları və mühasiblərin özlərinin də məsuliyyətinin artacağı barədə xəbərdarlığını etmələri tövsiyyə olunur.

Hesab edirəm ki, mühasiblərin əməyinin qiymətləndirilməsi hazırki tələblərdən irəli gələn məsuliyyətinə adekvat olmalıdır. Mühasib əməyinin dəyərinin yüksək olması mütləqdir, bu əmək ucuz ola bilməz. Artıq rəhbərlər və sahibkarlar mühasibat xidmətinin dəyərinin artırılması və ya uyğunlaşdırılması istiqamətində düşünməli və səy göstərməlidirlər.

Mənbə: vergiler.az


Növbəti il üçün minimum əməkhaqqı alan işçinin sosial ödənişləri

posted in: Xəbər | 0

işçilərin minimum əməkhaqları, 2022 iş vaxtı norması, 2022-ci il üçün istehsalat təqvimi, 2022-ci il üçün iş vaxtı norması, işsizlikdən sığorta ödənişinin verilməsi, işsizlikdən sığorta ödənişi,Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 300 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqlarının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Mühasib İlkin Lələyev 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı ilə işləyən işçiyə münasibətdə qeyri-büdcə və qeyri-neft sektoru üzrə əməkhaqqından tutulmaları və əlavə ödənişləri hesablayıb. Həmin bu sahədə tutulmalar aşağıdakı qaydada olacaq:

Məcburi dövlət sosial sığorta haqqı üzrə:

İşçidən tutulan:

300 – 200 = 100 manat

200 x 3% + 100 x10%=16 manat

İşəgötürən tərəfindən ödənilən:

200 x 22% + 100 x 15% = 59 manat.

İşsizlikdən sığorta haqqı:

İşçidən tutulan:

300 x 0,5% = 1,5 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 0,5% = 1,5 manat.

İcbari tibbi sığorta haqqı:

İşçidən tutulan:

300 x 2% = 6 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 2% = 6 manat.

Cəmi işçidən tutulma:

16 + 1,5 + 6 = 23,5 manat.

Cəmi işəgötürən tərəfindən ödənilən:

59 + 1,5 + 6 = 66,5 manat.

Mənbə: vergiler.az


1 761 762 763 764 765 766 767 2. 691