Vergi məbləğlərinin tutulma formaları

posted in: Xəbər | 0

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən), gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) və vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi (bildiriş üzrə).

İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl verginin tutulması başa düşülür. Bu vergitutma formasına bilavasitə mənbədən tutulma da deyilir. Məsələn, mudlu işlə əlaqədar gəlirlərdən (əmək haqqından) və muzdlu işə aid olmayan gəlirlərdən (icarə haqqı, dividend, royalti və s.) tutulan vergilər ödəmə mənbəyindən bu formada tutulur. Gəliri ödəyən sahibkar vergini ödəmə mənbəyindən tutub ödəməli və Məcəlləyə uyğun şəkildə hesabatını vergi orqanına təqdim etməlidir.

Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə, vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulma forması başa düşülür. Bu cür formaya bəyənnamə üzrə tutulma forması deyilir. Yəni ödəyici əldə etdiyi gəlir (mənfəət) barədə özü bəyan edir və həmin bəyan etdiyi məbləğ üzrə də vergini tutur. Sadələşdirilmiş vergi və fiziki şəxsin gəlir (hüquqi şəxsin mənfəət) vergisi bu cür formada tutulur.

Vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tutulma formasıdır. Ona görə də, bu metoda bildiriş üzrə verginin tutulması forması deyilir. Bu zaman vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanı və ya bələdiyyə hesabladığı məbləğ üçün tədiyyə bildirişi təqdim edir və bu bildiriş əsasında vergi ödəyicisi tərəfindən vergi tutularaq büdcəyə ödənilir.

Vergi Məcəlləsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Mənbə: vergiler.az


“Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik etdi!

posted in: Xəbər | 0

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirdi.

Tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmızı Ürəklər”in, PAŞA Holding-in, Kapital Bank-ın, PAŞA Bank-ın, Fairmont Hotelin və müxtəlif qrupların könüllüləri iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də bayram ərəfəsində keçirilib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 


Tələb olunan məlumatların təqdim edilməməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsində dəyişikliklərdən biri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri tərəfindən mənfəət (gəlir) bəyannaməsi ilə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatların, habelə vergi orqanının tələbi ilə orta və iri sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının vergi orqanına təqdim edilməsi ilə bağlıdır. Məlumatlar İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan forma əsasında təqdim ediləcək.

Dəyişiklik vergi ödəyicisi mənfəət (gəlir) vergisinin bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının daha effektiv həyata keçirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi, ödəyicinin fəaliyyəti ilə bağlı məlumat bazasının genişləndirilməsi və vergi orqanının vergilərin hesablanmasında istifadə olunan məlumatları daha çevik əldə etməsi məqsədi daşıyır. Belə ki, vergi ödəyicisinin debitor və kreditor borcları onun digər şəxslərlə həyata keçirdiyi ticarət əməliyyatları üzrə aparılan hesablaşmaların qalıqlarını müəyyən edir. Vergi orqanı tərəfindən debitor borclar barədə adlı siyahı üzrə məlumatların əldə edilməsi vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar üzrə gələcək dövrdə əldə ediləcək pul vəsaitlərinin, habelə vergi ödəyicisinin gəlirlərinin, o cümlədən ƏDV ödəyiciləri üzrə ƏDV öhdəliyinin müəyyənləşdirilməsində mühüm inzibatçılıq aləti kimi çıxış edəcək. Bununla da vergi orqanı ilə vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyacaq.

Bir sıra hallarda vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla alınmış mal, iş və xidmətlərin dəyərini nağd qaydada ödəyir, lakin uçotda həmin məbləği kreditor borc kimi əks etdirirlər. Bununla əlaqədar, vergi ödəyicisinin kreditor borcları barədə adlı siyahı üzrə məlumatların alınması həm “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasının, həm də vergidən yayınma hallarının qarşısının alınmasına hədəflənib. Ödəyicilərin kreditor borcları barədə məlumat nəzarəti tədbirləri zamanı həmin borcların məbləği ilə vergi ödəyicisinin gəlirdən çıxdığı xərcləri, mal qalığı və digər məlumatları arasında vergi orqanı tərəfindən üzləşdirmə aparılmasına imkan verir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən tələb olunan məlumatların təqdim edilməməsinə görə müvafiq məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.

Mənbə: taxes.gov.az


Növbəli iş rejimində bayram günlərində işləyən işçinin əməkhaqqısı necə ödənilməlidir?

posted in: Xəbər | 0

məzuniyyətin hesablanması, məzuniyyət haqqı, məzuniyyət götürmək,Növbəli iş rejimində çalışan işçi bayram günlərində işləyərsə, onun əməkhaqqısının necə ödənilməsi mütəxəssislər arasında müzakirə olunan məsələlərdəndir. Sərbəst auditor Altay Cəfərovun məsələni şərh edir.

Tutaq ki, “AA” MMC-nin fəaliyyətində növbəli iş rejimi tətbiq olunur. MMC-nin noyabr ayında normal iş rejimi üzrə hər bir işçi 160 saat işləməlidir. Hər növbə üzrə 160 saat iş həcmi əmək müqavilələrində təsbit olunmuşdur.

İşçilərin bir qisminin iş növbəsi 8 və 9 noyabr bayram günlərinə düşmüşdür. Burada ilkin olaraq belə təsəvvür yaranır ki, bayram günlərində çalışmış işçilərə əməkhaqqı ən azı 2 misli məbləğində ödənilməlidir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Həmçinin, maddənin 2-ci hissəsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Burada məsələyə iki cür yanaşmaq olar:

– birincisi, işəgötürən növbəli iş rejimi olmasına baxmayaraq çalışmalıdır ki, istirahət və bayram günlərində işçiləri işə cəlb etməsin;

– ikincisi, əgər bu mümkün olmasa, o zaman növbəli iş rejimini tədbiq edəndə çalışılmalıdır ki, işçilər aylıq iş normasında işləsinlər.

Yuxarıdakı misalda, işçi bayram günlərində çalışmış olsa da, iş rejiminə görə noyabr ayındakı 160 saat normasını aşmamışdır.

Bundan əlavə, məsələyə məntiq və mahiyyətə görə baxsaq, işçi bayram günlərində işləsə də, qalan günlərdə günəvəzi kimi istirahət etmiş sayılır. Yuxarıdakı misalda işçi əmək müqaviləsinə görə MMC ilə növbəli iş rejimində çalışmağa və normal iş saatları normasını işləməyə razılaşmışdır. Ona görə də bayram günlərində işlədiyinə baxmayaraq, ona ikiqat əməkhaqqı ödənilməyəcəkdir. Çünki o, 160 saatlıq iş normasını yerinə yetirmişdir. Bununla belə, 8-9 noyabr tarixlərindəki iş 160 saatlıq iş normasından artıq olduğu halda, işçiyə əlavə olaraq gündəlik və ya saatlıq əməkhaqqının iki misli miqdarında əməkhaqqı ödənilməlidir.

Mənbə: vergiler.az


1 760 761 762 763 764 765 766 2. 691