Sosial sığorta haqqının aylıq məbləği necə müəyyən olunur?

posted in: Xəbər | 0

2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması qərar alınıb, dövlət sektorunda çalışan işçilərin əməkhaqlarının artırılmasına qərar verilib. Aylıq gəlirlərin artması sosial ödənişlərin məbləğinə də təsir edir. Bəs məcburi dövlət sosial sığorta haqlarının aylıq məbləği necə müəyyən olunur? Suala iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov aydınlıq gətirib.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqısının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
  • sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında.
Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:
  • toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
  • fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
  • çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
  • saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
  • fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
  • nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
  • fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
  • fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

  • 5 hektaradək olduqda – 2 faiz miqdarında;
  • 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
  • 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Bundan başqa, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
  • Digər şəhər və rayonlarda – 1,0.
  • mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında;
  • xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;
  • müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
  • vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında hesablanır.

Mənbə: vergiler.az


Bax: ƏDV-nin hesablanmasında yaranan problemlər və həlli yolları


ƏDV-nin hesablanmasında yaranan problemlər və həlli yolları

posted in: Xəbər | 0

01 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 164.1.7-ci maddə yeni redaksiyada verilmişdir. Belə ki, yeni dəyişikliyə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azad edilmişdir.

Lakin qeyd edilən maddənin tətbiqi zamanı bir sıra məqamlara aydınlıq gətirmək zərurəti yaranır. Belə ki, idxal olunan rulon və ya vərəqə şəklində kağızın satışı ƏDV-dən azad olan məhsullar üçün istifadə edilib-edilməməsi və bu zaman ƏDV-nin necə hesablanması sual doğurur. Eləcə də, kitabların istehsalı üçün rulon şəklində kağızın satışı üzrə 2021-ci ildə ƏDV ilə alınmış avans məbləğlərinə görə 2022-ci ildə rulon şəklində həmin kağız satıldıqda ƏDV necə hesablanmalıdır?

Qeyd etmək lazımdır ki, idxal zamanı gömrük rəsmiləşdirilməsi zamanı kitab istehsalı üçün nəzərdə tutulan kağızın dəyərinə ƏDV hesablanmışdırsa və əvəzləşdirilmişdirsə, VM-nin 175.4-cü maddəsinə əsasən alışı və satışı ƏDV-dən azad olan əməliyyatların uçotu ayrıca aparıldığı təqdirdə 2022-ci ildə əməliyyatın xarakteri dəyişdiyindən təqdimetmə zamanı VM-nin 163-cü maddəsinə əsasən həmin əməliyyatlar üzrə ƏDV-nin əvəzləşdirilməsi bərpa edilərək büdcəyə hesablanmalıdır. Kitab istehsal edildikdə isə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş və satışı ƏDV-dən azad edilən məhsulların ümumi istehsal edilən kitab məhsullarının satış dövriyyəsinə nisbətdə xüsusi çəkisinə görə ƏDV hesablanacaqdır. Aşağıdakı nümunəyə nəzərə yetirək:

A MMC 2021-ci ildə kitab istehsalı üçün kağız satışı üzrə əvvəlcədən ƏDV ilə birlikdə (ƏDV depozit hesaba ödənilməklə) 23600 manat avans almışdır. 2022-ci ilin yanvar ayında isə həmin məbləğ üzrə kağız satışını həyata keçirmişdir. Bu zaman ƏDV necə hesablanmalı və bəyannamədə necə əks etdirilməlidir?

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu səbəbdən də avans məbləği A MMC-nin hesabına daxil olduqda ƏDV hesablanmalıdır. Lakin 2022-ci ildən əməliyyatın xarakteri dəyişmişdir. Belə olduğu təqdirdə, e-qaimə ƏDV-dən azad olan əməliyyat olaraq təqdim edilir və VM-nin 163-cü maddəsinə əsasən hesablanmış ƏDV məbləğinə bəyannamənin 319-cu sətrində düzəliş verilməklə ƏDV müştəriyə geri qaytarılkır,kağızın dəyəri isə həm əlavə 5-də, həm də bəyannamənin 303-cü sətrində əks olunaraq, həmin hesabat ayı üçün əvəzləşdirilən ƏDV məbləği VM-nin 175.4-cü maddəsinə əsasən azaldılacaqdır. Lakin bu halda debitor borclar sətrində ƏDV-dən azad olan əməliyyatlar üzrə məbləğ formalaşmalıdır və əks halda  həmin məbləğin göstərilməməsinə görə uyğunsuzluq yaranacaqdır.

Digər tərəfdən, VM-nin 159.8 maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Bu halda isə əməliyyatın xarakterinin dəyişməsinə baxmayaraq, A MMC ƏDV-nin müştəriyə geri qaytarılmadığı hallarında e-qaiməni ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdim edərək yanvar ayında heç bir vergi hesablamayacaqdır. Eləcə də, xüsusi çəki üzrə əvzəlşdirilən məbləğə də bəyannamədə azalma verilməyəcəkdir. Debitor borclar sətrində isə məbləğin göstərilməməsinə görə uyğunsuzluq yaranmayacaqdır. Kağızın dəyərini ödəyən kitab istehsalı ilə məşğul olan şəxs isə ƏDV-yə cəlb edilən əməliyyatları da olduqda ödədiyi ƏDV-ni VM-nin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə görə əvəzləşdirə  bilər.

Müəllif: Azər Qənbərov


Bax: Fiziki şəxslərin əmlak vergisi


Daşınmaz əmlakınızı girov qoymaqla təmir işləri üçün sərfəli kredit əldə edin!

posted in: Xəbər | 0

Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Fiziki şəxslərin əmlak vergisi

posted in: Xəbər | 0

vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə edilən yeni dəyişiklikdə fiziki şəxslərin əmlak vergisi ilə bağlı yenilik nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı təfərrüatları İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə açıqlayır.

Dəyişikliklərdə, Məcəllənin 6.1.5 maddəsinə əsasən, 198.1-ci maddədə nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilmişdir. Məcəllənin 198.1-ci maddəsində göstərilən fiziki şəxslərin əmlak vergisi aşağıdakılardır:

• xüsusi mülkiyyətində olan binalara;

• su və hava nəqliyyatı vasitələrinə görə yığımlar.

Məcəllənin 197.1.3 maddəsində göstərilir ki, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər vergitutma obyektidir. Məcəllənin 198.2 maddəsinə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin əmlakının orta illik qalıq dəyəri götürülərək müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirməlidirlər və əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verməlidirlər.

Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

1. Müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Misal 1: Fərdi sahibkarın balansında olan əmlakın ilin əvvəlinə qalıq dəyəri 145.000 AZN, əmlakın ilin sonuna qalıq dəyəri 168.000 AZN olmuşdur.

Orta illik qalıq dəyəri = (145.000 + 168.000)/2 = 156.500
Əmlak vergisi = 156500 x1% = 1565 manat

2. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal 2: Fərdi sahibkar 2022-ci ilin may ayından əmlak vergisinin ödəyicisi olmuşdur. Onun yaradıldığı tarixə əmlakının qalıq dəyəri 60.000 manat, ilin sonuna qalıq dəyəri isə 68.000 manat təşkil etmişdir.

Əmlak vergisi= (60.000+68.000)/24x7x1%=373.33 manat

3. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

Misal 3: Fərdi sahibkar 2022-ci ilin oktyabr ayında uçotdan çıxarılmışdır. Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 142.000 manat, ləğv edildiyi tarixə 128.000 manat təşkil etmişdir.

Əmlak vergisi=(142000+128000)/24x9x1%=1.012,5 manat

Qeyd: Yeni dəyişikliyə görə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla, Məcəllənin 199.4.3 maddəsinə əsasən, mexaniki nəqliyyat vasitələri əmlak vergisinə cəlb ediləcəkdir.

Mənbə: vergiler.az


Bax: İşəgötürənlər minimum əməkhaqqı ilə bağlı hansı məqamlara diqqət yetirməlidirlər?


1 755 756 757 758 759 760 761 2. 691