Vergi ödəyicisi hansı halda elektron qaimə-faktura təqdim etməyə bilər?

posted in: Xəbər | 0

Elektron qaimə-faktura,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vətəndaş vergi ödəyicisi olmadığı üçün, elektron qutusu da yoxdur. O səbəbdən də elektron qaimə-fakturanın göndərilməsi mümkün deyil. Artıq kağız formasında verilən qaimə-faktura ləğv olunduğundan vətəndaşlara göstərilən xidmət və malların satışı necə rəsmiləşdirilməlidir?

Misal: Dərzi xidməti göstərən müəssisə vergi ödəyicisi ilə yanaşı, vətəndaşa da xidmət göstərir. Vətəndaş dərziyə göstərdiyi xidmətin müqabilində 200 manatlıq ödəniş edir. Vergi ödəyicisi dərzi də ödənişin təyinatını qeyd etməklə, vətəndaşa mədaxil qəbzi təqdim edir.

Başqa hal da mümkündür ki, pərakəndə ticarət zamanı vətəndaş mağazadan paltar alır. Təbii ki, vergi ödəyicisinin əlində paltar almasını təsdiq edən əsas olmalıdır. Vətəndaşa ödəniş zamanı nəzarət-kassa aparatının çeki təqdim edilir. Təəssüf ki, hazırda bəzi sahibkarlıq subyektlərinin təqdim etdiyi çekdə bütün lazımi məlumatlar olmur. Real vaxt rejimində çalışan nəzarət-kassa aparatları çeklərində isə alıcıya lazım olacaq bütün məlumatlar öz əksini tapır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatların olması mütləqdir:

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • Çekin vurulmasının tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  • Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  • Malın sürətli məlumat kodu (Quick Response Code);
  • Ödənilmiş məbləğ;
  • Müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • Ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • Geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Mənbə: vergiler.az


Bax:


Bir sıra kommersiya təşkilatlarının mühasibat uçotu üzrə qanunvericilik aktlarında dəyişikliklər

posted in: Xəbər | 0

Mühasibat uçotu, Mühasibat uçotunun auditi, Mühasibat uçotunun təhlili,Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş bir sıra maliyyə institutlarının fəaliyyətinə dair sahəvi qanunvericilik aktlarında mühasibat uçotuna dair mühüm dəyişikliklər qəbul edildi.

Həmin dəyişikliklərin mahiyyəti barədə bu yazımızda izah verməyə çalışacağıq.

Müvafiq qanunvericilik aktları üzrə əlavə və dəyişikliklər aşağıdakı kimidir:

  • Poçt rabitəsinin operatoru, o cümlədən milli operator, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər və kredit bürolarında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qurumlar illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
  • Kredit ittifaqları, bank və xarici bankın yerli filialı, bank olmayan kredit təşkilatları illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. Bu təşkilatların mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu Prezidentin müəyyən etdiyi orqan (Maliyyə Nazirliyi) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
  • Bank olmayan kredit təşkilatları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və onların idarəçiləri, banklar, kredit ittifaqları maliyyə ilinin bitməsindən ən geci beş ay, sığortaçılar isə ən geci 3 ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay, xarici bankın yerli filialı isə xarici bankın ən geci 8 ay müddətində kənar auditor tərəfindən yoxlanılmış, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Bu qurumlar həmçinin illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
  • Banklar, kredit ittifaqları, sığortaçılar, bank olmayan kredit təşkilatları, investisiya fondları və onların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət müvafiq sahəvi qanunlara və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Mühasibat uçotu statistikası,Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunda bir sıra əlavə və dəyişikliklər həyata keçirildi. Onu da qeyd edək ki, bu dəyişikliklər əsas maliyyə institutları üzrə mühasibat uçotu məsələlərini əhatə edir. Müvafiq yeniliklər aşağıdakı kimidir:

Sığorta şirkətləri anlayışları sığortaçı və təkrarsığortaçı anlayışı ilə əvəz edildi. Buna müvafiq olaraq təkrarsığorta şirkətləri tərəfindən də bu qanunun tətbiqi konkretləşmiş oldu.

Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu Maliyyə Nazirliyi ilə (əvvəl Prezidentlə) razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılarkən mövcud olan müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ifadələri verilən səlahiyyətlərə uyğun Mərkəzi Bank olaraq dəyişdirildi.

Mühüm yeniliklərdən biri də təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mühasibat uçotunun aparılmasına, baş mühasiblə yaxud müvafiq struktur bölmə vasitəsilə mühasibat uçotunu aparmasına nəzarət də Mərkəzi Banka verildi.

Təkrarsığortaçılar, sığortaçılar hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin  maliyyə hesabatlarını təqdim etməsi və dərc etməsi sahəvi qanunvericilik aktları ilə tənzimlənəcək və buna Mərkəzi Bank tərəfindən nəzarət ediləcək.


Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (III hissə)

posted in: Xəbər | 0

Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (III hissə)

II hissəyə nəzər yetirin

Bu gün mühasibat uçotu hər bir təşkilat tərəfindən həyata keçirilir və mühasibin vəzifələrinin siyahısı daha çox istənilən bir konkret firmadan asılı olur. Mühasib geniş çeşidli vəzifələrə malikdir, xüsusilə də ilkin sənədlərin tərtib edilməsi, onun etibarlılığına nəzarət, hesablama emalına hazırlıq onun üzərinə düşür, həmçinin maliyyə intizamına riayət olunmasına və resurslardan səmərəli istifadə edilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Həmçinin, mühasib işçilərin əməkhaqlarının hesablanması, mülki müqavilələr və fərdi mənfəət vergisi üzrə ödənişlər, vergi və idarəetmə uçotunun aparılması üçün məsuliyyət daşıyır, vergi hesabatını fondlara və vergi müfəttişliyinə verir və vergi ödənişlərini minimuma endirir. Digər məsələlərlə yanaşı, mühasib çox vaxt vəzifə təlimatlarında göstərilməyən vəzifələri də yerinə yetirir, bəzən iş yerinə qənaət etmək məqsədilə digər mühasiblərin işini də ona həvalə edirlər. Bundan əlavə, mühasib mühasibat hesabatlarının daxili və xarici istifadəçilərinin müqayisə edilə bilən və etibarlı mühasibat məlumatları ilə təmin edilməlidir.

Hesab edilir ki, mühasibat uçotu və vergi uçotunun aparılmasını tam avtomatlaşdırmaq imkanı tezliklə yaranacaq ki, bu da mühasibi yuxarıda qeyd edilən işlərin bir hissəsindən azad edəcək. Lakin müəssisənin maliyyə vəziyyətinin təhlili hələ də müstəqil aparılmalı olacaq, lakin o zaman buna daha çox vaxt sərf olunacaq və təhlilin nəticələrinin keyfiyyəti daha yüksək olacaq.

Son illər ərzində mühasib peşəsi əmək bazarında ən çox tələb olunan peşələrdən biri olaraq qalır. Son zamanlar peşəkarlıq səviyyəsini artırmaq istəyən mühasiblərin sayı durmadan artır. Bu isə elə peşənin gələcəyidir – mühasiblərin aşağı ixtisas səviyyəsindən daha yüksək səviyyələrə keçməsidir ki, bu da peşənin inkişafının müsbət təmayülüdür.

Mühasibin peşə fəaliyyətinin məqsədi, elan edilmiş, “Mühasibat uçotu haqqında” qanun peşənin standart redaksiyasında mövcud olan standarta müvafiq gəlir. Söhbət yalnız maliyyə uçotunun tənzimlənməsindən və maliyyə hesabatlarının formalaşdırılmasından gedir. Bu real mühasibin heç də bütün funksiyaları deyildir. Mühasib, ilk növbədə, uçot siyasətini formalaşdırmaqla və yeni vəzifələr qoymaqla yanaşı, müxtəlif səbəblər üzrə idarəetmə qərarlarının informasiya təminatı ilə də məşğul olan dərin bir analitik olmalıdır. Bu hədəfi fərqli şəkildə formalaşdırmaq daha doğru olardı, məsələn “maraqlı istifadəçilərin iqtisadi qərarlar qəbul etmələri üçün zəruri olan mühasibat, nəzarət və analitik məlumatların formalaşdırılması”.

“Rəqəmsal iqtisadiyyat”, “bilik iqtisadiyyatı” şəraitində mühasib və auditorun imkanları genişlənir, bu zaman həmin mütəxəssislərə zəruri olan səlahiyyətlərin dairəsi artır. İşəgötürənlərin ehtiyacları mühasiblərin hazırlığının mühasibat uçotu, təhlil və auditin aktual məsələlərinin həllinə yönəldilməsinin gücləndirilməsinin zəruriliyini şərtləndirir. Bunun üçün ali təhsil müəssisələrinin təhsil proqramlarının və peşə standartlarının uyğunlaşdırılması ilə yanaşı, tədris prosesində iqtisad elminin son nailiyyətlərindən istifadə, sistematik ixtisasartırma, eləcə də peşə etikası normalarına qüsursuz riayət etmək lazımdır.


1 759 760 761 762 763 764 765 2. 686