Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

posted in: Xəbər | 0

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər. Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsi zamanı növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir.

Bu hüquq

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma,
  • müharibə veteranlarına,
  • yaşı 18-dən aşağı olan işçilərə və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da  şamil olunur.

Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.

Mənbə: sosial.gov.az


Bax:


Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə

posted in: Xəbər | 0

vakansiya, Mühasib köməkçisi, Torpaq vergisinin ödənilməsi, Torpaq vergisinin hesablanması, Torpaq vergisinin tutulması, Torpaq vergisi, Ezamiyyə xərcləri, Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi, gəlir vergisi, vərəsə, məzuniyyət haqqı. vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıBenzin və dizel yanacaqlarının, eləcə də maye qazın satın alınması zamanı vergi ödəyiciləri əvəzləşdirmə ilə bağlı təcrübədə bəzi suallarla qarşılaşırlar. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Tutaq ki, “AA” MMC yanacaq satan vergi ödəyicisindən 2390 manatlıq benzin alıb: bunun 2000 manatı əsas məbləğ, 360 manatı əlavə dəyər vergisi (ƏDV), 30 manatı da yol vergisidir.

Misal 1: “AA” MMC aldığı yanacağın əsas məbləğindən həmin ay 1000 manat, ƏDV-dən də 150 manat ödəyib. Yerdə qalan 1000 manat əsas məbləği, 30 manat yol vergisini və 210 manat ƏDV-ni isə növbəyi ay ödəyib.

Misal 2: “AA” MMC ilk ayda əsas məbləğdən 1000 manat, 360 manat ƏDV-ni isə tam ödəyib, qalan məbləği növbəti ayda ödəyib.

Misal 3: Birinci ayda 2000 manat əsas məbləğ və 30 manat yol vergisi tam ödənilib, ƏDV-nin isə 180 manatı ödənilib və qalan 180 manatı növbəti aya keçirilib.

Sual: Hər üç halda “AA” MMC tərəfindən əvəzləşdirilmələr necə olacaqdır? Əsas məbləğ ödəniləndə hansı məbləğlər birinci bağlanmalıdır: yol vergisi, yoxsa ƏDV-siz əsas məbləğ?

İlk olaraq qeyd edək ki, qanunçuluqda əsas məbləğ ödəniləndə hansı hissənin nəzərə alınması ilə bağlı xüsusi bir tələb yoxdur.

Vergi Məcəlləsinin 211-ci maddəsində yazılmışdır ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Göründüyü kimi, yol vergisi son olaraq hesablanan və əsas məbləğə, ƏDV-yə və aksiz vergisinə əlavə olunmuş məbləğdir. Yəni ilkin olaraq əsas məbləğ, ƏDV və ya aksiz vergisi götürülür, sonda isə cəmlənmş məbləğə yol vergisi daxil edilir.
Odur ki, ödənişlər zamanı bu ardıcıllıqlar nəzərə alınmalıdır. Yəni ilkin olaraq əsas məbləğ, sonra isə yol vergisi borc kimi bağlanmalıdır.

Birinci misalımızda ödənilən əsas məbləğ 1000 manat olub ki, bunun 18% dərəcəsi ilə ƏDV-si 180 manat təşkil edir. Amma ödənilən ƏDV 150 manat olduğuna görə birinci ayda əvəzləşdirilən məbləğ də 150 manat təşkil edəcəkdir. İkinci ayda isə yerdə qalan həm əsas məbləğ, həm yol vergisi, həm də qalan ƏDV ödənildiyindən, 210 manat ikinci ayda əvəzləşdiriləcəkdir.

İkinci misalımızda ƏDV-nin tam ödənilməsinə baxmayaraq əsas məbləğdən 1000 manat keçirilib. Ona görə də birinci ayda 1000×18%=180 manat əvəzləşdiriləcəkdir. Yol vergisi son ödənişdə nəzərə alınır. İkinci ayda yerdə qalan 180 manat əvəzləşdiriləcəkdir.

Üçüncü misalda tam məbləğin yol vergisi ilə birlikdə birinci ayda ödənilməsinə baxmayaraq, ƏDV-dən ancaq 180 manat ödənilib. Odur ki, əvəzləşdirləcək məbləğ birinci ayda 180 manat, ikinci ayda da 180 manat olacaqdır.

Qeyd edək ki, belə hallara təcrübədə nadir rast gəlinir. Yəni yanacaq, dizel, maye qaz satan yanacaqdoldurma məntəqələri, adətən, tam məbləğləri və ƏDV-ni alandan sonra məhsullarını satırlar.

Mənbə: vergiler.az


Bax:


Mühasibat uçotunun təhlili və auditi arasında fərq varmı? (III hissə)

posted in: Xəbər | 2

Mühasibat uçotunun təhlili və auditi (III hissə)

II hissəyə nəzər yetirin

Auditin xüsusiyyətləri

Auditin nəticələri yalnız daxili istifadəçilər üçün aktual deyil. Məcburi yoxlama zamanı, məsələn, auditor rəyi vergi, digər nəzarət strukturlarına təqdim edilir. Həmçinin xarici istifadəçilər potensial və fəaliyyət göstərən investorlar, şirkət almaq istəyən fiziki və hüquqi şəxslər ola bilərlər.

Audit əksər hallarda məlumatların və sənədlərin dərin yoxlanılmasını təşkil edir. Ekspress-variant istisna təşkil edir. Onun vəzifəsi konkret uçot sektorunda mövcud səhvləri operativ şəkildə aşkar etməkdir. Vergi yoxlaması ərəfəsində ekspres-audit nadir hallarda baş verir. Onu strateji əhəmiyyətli sövdələşmələrə hazırlıq zamanı, investisiya layihələrinin həyata keçirilməsindən əvvəl və s. sifariş edirlər.

Auditi bir neçə gün ərzində keçirmək mümkün deyil. Sənədlərin və məlumatların emalı, ekspert nəticələrinin formalaşdırılması vaxt tələb edir. Qiymətləndirmə formatı işlərin icrası prosesində xidmətlərin sifarişçisi ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Mütəxəssislərin cari tövsiyələrindən müəyyən edilmiş səhvləri düzəltmək üçün istifadə oluna bilər. Belə olan halda auditor rəyində hər iki fakt (səhvin aşkar edilməsi, onun iş qaydasında düzəldilməsi) nəzərə alınır. Bu, şirkətin mühasibat və vergi uçotunun vəziyyətinin ümumi qiymətləndirilməsinə təsir göstərir.

Vergi risklərinin auditinin spesifikliyini ayrıca qeyd etmək lazımdır. Mütəxəssislər yalnız vergitutma bazasının formalaşdırılması və vergi hesablaşmaları deyil, həm də vergi yükünü artıra biləcək maliyyə-təsərrüfat fəaliyyəti faktlarını yoxlayırlar. Tərəflərin qarşılıqlı asılılığına xüsusi diqqət yetirilir. Bu cür əməliyyatların vergi orqanları tərəfindən müəyyən edilməsi ciddi nəticələrə səbəb olur. Vergi tutulan bazanı artırmadan, vergi ayırmalarının mümkünsüzlüyü səbəbindən əlavə məsrəflərə yol verilmir.

Yoxlamanı kim həyata keçirir?
Müəssisənin mühasibat uçotunun təhlili və auditi peşəkar olmalıdır. Xidmət təminatçısını meyarlar kompleksi üzrə seçmək tövsiyə olunur. Bu zaman analiz və ya audit qiyməti heç də ilk yerdə olmayacaq. Xidmət təminatçınızla müvafiq icazə sənədlərinin mövcudluğuna, şirkətin nüfuzuna diqqət yetirin. Xidmətlərin, qiymətlərin və müddətlərin çeşidini araşdırın.

Təchizatçını seçərək əməkdaşlıq şərtlərini müzakirə edin. Əgər tematik audit və ya uçotun, onun ayrı-ayrı sektorlarının təhlilini sifariş etsəniz, konkret vəzifələr qoyun. Həmişə şərtləri, qarşılıqlı hesablaşmaların formatını müəyyənləşdirin.


 

 

Eyni əməliyyat üzrə həm NKA çeki, həm də e-qaimə verilirsə bu zaman ƏDV tutulan dövriyyə necə müəyyən edilir?

posted in: Xəbər | 0

kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Sual: Müəssisəmiz yanacaq məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. Müəssisənin bir sıra şirkətlərlə müqaviləsi vardır ki, şirkətlərin sürücülərinə ay ərzində təqdim edilmiş yanacağa görə həmin şirkətlərə elektron qaimə-faktura göndərilir. Qeyd etmək lazımdır ki, yanacağın bu formada satışı zamanı sürücülərə nəzarət-kassa aparatının çeki də təqdim olunur ki, bu zaman həmin məbləğlər dövriyyəyə iki dəfə daxil edilmiş olur. Müəssisə əlavə maliyyə itkisinə məruz qalmamaq üçün nə etməlidir?

Cavab: Bildiririk ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


1 765 766 767 768 769 770 771 2. 686