Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər – 2022” proqramına seçilib

posted in: Xəbər | 0

Hər il Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən həyata keçirilən “BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) üçün namizədlərin seçimi prosesi başa çatıb. Azərbaycanda və regionda bu təşkilatın yeganə üzvü olan Kapital Bank-ın ödənişlər sahəsinin rəhbəri Fərid Səmədov seçim prosesini uğurla keçərək, növbəti il üçün proqramda iştirak etmək hüquqi əldə edib.

Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən proqrama namizədliyi irəli sürülən şəxslər öz sahələrində innovativ yanaşmaları tətbiq edən şəxslərdir. Onlar üçün rəqəmsallaşma dövründə fərqli ölkələrdəki transformasiyalar prosesində qazandıqları təcrübəni öyrənmək əsas prioritetlərdəndir. Proqram zamanı həmçinin, iştirakçılar BAFT-ın İdarə Heyəti, qlobal bankların rəhbərləri, BAFT-ın müxtəlif komitə və şuralarının tövsiyələri və fikirləri əsasında seçilən layihələrdə komanda işi nümayiş etdirəcəklər.

Qeyd edək ki, Fərid Səmədov 2015-ci ildən Kapital Bank-da işləyir. Ödənişlər sahəsinin rəhbəri olaraq müştərilərin istəklərinə uyğun, innovativ ödəniş alətlərinin və sistemlərinin yaradılması, bank xidmətlərinin rəqəmsallaşdırılması sahəsinə rəhbərlik edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Mühasibat uçotunun təhlili və auditi arasında fərq varmı? (I hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun təhlili və auditi (I hissə)

Mühasibat və vergi uçotunun keyfiyyəti daim nəzarət altında olmalıdır. Ancaq yalnız daxili nəzarət yetərli ola bilməz. Mühasibat uçotunun vəziyyətinin ekspert qiymətləndirilməsinin əldə edilməsinin bir neçə yolu var. Hər şeydən əvvəl, iki profil xidmətini qeyd etmək lazımdır: müəssisənin mühasibatlığının təhlili və audit. Onları çox vaxt bir-birindən fərqləndirmirlər.

Əslində mühasibat uçotunun təhlili və auditi arasında əhəmiyyətli fərqlər vardır. Onlar eyni məqsədi daşıyırlar: ümumi və ya ayrı-ayrı sektorlarda mühasibat səhvlərinin müəyyən edilməsi. Yoxlamanın dərinliyi və miqyası isə fərqlidir. Bu və ya digər xidmətin sifarişinin nə vaxt sərfəli olduğunu müəyyən etmək üçün təhlili və yoxlamanı daha ətraflı nəzərdən keçirək.
Uçotun təhlili: əsas vəzifələri
Müəssisənin mühasibat uçotunun təhlili ekspres-yoxlamadır. Çox vaxt o, bu tapşırıqları həll edir:
  • hesabatlarda cari səhvlərin, uçotda maliyyə-təsərrüfat əməliyyatlarının yanlış və ya qeyri-düzgün əks olunması faktlarının aşkar edilməsi;
  • vergi bazasının, vergilərin hesablanmasının düzgünlüyünü yoxlamaq;
  • mühasibatın kadr heyətinin səriştəliliyinin yoxlanılması;
  • məlumatların bir hissəsi itirildikdə və ya mühasibat uçotu sahibkarlıq subyektinin fəaliyyətində fasilədən sonra bərpa edildikdə, uçotun bərpa edilməsinin zəruriliyinin müəyyən edilməsi.

Təhlil vergi yoxlaması ərəfəsində aktual ola bilər. Xidmət vergi orqanlarını maraqlandıran sektoru tez və keyfiyyətlə yoxlamağa, müfəttişlərlə görüşədək vaxtında düzəldilə biləcək səhvləri aşkar etməyə imkan verir.

Uçot təhlilinin fokus nöqtələri
Şirkətin mühasibat uçotunun təhlili bunlara təsir göstərə bilər:
  • uçot siyasətinə;
  • vergi uçotuna;
  • mühasibatlığın ilkin sənədlərinə;
  • kassa əməliyyatlarına;
  • uçotda iqtisadi əməliyyatların əks olunmasına (qeydiyyatlar, hesablar, alt hesablar).

Mütəxəssislər tərəfindən konkret müddət üçün məlumatlar yoxlanılır. Uçot siyasətinə gəldikdə isə, bu siyasət qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhlil edilir. Həmçinin mütəxəssislər tətbiq olunan uçot metodlarının lokal sənədə uyğunluğunu müəyyən edirlər. Uyğunsuzluqlar aşkar edildikdə, xidmətin müştərisinə uçot siyasətində dəyişiklik edilməsi tövsiyə olunur.


II hissəyə nəzər yetirin


Satınalma üsulundan nə zaman istifadə edilir?

posted in: Xəbər | 0

Son dövrlər vergi ödəyiciləri tərəfindən tenderlər, kotirovkalar üzrə malların, işlərin və xidmətlərin təqdim edilməsi əməliyyatları çoxalmışdır. Oxucularımız tərəfindən də redaksiyamıza bu istiqamətdə suallar daxil olmaqdadır. Xatırladaq ki, bu əməliyyatlar “Dövlət satınalmaları haqqında” Qanun və bu qanun əsasında qəbul edilmiş digər alt normativ aktlar üzrə tənzimlənir. Sərbəst auditor Altay Cəfərov mözu ilə bağlı “vergiler.az” saytının suallarını cavablandırıb.

– Altay müəllim, satınalma bütün dövlət müəssisələrinə aiddirmi? Yəni dövlət qurumu malları, işləri və xidmətləri əldə edəndə satınalma metodlarından istifadə etməlidirmi?

– Öncəliklə onu deyim ki, satınalma – malların (işlərin və xidmətlərin) qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi deməkdir. Yəni dövlət vəsaiti hesabına mallar, işlər və xidmətlərin alınması satınalma sayılır.

Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. “Dövlət satınalmaları haqqında” Qanunun 1.2 – 1.4-cü maddələrinin müddəaları üzrə malları, işləri və xidmətləri əldə edən əməliyyatlar həyata keçirildikdə satınalma qaydaları tədbiq edilmir.

Belə aydın olur ki, kommersiya təşkilatları malları, işləri, xidmətləri əldə edəndə satınalma üsullarından istifadə etməli deyildir. Amma bir çox ASC-lər, QSC-lər, MMC-lər və digər təşkilatı hüquqi formalı hüququ şəxslər vardır ki, onların fəaliyyəti birbaşa kommersiya fəaliyyətindən ibarətdir və normalda onlar kommersiya təşkilatları sayılır. Amma onların nizamnamə kapitalında dövlətin payları 30 faiz və çox olduqda, həmin kommersiya qurumları da satınalma üsullarından istifadə etməlidirlər.

Bundan əlavə, yuxarıdakı qanun Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

– Bəs satınalmanın hansı üsulları vardır? Tender buna aiddirmi?

– Tender – satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.

Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları haqqında qanunda qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

Həmçinin xüsusi hallar olaraq dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.

Deməli, satınalmaların müxtəlif metodları vardır. Ən çox istifadə edilən tenderlərdir. Həmçinin kotirovkalar da çox istifadə edilir. Bundan əlavə tenderlər və kotirovkalar kağız formada və ya elektron satınalma vasitəsilə keçirilir.

– Elektron satınalma hansı hallarda istifadə edilir?

– Elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma prosedurudur.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyini təmin etmək üçün satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.

İstənilən tenderin elektron formada həyata keçirilməsi məcburi sayılmır, elektron satınalmaların (tenderlərin) məcburiliyin xüsusi tələblərini yuxarıda qeyd etdik. Bundan əlavə yuxarıdakı məcburilik mikro, kiçik və orta sahibkarlar üçündür.

Digər hallarda keçirilən tenderlərin kağız və ya elektron formada keçirilməsi artıq tenderi həyata keçirən, elan edən qurumdan asılıdır.

Elektron satınalmalar https://etender.gov.az/ saytı ilə həyata keçirilir. Son dövrlərdə olan əməliyyatlar göstərir ki, demək olar ki, bütün tenderlər elektron qaydada yerinə yetirlir və deyərdim ki, şəffaflıq üçün bu daha düzgün addımdır.

– Tenderdə iştak edən malgöndərənlər (podratçılar) hansı sənədləri təqdim etməlidirlər?

– Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (elektron satınalmaya uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla);
  • tender təklifi;
  • malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

– malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (ehtiyac olduğu halda);
– malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

– Satınalmanı həyata keçirən qurumlar tərəfindən əlavə sənədlər tələb edilə bilərmi?

– Satınlamını həyata keçirən qurumun tender komissiyası tərəfindən satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün onlardan əlavə məlumatlar tələb edə bilərlər. Yəni satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

– satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
– satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
– öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
– müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
– satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
– satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan yuxarıda göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər.

Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.

Odur ki, əlavə məlumat və sənədləri tendərin ilkin və sonrakı mərhələrində satınalan təşkilat tələb edə bilər.

– Kotirovka ilə tenderin fərqi nədir?

– Kotirovkanın xüsusi tələbləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli № Q-12 “ Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” Qərarı ilə tənzimlənir.

Qərara əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 (əlli) min manat müəyyən edilib. Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5 (beş) min manat müəyyən edilib.

Odur ki, 5.000 manata kimi nə kotirovka və nə də tender keçirilmir. 5.000 manatdan yuxarı 50.000 manat kimi aparılan satınalmalar kotirovka metodu ilə reallaşdırılır. 50.000 manatdan yuxarı olan satınalmalar isə tender metodu və yuxarıdakı digər metodlar əsasında həyata keçirilir.

Mənbə: vergiler.az


Bax:


Sadələşdirilmiş sistem üzrə vergilərin hesablanması və ödənilməsi

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin gəlirindən sadələşdirilmiş formada tutulan vergi növüdür. Bu vergi sahibkarın fəaliyyət növündən asılı olaraq tətbiq olunur.

Sadələşdirilmiş sistemin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, fiziki və ya hüquqi şəxs öz fəaliyyətinə görə vergini Vergi Məcəlləsində müəyyən olunmuş formada ödədikdən sonra qalan hissəni istədiyi kimi xərcləyib sonda dividend kimi götürə bilər. Mənfəət vergisindən fərqli olaraq bu sistem üzrə gəlirlərdən xərcləri çıxmağa ehtiyac qalmır. Ona görə də bu vergiyə sadələşdirilmiş deyilir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan şəxslər

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan şəxslər aşağıdakılardır:

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər.
  • Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.
Əsasən yalnız sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər isə aşağıdakılardır:
  • Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan və Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları xidmətini göstərən (o cümlədən taksi xidmətini göstərən) şəxslər (beynəlxalq yük və sərnişin daşımaları xidmətini göstərənlər istisna olmaqla) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər.
  • İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.
  • Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər də sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Qeyd edək ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsində azı 3 (üç) il ərzində qeydiyyatda olarsa, həmin sahənin təqdim edilməsi zamanı sadələşdirilmiş və digər vergilər tətbiq olunmur. Onu da qeyd edək ki, sadələşdirilmiş vergi ödəyən fiziki və hüquqi şəxslər ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi deyildir.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olmayan şəxslər

Ekspert bildirir ki, aşağıdakı şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik deyillər:

– aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları (icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri), investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;

– qeyri-dövlət pensiya fondları;

– əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;

– müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;

– mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (ardıcıl 12 aylıq döviyyəsi 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, Azərbaycan Respublikasının avtonəqliyyat vasitələri ilə xidmət göstərən və idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla);

– publik hüquqi şəxslər;

– işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

– topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

– vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (fərdi qaydada məşğul olan şəxslər istisna olmaqla);

– qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

– xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

– bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanıla bilən vergi ödəyiciləri

– Pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda;

– Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

Beləliklə, Məcəlləyə əsasən artıq əhaliyə xidmət göstərən müəssisələr müəyyən hallarda fiziki (fərdi sahibkar) və hüquqi şəxslərə xidmət göstərdikdə də sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər. Həmçinin pərakəndə ticarət müəssisələri də bəzi satışlarını elektron qaimə-faktura əsasında etdikdə 2% sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər.

Sadələşdirilmiş vergidən azad olan şəxslər
  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  • qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
  • dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə daxilolmalar;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;
  • mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:

– fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

– fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi;

– Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar;

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Mənbə: vergiler.az


Bax:


1 768 769 770 771 772 773 774 2. 686