Müəssisənin əmlak vergisinin hesablanması

posted in: Xəbər | 0

Vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri vergitutma obyekti sayılır. Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinin əməkdaşı Hüseyn Hacıyev bildirib ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki il üzrə qalıq dəyərindən həmin il üçün hesablanan amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanıb 2-yə bölünməsi ilə müəyyən edilir.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəllənin 14.3.4-cü maddəsinə əsasən, yəni bazar qiyməti kimi müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Misal: Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan müəssisə aprel ayında 5000 manatlıq əmlak (avadanlıq), iyul ayında isə 3000 manatlıq əmlak (avadanlıq) əldə edir.

Bu halda 2-ci rüb üçün əmlak vergisi üzrə cari vergi ödənilmir.

3-cü rüb üçün avqust ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + 4000 (amortizasiya çıxılmaqla))x8/24×1%x20%=6 manat.

4-cü rüb üçün noyabr ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + ((5000 +3000) – (5000 +3000)x20%))x8/24×1%x20%=7.6 manat.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir. Bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Mənbə: vergiler.az


Bax:


“Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması və onun doldurulması Qaydası

posted in: Xəbər | 0

vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətinin 29.11.2021-ci il tarixli 2117040100915200 nömrəli əmri ilə “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması və onun doldurulması Qaydası təsdiq edilmişdir. Qaydaya əsasən, “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə” forması əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmaq məqsədilə vergi ödəyiciləri tərəfindən doldurulmalı və vergi orqanına təqdim edilməlidir. Ərizə vergi orqanına elektron və kağız formada təqdim oluna bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicilərinin vergi orqanının təşəbbüsü ilə uçota alınması zamanı bu ərizə forması tətbiq edilmir.

Ərizə forması 5 bölmədən ibarətdir.

1. “Ərizənin təyinatı” bölməsində ərizənin doldurulma səbəbi lazımi xanada işarə edilməklə göstərilir. Qeydiyyata dair ərizə Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçməli olmayan şəxs tərəfindən könüllü qaydada verilirsə, bu halda 1.1 sətrindəki xanada işarə edilir.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən qeydiyyata dair ərizə könüllü qaydada verilirsə, bu halda 1.2 sətrindəki xanada işarə edilir. Həmin şəxslər mütləq qaydada aşağıdakı şərtlərə cavab verməlidirlər:

– göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

– digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

– göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Qeydiyyatın aparılmasına səbəb Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun vergi tutulan əməliyyatların həcminin artması ilə əlaqədar olduqda 1.3 sətrindəki xanada, bir əqd və ya müqavilə üzrə ƏDV-ə cəlb olunan əməliyyatın ümumi dəyərinə əsasən qeydiyyat olduqda isə vergi ödəyicisi tərəfindən 1.4 sətrindəki xanada, Vergi Məcəlləsinin 154.6-cı maddəsinə uyğun aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatı olduqda 1.5-ci sətrdəki xana işarə edilir.

2. “Ərizənin təqdim edildiyi vergi orqanı” bölməsində müvafiq vergi orqanının adı 2.1 sətrindəki xanalarda göstərilir.

3. “Vergi ödəyicisi haqqında məlumat” bölməsində 3.1 sətrindəki xanalarda vergi ödəyicisinin qısaldılmış adı göstərilir. Əgər vergi ödəyicisi fiziki şəxsdirsə, bu halda onun soyadı tam, adı və atasının adının ilk hərfləri göstərilir. 3.2 sətrindəki xanalarda vergi ödəyicisinin 10 rəqəmli VÖEN-i göstərilir.

4. “Ərizənin məzmunu” bölməsində vergi ödəyicisi tərəfindən 4.1 sətrində müvafiq xanada qeydiyyatın qüvvəyə minmə tarixi (gün, ay, il) göstərilir. 1.1-ci sətirdəki xana seçildikdə ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3.-cü maddəsinə əsasən 3 il müddətindən (156.1-1-ci maddə istisna olmaqla) əvvələ göstərilə bilməz. 1.2-ci sətirdəki xana seçildikdə VM-nin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı yanvar ayının 1-dən qüvvəyə minir. 4.2, 4.3 və 4.4 sətirlərində ərizəni imzalayan səlahiyyətli şəxsin soyadı, adı və atasının adı və 4.5 sətrində ərizənin vergi orqanına təqdim edilmə tarixi qeyd edilir. Ərizə 4.6 sətrinə uyğun yerdə imzalanır. Möhür olduqda ərizə möhürlə də təsdiqlənməlidir.

5. “Vergi orqanının qeydləri” bölməsi vergi orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.

Ərizənin rekvizitlərinin boş saxlanılmasına yol verilmir.

Mənbə: vergiler.az


Azərbaycana fərdi zirehli geyimlərin və minaaxtaran itlərin idxalı 5 il müddətinə vergidən azad edilir

posted in: Xəbər | 0

Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.

Bu məsələ Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.

Beləliklə, Məcəlləyə və qanuna əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.

Mənbə: report.az


Azərbaycanda büdcə ssudasının verilməsi qaydası dəyişdirilir

posted in: Xəbər | 0

2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Azərbaycanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası) verilməsi qaydası dəyişdirilir.

Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, təklif edilən dəyişikliyin əsas məqsədi kimi büdcə ssudalarının həm sərbəst qalıq vəsaitləri hesabına verilməsi, həm də hüquqi şəxslərin dairəsinin dəqiqləşdirilməsi çıxış edə bilər. Əvvəlki təhlillərdə qanunvericilikdə nəzərdə tutulmadığı halda, sərbəst qalıq vəsaitlərindən büdcə ssudalarının hüquqi şəxslərə ayrılması hallarının olduğu göstərilib.

Bundan əlavə, beynəlxalq təcrübənin bu istiqamətdə təhlili göstərir ki, büdcə ssudalarının verilməsində əsas məqsəd qısamüddətli nağd vəsait çatışmazlığının aradan qaldırılmasıdır və bu alətdən əsasən büdcə sistemi daxilində, xüsusilə yerli büdcələrə münasibətdə istifadə edilir. Təklif edilən layihədə isə qeyd edilənlərlə yanaşı, büdcə ssudaları vasitəsilə publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan hüquqi şəxslərə maliyyə vəsaitinin ayrılması üçün şərtlər formalaşdırılır ki, bu da həmin fiskal risk mənbələrindən dövlət maliyyəsinə əlavə təsirlərə səbəb ola bilər.

Büdcə ssudalarının verilməsi və bununla bağlı digər məsələlərin qanunvericilikdə tam tənzimlənməməsi fonunda müvafiq maddəyə təklif edilən dəyişikliklər gələcəkdə risklərə səbəb ola bilər.

Bu baxımdan müvafiq maddəyə təklif edilən dəyişikliklərə yenidən baxılması və tənzimlənmənin büdcə sistemi daxilində nəzərdə tutulması, habelə hüquqi şəxslərə ssudaların verilməsi ilə bağlı müddəaların anlayışdan çıxarılması məqsədəuyğundur.

Mənbə: report.az


1 777 778 779 780 781 782 783 2. 691