İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?
İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar digər şirkətə ƏDV ilə yoxsa ƏDV-siz satılır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir.
İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.
Qeyd olunanlara əsasən, investisiya təşviqi sənədi alınmış və vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir.
Mənbə: vergiler.az
Bax:


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilən “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”sının 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir.
Sual: İcarəçi tərəfindən balansa götürülməyən icarə əsas vəsaitlərə çəkilən təmir xərcləri (İcarə müqaviləsində də nəzərdə tutulmuşdur) icarə haqqı ilə əvəzləşdirilərək icarəyə götürənin sərəncamında qalan xalis mənfəətin hesabına silindikdə, icarəyə götürəndə hər hansı bir vergi yaranırmı, yaxud icarəyə götürən həmin təmir xərcini gəlirdən çıxa bilərmi?