Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın

posted in: Xəbər | 0

Birbank Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müştərilərinin alış-veriş təcrübəsini daha da sərfəli edəcək kampaniyaya start verir. 29 dekabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində bütün növ Birbank taksit kartı sahiblərinə partnyor mağazalarda etdikləri ödənişləri heç bir komissiya olmadan daha uzun müddətə bölmək və əlavə xərclərdən azad olmaq imkanı yaradılır.

Kampaniyanın şərtlərinə əsasən, qeyd olunan tarixlərdə Birbank-ın geniş partnyor şəbəkəsində taksitlə alış-veriş zamanı seçilən müddətin üzərinə bank tərəfindən avtomatik olaraq 3 ay hədiyyə edilir. Məsələn, müştəri geyim mağazasında ödənişi 2 aya bölmək istədikdə bu müddət 5 aya, elektronika mağazasında 12 ayı seçdikdə isə 15 aya qədər uzadılır ki, bu da aylıq ödəniş yükünü əhəmiyyətli dərəcədə azaldır. Üstəlik bu zaman heç bir komissiya tətbiq edilmir.

Hər bir müştərinin məhdudiyyətsiz sayda yararlana biləcəyi bu kampaniya, bayram alış-verişini həm partnyorlar, həm də kart sahibləri üçün daha rahat və əlçatan etmək məqsədi daşıyır.

Ətraflı məlumat üçün link: https://www.b-b.az/tfoQxM

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ yekunlaşıb. Belə ki, Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.

“K Group” MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində baş tutan layihə uğurla sona çatıb. Beləliklə bu gündən etibarən Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən hər kəs gediş haqqını bütün banklara məxsus təməssız ödənişi dəstəkləyən (NFC) yerli bank kartları ilə ödəyə bilər. Bununla da paytaxtın ictimai nəqliyyat sistemində tam rəqəmsal ödəniş mühiti formalaşdırılıb.

Yenilik təkcə Kapital Bank/Birbank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

“B” MMC kənd təsərrüfatı məhsullarını kənd sakinlərindən alıb mağazalara topdan satır. 2024-cü ildə kənd sakinlərindən 10.000 manat dəyərində toyuq yumurtası alınıb. MMC həmin xərcləri tam şəkildə gəlirdən çıxa biləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən ,“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Göründüyü kimi, müvafiq istisnalar nəzərə alınmaqla malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması zamanı gəlirdən çıxılan xərclər müəyyən olunmuş hədlə məhdudlaşdırılır və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların, o cümlədən kənd təsərrüfatı məhsullarının vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər məhdudlaşdırılmadan gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinin müddəalarına əsasən, istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi kənd təsərrüfatı məhsullarının satışı sayılır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, toyuq yumurtası kənd təsərrüfatı məhsulu hesab edildiyindən, həmin məhsulun vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq tam şəkildə gəlirdən çıxılır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 108-ci və 109-cu maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

Barter müqavilələrində vergi riskləri: tipik səhvlər

Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib

posted in: Xəbər | 0

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiqləyib.

Qanuna əsasən, gələn il Azərbaycanda ehtiyac meyarının bu illə müqayisədə 15 manat və yaxud 5,3 % çox – 300 manat olması nəzərdə tutulur.

Mənbə: report.az

Vergi Məcəlləsində dəyişikliklər təsdiqlənib

1 78 79 80 81 82 83 84 2. 693