Read More9
Read More9

243 saylı “Verilmiş qısamüddətli avanslar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Sair qısa müddətli aktivlərin tərkibi

Sair qısamüddətli aktivlər üzrə uçot Hesablar Planının 24-cü maddəsinə aid edilmiş uyğun olaraq uçota alınır. Aktiv 243 №-li “Verilmiş qısamüddətli avanslar” hesabı bu maddəyə hesablardan biridir. Ümumiyyətlər, verilmiş avanslar mühasibat uçotu subyektlərində uzunmüddətli və qısamüddətli kimi xarakterizə olunur. Hesablar planının 192 saylı “Verilmiş uzunmüddətli avanslar” hesabında uzunmuddətli kimi tanınan avansların uçotu aparılır. Tanınma zamanı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS7 (IAS 7)  əsas götürülür.

Sair qısamüddətli aktivlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. 

Qaydaların 26.1-ci maddəsinə görə 24-cü maddəyə aşağıdakı hesablar daxildir (maddə 24.1) aşağıdakı hesabları əhatə edir:243 saylı verilmiş qısamüddətli avanslar hesabı sair qısamüddətli aktivlər maddəsinə daxil olan hesablardan biridir

243 saylı “Verilmiş qısamüddətli avanslar” hesabı üzrə uçotun tənzimlənməsi

243 №-li “Verilmiş qısamüddətli avanslar” hesabında 12 aydan artıq olmayan müddət ərzində mühasibat uçotu subyektinin fəaliyyətilə əlaqədar alınacaq qeyri-maddi aktivlər, əsas fondlar, ehtiyatlar, işlərə (xidmət) görə əvvəlcədən ödənilmiş vəsaitlərin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Verilmiş qısamüddətli avanslar yarandıqda qeyd edilən qaydaların 26.9.-cu bəndi tətbiq edilir.

Mühasibat uçotu subyekti tərəfindən avansın verilməsi səhmlərin buraxılması hesabına həyata keçirildikdə mühasibat yazılışıları həmin qaydaların 26.10-cu bəndilə nizamlanır.

Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, iş, xidmətlər qısamüddətli avans hesabna əldə edildikdə 26.11 bəndi tətbiq olunur.

Verilmiş uzunmüddətli avanslar qısamüddətli kimi təsnifləşdirildikdə müxabirləşmələr 26.13 bəndilə tənzimlənir.

Aşağıda verilmiş qısamüddətli avanslar ilə bağlı müxabirləşmə nümunələri verilib.

Bankdan, kassadan avans ödənildikdə

“A” MMC mal almaq üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. 35000 manat dəyərində mallar ödənişdən 1 ay sonra təhvil alınmışdr.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 17500.00
2 Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 3150.00

Mallar alındığı zaman verilmiş qısamüddətli avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 35000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6300.00
3 Verilmiş avans nəzərə alındıqda (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 17500.00
4 Verilmiş avans nəzərə alındıqda (ƏDV məbləği) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 3150.00
5 Qalan borc ödənildikdə (əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 17500.00
6 Qalan borc ödənildikdə (ƏDV məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 3150.00
7 Əvəzləşdirmə edildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 6300.00

Qeyri-maddi aktiv verilmiş avanslar əsasında əldə edildikdə

Müəssisə proqram təminatı əldə etmək üçün qarşı şirkətə 6000 manat ödəniş etmişdir. Ödəniş edildikdən 15 gün sonra proqram təminatının quraşdırılması həyata keçirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 6000.00

Proqram təminatı təhvil alındıqdan sonra verilmiş qısamüddətlki avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 6000.00
2 Verilmiş avans nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 6000.00

Qeyd: Torpaq, tikili, avadanlıqların alınması zamanı verilmiş qısamüddətli avansların nəzərə alınması prosesi də eyni qaydadadır.

İcarə üzrə avans ödənildikdə

“A” MMC satış fəaliyyətini davam etdirmək məqsədilə “B” MMC-dən aylıq icarə haqqı 800 AZN razılaşdırılmaqla obyekt icarəyə götürmüşdür. Obyektin sahibi icarə haqqının 50%-ni öncədən tələb etmişdir. Digər yarısı isə ayın sonunda ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği kassaya ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 221 – Kassa 400.00

Ay sonu icarəyə görə kreditor borcu yarandıqda verilmiş qısamüddətli avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə üzrə kreditor borcu yarandıqda 721 – İnzibati xərclər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 800.00
2 Verilmiş avans nəzərə alındıqda 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 400.00
3 Qalan borc ödənildikdə (əsas məbləğ) 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 221 – Kassa 400.00

Məzənnə fərqi yarandıqda verilmiş avans

“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur. Mallar təhvil alınanadək məbləğin 60%-i ödənilməlidir.

Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 26520.00
2 Valyuta hesabına 15600 dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 26520.00
3 Mallar üçün avans ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223-2 – Bank hesablaşma hesabları 26520.00

Mallar təhvil alındıqdan sonra verilmiş avans nəzərə alınır:

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə avansın verilmə anına olan məbləğlə malların alınma anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  15600 × 1.70 = 26520

1 $ = 1.67 ₼  →  15600 × 1.67 = 26052

Mənfi məzənnə fərqi  →  26520 – 26052 = 468

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 43420.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 7851.60
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 7851.60

Verilmiş avans kreditor borclarla əvəzləşdirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 26052.00
2 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 243 – Verilmiş qısamüddətli avanslar 468.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə avansın verilmə anına olan məbləğlə malların alınma anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  15600 × 1.70 = 26520

1 $ = 1.72 ₼  →  15600 × 1.72 = 26832

Müsbət məzənnə fərqi    26832 – 26520 = 312

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44720.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 8085.60
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 8085.60

Verilmiş qısamüddətli avans nəzərə alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 243 – Verilmiş qısamüddətli avanslar 26520.00
2 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 611 – Sair əməliyyat gəlirləri 312.00

Qeyd: Ödənişin qalan hissəsinin uçotu da eyni qaydada aparılır.

Verilmiş avans qaytarıldıqda

Müəssisə malların alınması üçün yeni bir şirkətlə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “A” müəssisəsi malları təhvil almadan öncə ödənişin 50%-ni həyata keçirməlidir. Müqavilədə razılaşdırılmış qiymət 48000 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Avans məbləği bank hesablaşma hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 24000.00
2 Avans məbləği ƏDV Depozit hesabından ödənildikdə 243 – Verilmiş qısamüddətli avanslar 226 – ƏDV-nin Depozit hesabı 4320.00

Lakin qarşı tərəf malların təqdim edilməsi müddətini uzatdığı üçün verilmiş qısamüddətli avansın geri qaytarılması tələb edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans geri qaytarıldıqda (Əsas məbləğ) 223 – Bank hesablaşma hesabları 243 – Verilmiş qısamüddətli avanslar 24000.00
2 Verilmiş avans geri qaytarıldıqda (ƏDV məbləğ) 226 – ƏDV-nin Depozit hesabı 243 – Verilmiş qısamüddətli avanslar 4320.00

Bank hesablaşma hesabı üzrə əməliyyatlar, hesabın açılması

Azərbaycanda bəzi müəssisələr bazar günü işləyə bilər

posted in: Xəbər | 0

Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik: “Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər. Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm”. İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”.

Mənbə: banker.az

Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?

Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?

posted in: Xəbər | 0

Müəssisə toyuq ətinin idxalı və heç bir emal əməliyyatlarına məruz qalmadan satışı ilə məşğuldur. 2024-cü il ərzində müəssisə tərəfindən 150.000 manat dəyərində toyuq əti idxal olunub və gömrükdə 27.000 manat ƏDV ödənilib. Toyuq ətinin satışı ƏDV-dən azad olunsa da müəssisə idxal etdiyi ət məhsullarını 18 faiz ƏDV tətbiq etməklə satıb. Bu zaman müəssisənin idxal zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ yaranırmı? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, heyvan və quş ətinin, o cümlədən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətinin satışı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatdır və həmin məhsulların idxalı zamanı ödənilən ƏDV məbləği əvəzləşdirilmir, əvəzləşdirilməyən ƏDV məbləğləri məhsulun dəyərinə aid edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı halda, bu əməliyyatlar ƏDV tutulan əməliyyat sayılır.

Sorğuda göstərilən halda, satışı ƏDV-dən azad olunan quş ətinin ƏDV tətbiq edilməklə satılması Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat sayılır və tam satış dəyərindən 18 faiz ƏDV hesablanır. Bu zaman ƏDV tətbiq edilməklə satılan quş ətinin idxalına görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 164-cü və 175-ci maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az

Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı: 2026-cı il üçün təlimat

Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı: 2026-cı il üçün təlimat

posted in: Xəbər | 0

Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı Dövlət Vergi Xidməti vasitəsi ilə aparılar. Burada onlar həm rəsmi dövlət qeydiyyatına, həm də vergi uçotuna alınır. MMC yaratmaq üçün qeydiyyat ərizəsi müxtəlif yollarla təqdim edilə bilər:

  • şəxsən;
  • poçtla,
  • qanunu təmçilçi vasitəsi ilə;
  • DVX-nin elektron qeydiyyat sistemlərində;
  • biznesin qeydiyyatı xidmətləri göstərən “Asan xidmət” mərkəzlərində.

MMC açmaq üçün qeydiyyat ərizəsini  təqdim etməzdən əvvəl müəyyən prosedurlardan keçmək və müvafiq sənədləri toplamaq lazımdır.

Necə edək ki, vergi idarəsi  sənədləri ilk dəfədən qəbul etsin? Bu məqalədə 2026-cı ildə Azərbaycanda MMC qeydiyyatı üçün atılmalı olan addımlar şərh olunur.

Addım 1. Təsisçilərin tərkibinin müəyyən olunması

Təsisçilər – MMC yaratmaq istəyən, yeni kommersiya qurumunun əsasını qoyan şəxslərdir. Məhdud məsuliyyətli cəmiyyətin təsisçiləri  həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Bu o deməkdir ki, Azərbaycanda MMC açmaq üçün AR vətəndaşları,  əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, Azərbaycan Respublikasında və  xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxslər də müraciət edə  bilər.

Təsisçilər biznesi heç də həmişə birgə idarə etmirlər, amma nizamnamə kapitalını birgə formalaşdırır, mənfəət əldə edirlər. Onlar MMC-nin öhdəlikləri üçün qanun, kreditorlar və digər  tərəflər qarşısında nizamnamə kapitalındakı paya uyğun məsuliyyət daşıyırlar.

MMC-ni qeydiyyatdan keçirən təsisçilər qanuna görə iştirakçılar adlanır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının hüquq və vəzifələri haqqında daha çox məlumatı AR Mülki Məcəlləsində tapmaq olar.

Addım 2. MMC yaratmaq üçün təsis sənədlərinin hazırlanması

MMC yaratmaq üçün müəyyən prosedurlar icra olunmalıdır:

  • təsis yığıncağı keçirilir;
  • təsisisçilər arasında müqavilə bağlanır (nizamnamənin hazırlanması, əmlakın verilməsi və sair haqqında)
  • cəmiyyətin yaradılması haqqında qərar qəbul edilir.

Təsisçilər ümumi yığıncaqda şirkətin fəaliyyəti ilə bağlı əsas qərarlar qəbul edirlər. Bir təsisçi ilə də MMC yaratmaq olar. Bu zaman qərarları tək təsisçi qəbul edir.

Addım 3. MMC üçün adın hüquqi ünvanın seçilməsi

Yeni yaradılan MMC üçün ad təsisçilər tərəfindən, adətən, ilk iclasda seçilir. Cəmiyyətin firma adında cəmiyyətin adı, habelə “məhdud məsuliyyətli cəmiyyət” sözləri göstərilməlidir. Ad unikal olmalı, seçim zamanı qanunun tələblərinə əməl edilməlidir. Əks halda  vergi idarəsi qeydiyyatdan imtina edəcək. Adın unikallığı Dövlət Vergi Xidmətinin hüquqi adlar reyestrində yoxlanılır.

Təsisçilər həm də müəssisə üçün hüquqi ünvanı da müəyyən etməlidirlər.

Təsis yığıncağına hazırlıq, təsis sənədlərinin, nizamnamənin hazırlanması, nizamnamə kapitalının formalaşdırılması, idarəetmə orqanlarının təşkili – bütün bunlar müəyyən dəqiqlik tələb edir. MMC qeydiyyatı üzrə prosedurlara düzgün hazırlaşmaqla vaxta qənaət etmək olar. Bu məqsədlə Bakıda konsaltinq şirkətlərinə müraciət edə bilərsiniz.

Addım 4. Sənədlərin təqdim edilmə formasının seçilməsi

Azərbaycanda MMC yaratmaq və qeydiyyatdan keçirmək üçün müvafiq sənədləri, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif yollarla təqdim etmək olar. Sahibkarlar daha çox elektron qeydiyyata üstünlük verirlər, çünki:

  • proses daha şəffafdır;
  • hansısa quruma getməyə ehtiyac yoxdur;
  • dövlət rüsumu tələb olunmur;
  • prosesi qısa müddətə tamamlamaq mümkündür.

Addım 5. MMC qeydiyyatı üçün sənədlərin elektron təqdim edilməsi

MMC açmaq istəyən təsisçilər öz istəyi ilə dövlət qeydiyyatı üçün sənədləri elektron qaydada təqdim edə bilər. Elektron dövlət qeydiyyatı DVX-nin elektron informasiya sistemində adi və ya sürətli qaydada həyata keçirilir. MMC yaratmaq üçün dövlət qeydiyyatı orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə – elektron formada;
  • Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə.

Sənədləri DVX-nin sistemində elektron formada təqdim edib imzalanması üçün “Asan imza”-nın yaxud e-imzanın olması zəruridir.

Qeydiyyat yerli və xarici investisiyalı MMC-lər üçün demək olar ki, eynidir. Ərizəyə əlavə edilən sənədlər təsisçilərin yerli yaxud xarici investor olmasına, təsisçilərin sayına, hüquqi statusuna (fiziki yaxud hüquqi şəxs), həmin sənədlərin leqallaşdırılması və notariat təsdiqin tələb edilməsinə görə fərqlənə  bilər.

MMC qeydiyyatını daha tez, daha keyfiyyətli və daha az xərclərlə tamamlamaq üçün Accounting.Az-ın şirkət qeydiyyati xidmətlərinə müraciət edə bilərsiniz. Burada sizi peşəkar mütəxəssislər gözləyir.

 

Addım 6. Qeydiyyatın tamamlanması və əlavə qeydiyyatlar

Dövlət qeydiyyatını tamamlayan vergi orqanı (bu həm də onun vergi uçotuna alınmasıdır) MMC-yə onlayn rejimdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verir.

MMC açmaq istəyən şəxslər nəzərə almalıdılar ki,proses zamanı bəzi əlavə qeydiyyatlar da tələb oluna  bilər, məsələn:

  • əmək müqavilələrinin (əgər işçilər varsa) elektron qeydiyyatı;
  • zəruri hallarda ƏDV qeydiyyatı;
  • lisenziya tələb edilən fəaliyyət sahələri üçün icazə və lisenziyanın alınması.

MMC qeydiyyatından sonra görüləcək işlər

MMC yaratmaq istəyən şəxslər şirkətin qeydiyyat sənədlərini aladıqdan sonra müəyyən addımlar atmalıdırlar:

  • mühasibat uçotunun qurulması və aparılması: mövcud qanunvericilyə görə bu məcburidir.
  • bank hesabının açılması: hər bir müəssisənin bank hesabına ehtiyacı var. Bank seçimindən asılı olaraq hesabı onlayn yaxud oflayn rejimdə açmaq mümkündü, məsələn, Kapital Bankın tam rəqəmsal onlayn hesab açma xidmətindən istifadə etmək olar.
  • nizamnamə kapitalının ödənilməsi – MMC-nin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətdə ödənilməsi (3 aydan çox olmayan müddətdə) nəzərdə tutula bilər. Həmin müddət ərzində təsisçilər pul vəsaitlərini qeydiyyatdan sonra nəzərdə tutulan müddətdən gec olmayaraq bank hesabına köçürməlidirlər. Pul olmayan nizamnamə kapitalı üçün qəbul aktları hazırlanmalıdır.
  • kassa aparatının qeydiyyatdan keçirilməsi – yaradılan MMC nağd pulla işləməyi planlaşdırırsa, kassa aparatı lazım olacaq.
  • MMC qeydiyyatı zamanı əcnəbilərin və vətəndaşlığı olmayan  işçilər üçün iş icazələrinin alınması haqqında da düşünmək lazımdır, əks halda cərimələrlə rastlaşa bilərsiniz.

Çətinliklərinizi daha asan həll etmək üçün konsultasiya xidməti sifariş edin

1 80 81 82 83 84 85 86 2. 693
error: Content is protected !!