Dünya iqtisadiyyatı anlayışı və inkişaf mərhələləri (IV hissə)
Dünya iqtisadiyyatı çox mürəkkəb sistemdir. Milli iqtisadiyyatların bütün məcmusu malların, xidmətlərin və istehsal amillərinin hərəkəti ilə bağlıdır. Bu əsasda ölkələr arasında beynəlxalq iqtisadi münasibətlər, yəni rezident və qeyri-rezidentlər arasında təsərrüfat münasibətləri yaranır → III hissəyə nəzər yetirin
Dünya iqtisadiyyatının inkişaf göstəriciləri
Dünya təsərrüfatının iqtisadi vəziyyətinin təhlilini aparmaq üçün müasir dünya iqtisadiyyatının vəziyyətini və dinamikasını xarakterizə edən göstəricilər sistemindən istifadə olunur. Onlardan ən mühümü aşağıdakılardır:
1) Ölkənin bütövlükdə və adambaşına düşən milli sərvəti. Milli sərvət – ölkənin maliyyə öhdəliklərinin dəyəri ilə azaldılmış, toplanılmış resursların məcmusudur.
Dünya təcrübəsində istehsal aktivləri, qeyri-istehsal aktivləri (torpaq, ev və istifadə olunan təbii ehtiyatlar), əsas, qeyri-maddi aktivlər (intellektual mülkiyyət) və maliyyə aktivləri (pul, qızıl, qiymətli kağızlar və s.) kimi elementlər milli sərvətlərə daxil edilir.
2) Ümumi Daxili Məhsul (ÜDM) – bir il ərzində bu, ölkə ərazisində istehsal olunan son malların və xidmətlərin bazar dəyəri – dünya iqtisadiyyatının ən çox tətbiq olunan göstəricilərindən biridir. Adambaşına düşən ÜDM dünya iqtisadiyyatının ən mühüm göstəricisidir, adətən ABŞ dolları ilə hesablanır. ÜDM-nin artım tempi, həmçinin, ölkənin iqtisadi artımının ən mühüm göstəricisi kimi, daha çox, il ərzində orta hesabla qiymətləndirilir. 3-4% göstərici – ölkənin iqtisadi artımının normal tempidir. İllik 6-10% səviyyəsində göstərici ilə isə ÜDM-nin artım tempi yüksəkdir;
3) Ölkənin beynəlxalq iqtisadi münasibətlərdə iştirak göstəriciləri. Onlar müxtəlifdir. Onların arasında xarici ticarət kvotası kimi daha çox tətbiq olunan göstərici – ixrac və idxal məbləğinin ÜDM-ə faiz nisbəti göstərilir. Digər göstərici – adambaşına düşən xarici ticarət dövriyyəsidir ki, bu da sözügedən ölkənin vətəndaşına düşən ixracın orta dəyər həcmidir.
Müasir dünya iqtisadiyyatı
XXI əsrin əvvəllərində dünya təsərrüfatı yeni keyfiyyət əldə edir, qloballaşma ən mühüm forma və eyni zamanda təsərrüfat həyatının beynəlmiləlləşdirilməsinin yeni mərhələsi olur. BVF ekspertlərinin qənaətinə görə, bu fenomen mal, xidmət və dünya kapital axınlarının beynəlxalq sövdələşmələrinin həcmi və müxtəlifliyi, həmçinin texnologiyaların getdikcə daha sürətli və geniş yayılması nəticəsində bütün dünya ölkələrinin artan qarşılıqlı iqtisadi asılılığını təşkil edir. Beləliklə, qloballaşma, özlüyündə informasiya, kapital, mal, xidmətlərin hərəkəti üçün dövlət maneələrinin aradan qaldırılmasını və iqtisadi tənzimləmə üçün fövqəlmilli qurumların rolunun artmasını şərtləndirən dünya iqtisadi, maliyyə, informasiya və humanitar məkanına doğru bir hərəkət prosesidir → V hissəyə nəzər yetirin

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu sahədə xidmət göstərənlər gəlir vergisi ödəyiciləridir.
Azərbaycan Respublikası qanunvericiliyində minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.
Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: