Ödənişsiz “ƏDV bəyannaməsinin hazırlanması” təlimi
Kursun adı: “ƏDV bəyannaməsinin hazırlanması” təlimi
Müddət: 2 saat
Kursun növü: Onlayn
Kursu əhatə edəcək mövzular:
- Əlavə dəyər vergisi nədir?
- Bəyannamə tərtibatı proqramı (BTP) haqqında ümumi məlumat (BTP proqramına giriş, proqramın yüklənməsi və yenilənməsi qaydaları);
- ƏDV depozit hesabı;
- ƏDV bəyannaməsinin tərtib edilməsi;
- “Əlavələrin” hazırlanması;
- Debitor borclar barədə məlumat;
- Əvəzləşdirilən hissənin izahı;
- ƏDV bəyannaməsinin rahat hazırlanması üçün bəzi tövsiyələr.
Təlimçilər barədə:
Kəmalə Rzayeva
İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.
Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.
Salman Əbdülrzazadə
İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməktədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.
Kurs üçün qeydiyyat linki: https://form.cubics.pro/form/RGotLzgQyw2EZ6S97


Bir çox hallarda vergi ödəyiciləri güzəştli vergi tutulan ölkələrdə, zonalarda (Ofşor zonalar) qeydiyyatda olan və ya bankı yerləşən şəxslərə müxtəlif ödəmələr edirlər ki, həmin ödəmələrdən 10 faiz ödəmə mənbəyində vergi tutulmaları həyata keçirilir. Eyni hal kimi dividend ödəmələrindən də vergi tutulmalıdırmı? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:
Dövlət Vergi Xidmətindən bildirilir ki, mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə fəaliyyət növünün kodu sətrində MDSS üzrə 0300, İTS üzrə 2202, Vergi üzrə 6910011 kodu seçilməlidir. Növbəti bölmədə “Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlər” sətrində gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan məbləğ yazılır və sistem avtomatik olaraq həmin məbləğə 10% sığorta haqqı hesablayır. “İTS haqqına cəlb edilən gəlirlər” sətrində fəaliyyət göstərilən aylar üçün “250” yazılır və sistem avtomatik olaraq həmin məbləğə 4% icbari tibbi sığorta haqqı hesablayır, fəaliyyət göstərilməyən aylar üçün isə “0” yazılmalıdır.
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 820 milyon manatını və yaxud 32,9%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək.