Read More9
Read More9

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VIII hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VIII hissə)

VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Fordun ən təsirli ixtirası, indi yarımixtisaslı işçilər dediyimiz şeydir. Məsələn, metal oyuqlarının açılması ilə məşğul olan ixtisaslı işçilər fermerlərin yanındakı işçilərdən daha yüksək ixtisasa malik olmalı idilər. Fordun həlli universal maşınları işi yerinə yetirmək üçün “intellektual” qatqı tələb etməyən əvvəlcədən təyin olunmuş parametrlərlə xüsusi maşınlarla əvəz etmək idi.

Verilən parametrlərə malik alətlər və avadanlıqlar ixtisaslı işçi qüvvəsinə olan tələbatı azaltmış və avtomobil zavodlarına ucuz kənd təsərrüfatı fəhlələrinin işə götürülməsinə imkan vermişdi. Bu, elə yarımixtisaslı işçilər adlandırdığımız həmin şeydir.

Eyni şey ofis işçilərinə də tətbiq oluna bilər. Menecment rəhbərliyi menecerlərdən onların hərəkətlərini izləməyi, işə qəbul və intizamın təmini ilə məşğul olmağı, xərcləri hesablamağı və digər əlaqəli məsuliyyətləri üzərlərinə götürməyi tələb edir. Ofis işçilərinə böyük tələbat var idi və vakansiyaların bir çoxu qadınlar tərəfindən tutulmuşdu. Orta məktəb və kolleclər onlara uyğun təhsil imkanlarını təmin etmək üçün genişləndirilirdi.

Təkrar hesablamalar aparan və digər oxşar şeylər edən qadınların sayında da artım gördük. Nəticədə məlumatların emalı və Henri Holleritin ən mühüm ixtirası –  cədvəllər və perfokartın yaradılması üçün elektromexaniki hesablayıcı maşın meydana gəldi. Hollerith 1880-ci illərdə Birləşmiş Ştatlar əhalisinin siyahıya alınması Bürosunda işləyirdi. Büro siyahıyaalmanı aparırdı və kitablarda dərc olunan bir çox məlumat cədvəlləri yaradırdı və bütün bu işlər əl ilə həyata keçirilirdi. Hollerith məlumatların ötürülməsində istifadə olunan və sensorlu qurğu icad etmişdi ki, onun vasitəsilə həmin kartlar buraxılırdı və o kartlar məlumatları avtomatik olaraq hesablayırdı, bu da öz növbəsində ofis işini mexanikləşdirməyə imkan yaradırdı.

Hollerith şirkəti IBM-in sələfi oldu və perfokart məlumatların emalının əsasını təşkil etdi. Onlardan yalnız əhalinin siyahıya alınması Bürosu deyil, həm də dəmiryolu və sığorta şirkətləri də istifadə etməyə başladılar. Əmək bahalı olduğuna görə onlar yeni sistem üçün pul ödəməyə başladılar. Hindistanda əhalinin siyahıya alınması çox vaxt aparmasına baxmayaraq, onu aparan şəxslər hesablama maşınlarından istifadədən imtina etmişdilər və bu proses əllə həyata keçirilirdi, çünki ölkədə işçi qüvvəsi çox ucuz idi. Orada 1940-cı illərədək hesablama maşınlarından istifadə etməmişdilər. Amma maraqlıdır ki, Rusiya 1897-ci ildə həyata keçirilən əhalinin siyahya alınması prosesində Holleritin maşınından istifadə etmişdi.


IX hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyətin hesablanması zamanı nəzərə alınan və alınmayan dövrlər

posted in: Xəbər | 0

sağlamlığı pozulmuş işçi, sadələşdirilmiş vergi ödəyicisi,Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

BSC şirkətinin hüquqşünası Xəyalə Əfəndiyeva bildirib ki, məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Həmin maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı diqqət edilməli olan mühüm məqamlardan biri məzuniyyətdən əvvəlki hansı təqvim aylarının əsas götürülməsidir. Bu zaman iki hal ayrı-ayrılıqda nəzərdən keçirməlidir:

  • Müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından çox işləyən işçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması;
  • Müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından az işləyən işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması.
Belə ki, müəssisədə əmək müqaviləsi əsasında 12 təqvim ayından çox işləyən işçi işə qəbul olunduğu tarixdən başlayaraq hər hansı səbəbdən 12 təqvim ayını bütövlükdə işləmədiyi hallarda orta əməkhaqqının hesablanması zamanı həmin işçinin işləmədiyi dövrlər çıxılmamaq şərtilə 12 ay əsas götürülməlidir.

Misal 1: “X” MMC-nin işçisi Məmmədov Əli Məmməd oğlu 2018-ci ilin sentyabr ayının 5-də işə qəbul olunub, 2019-cu ilin noyabr ayının 5-də işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işçi 2019-cu ilin yanvar ayının 5-dən mart ayının beşinədək, 2 ay müddətinə ödənişsiz məzuniyyətə çıxmışdır. Bu halda işçi işlədiyi müddətdə 2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrdə əmək fəaliyyətinin olmamasına baxmayaraq 12 ay əsas götürülür və əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləği 12 aya və 30,4-ə bölünməklə bir günlük orta əmək haqqının məbləği müəyyən edilir.

İkinci hala gəldikdə isə Əmək Məcəlləsində təsbit olunmuş, “12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır” maddəsində “faktik işlədiyi tam təqvim ayı” ifadəsinin özündə nəyi ehtiva etməsi məsələsinə diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, işçinin “faktik işlədiyi tam təqvim ayı” dedikdə, onun işə qəbul olunmasından başlayaraq əmək məzuniyyətinə çıxmasınadək bütün dövrlər hesablanmalıdır. Lakin bu zaman işə qəbul və (və ya) məzuniyyətə çıxma təqvim ayının əvvəlində baş verməyibsə, həmin ay (lar) nəzərə alınmır.

Misal 2: “Y” MMC-nin işçisi Əliyev Məmməd Əli oğlu 13 yanvar 2020-ci il tarixdə işə qəbul olunub, işəgötürənə müraciət edərək 20 noyabr 2020-ci il tarixdən 1 aylıq ödənişli məzuniyyətə çıxır. Bu zaman işə qəbul yanvar ayının 13-də, məzuniyyətə çıxma isə noyabr ayının 20-də baş verdiyi üçün həmin aylar “faktiki işlənmiş tam təqvim ayı” hesab olunmur və nəzərə alınmır. Yəni işçinin işlədiyi tam təqvim aylarının sayı 9-dur.

Misal 3: “Z” MMC-nin işçisi Məmmədova Nəzrin Məmməd qızı 01 yanvar 2021-ci ildə işə qəbul olunmuş, 2021-ci ilin noyabr ayının 16-da işçinin təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin 2021-ci ilin may ayında həmin şəxs 3 günlük ödənişsiz məzuniyyətə çıxmışdır. May ayında şəxsin məzuniyyətə çıxmasına və həmin ayda əmək fəaliyyətinin olmamasına baxmayaraq orta əmək haqqının hesablanması zamanı həmin ay nəzərə alınır. Yəni işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən onun məzuniyyətdən əvvəlki 10 təqvim ayının əməkhaqqının (çünki əvvəlki misalda qeyd olunduğu kimi noyabr ayı nəzərə alınmır) cəmlənmiş məbləği 10 aya və 30,4-ə bölünərək bir günlük orta əməkhaqqının məbləği müəyyən edilir.

Qanunvericiliyin tələblərinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV öhdəliyi və onun əvəzləşdirilməsi qaydası

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Bəs ƏDV kimdən və necə alınır? Onun uçotu necə aparılır? Bu və digər suallara iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirib:

ƏDV müəssisənin maliyyə hesabatlarında ya öhdəlik (kreditor), ya da alacaq (debitor) kimi əks etdirilə bilər. ƏDV ödəyicisi üçün mal və xidmətlərin alışı və idxalı zamanı ödənilən ƏDV məbləği müəssisənin alacağı (ƏDV aktivi) kimi uçota alınır. ƏDV aktivinə həmçinin, əvəzləşdirilən ƏDV də deyilir. Mal və xidmətlərin satışı zamanı istehlakçıdan alınan ƏDV məbləği isə müəssisənin kreditoru (ƏDV öhdəliyi) kimi uçota alınır.

ƏDV ödəyicisi üçün ƏDV müəssisənin birbaşa xərclərinə aid edilə bilməz. Lakin bəzi hallarda əgər ƏDV ödəyicisi ödəniş zamanı vergi qanunvericiliyinin tələblərini yerinə yetirməsə (məsələn, ƏDV-ni nağd şəkildə ödəsə), əvəzləşdirmə hüququnu itirsə də ödənilmiş məbləği alışın üzərinə gələ bilər.
ƏDV ödəyicisi olmayan fiziki və hüquqi şəxslər isə alışlar və idxal zamanı ödədikləri ƏDV-ni məhsulun və ya xidmətin maya dəyərinə daxil etməyə məcburdurlar.

Mal və xidmətlərin satışı zamanı həmişə ƏDV öhdəliyi yaranır. Yəni, istər nağd qaydada kassa aparatı vasitəsilə satış olsun, istərsə də nağdsız qaydada bank vasitəsilə satış, ƏDV öhdəliyi yenə də yaranır. Mal və xidmətlərin alışı zamanı isə ƏDV aktivi yarana bilər. Lakin bu zaman alışlar mütləq şəkildə nağdsız qaydada olmalı və ƏDV hissəsi də nağdsız qaydada depozit hesabına köçürülməlidir. Malların və xidmətlərin idxalı zamanı ödənilən ƏDV isə istənilən qaydada ödənilsə, yenə də ƏDV aktivi yaranır. Yəni idxal zamanı xidmətin ƏDV hissəsi həm bankla köçürmə yolu, həm də nağd qaydada qəbzlə ödənilərsə, yenə də əvəzləşdirilən ƏDV yaranır.

İşarələnmiş hərflərə (S, A və İ hərflərinə) görə ƏDV-ni aşağıdakı düstur şəklində də ifadə etmək olar:

ƏDV = S – (A+İ)

Burada, S- satışlar zamanı alınan ƏDV, yəni, satışlardan daxil olan ƏDV hissəsidir;

A – mal və xidmətlərin alışı ilə bağlı nağdsız qaydada ödənilən ƏDV-dir;
İ – malların idxalı zamanı gömrüyə ödənilmiş ƏDV və qeyri-rezidentlərdən (xaricdən) xidmətlərin alışı (idxalı) zamanı dövlət büdcəsinə ödənilən ƏDV-dir.

Misal 1: “ABC”müəssisəsi xidmət göstərən hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə mal vəxidmətlərin alışı zamanı satıcılara 1500 dollar və onlara görə 270 dollar ƏDV ödəyib.Dövr üzrə müəssisə başqa şirkətlərə 5000 dollarlıq xidmət göstərməklə onlardan 900 dollar ƏDV qəbul edib. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablamaq tələb olunur.

900-270 = 630 dollar.

Deməli, bu zaman müəssisənin 630 dollar məbləğində ƏDV öhdəliyi yaranır.

Misal 2: “NBH” müəssisəsi istehsalatla məşğul olan hüquqi şəxsdir. Ölkə qanunvericiliyinə görə ƏDV dərəcəsi 18 faizdir. Müəssisə istehsalatla bağlı alışlarına görə satıcılara 15000 manat və onlara görə 2700 manat ƏDV ödəyıb. Müəssisə istehsalata yeni başladığı üçün dövr ərzində cəmi 2000 manatlıq satış edə bilib. Buna görə də alınan ƏDV cəmi 360 manat təşkil edir. Müəssisənin ƏDV aktivi və öhdəliyini hesablayaq:

Satışlar – 2000 manat
ƏDV öhdəliyi – 360 manat
Alışlar – 15 000 manat
Əvəzləşdirilən ƏDV – 2 700 manat
2700-360 = 2340 manat.

Büdcədən qaytarılmalı olan ƏDV məbləği 2340 manatdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?

posted in: Vergi, Xəbər | 0

VÖEN-i olmayan şəxsdən mal aldıqda rəsmiləşdirmə

rəsmiləşdirmə, VÖEN,Sual: Müəssisəmiz sexdən stol masası alıb, ödəniş etmək istəyir. Lakin qarşı tərəfin bank hesabı və VÖEN-i yoxdursa, ona nağd ödəniş edib xərcə salmaq olarmı? Olarsa əlavə hansı vergilər ödənilməlidir? (Məsələn satıcıya çatmalı olan məbləğ 100 AZN-dirsə, nə qədər vergi ödənilməlidir?)

Cavab: Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 814 815 816 817 818 819 820 2. 691
error: Content is protected !!