6 oktyabr – Qazaxıstanlı mühasiblərin peşə bayramıdır
Qazaxıstan respublikasının mühasibləri oktyabrın 6-da öz peşə bayramlarını qeyd edirlər. Qazaxıstanda Mühasib Günü hələ ki, rəsmi statusa malik olmasa da, heç bir təşkilatın keçinə bilmədiyi peşəkarlar onu geniş şəkildə qeyd edirlər.
Mühasib qüvvədə olan qanunvericiliyə uyğun olaraq təşkilatda təsərrüfat və pul uçotunun aparılmasına cavabdehdir. İri müəssisələrdə, adətən, bütöv mühasibatlıq fəaliyyət göstərir, bura baş mühasibdən başqa, onun müavini və sıravi mühasiblər daxildir. Kiçik firmalarda isə mühasibat uçotunun aparılması ilə bir nəfər və ya hətta kənardan dəvət olunmuş mütəxəssis – mühasibat autsorsinqi məşğul ola bilər.
Peşənin bu qədər vacib əhəmiyyətə malik olmasına baxmayaraq, Qazaxıstan mühasibləri hələ də rəsmi peşə bayramına malik deyil. Axı, belə bir bayram – bu, təkcə təbriklər üçün əsas yaratmır, həm də kollektiv şəkildə sahənin ara nəticələrini yekunlaşdırmaq və onun gələcək inkişafının istiqamətini seçmək imkanı verir.
Qazaxıstanda Mühasib Gününün təşəbbüşçüsü kimi “Uçot” internet portalının kollektivi çıxış edib. Hansı ki, qazaxıstanlı mühasiblər istənilən peşəkar suallara cavab tapa bilirlər. PORTAL-ın əməkdaşları hətta “Qazaxıstan Respublikasında peşə və digər bayramlar haqqında” fərmana əlavələr etmək və beləliklə, bu peşə bayramını qanuniləşdirmək üçün onlayn ərizə də yaratmışlar.


Kapital Bank-ın mütəmadi olaraq şirkətlər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün müxtəlif yeniliklər və məhsullar təqdim edir. Bu dəfə olan yeni xidmət qeyri-rezident sahibkarlar və şirkətlər üçün nəzərdə tutulub. Belə ki, onlar Müştəri Bank vasitəsilə banka gəlmədən, vaxta qənaət etməklə hesablarını onlayn aça biləcəklər.
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?
Sahibkarların hüquqlarının müdafiəsi üzrə Rusiya prezidenti yanında müvəkkil Boris Titov, “RIA Novosti” agentliyinə ölkədə ayda bir milyon rubldan çox maaş almağın mümkün olduğu vəzifələri açıqlayıb. Onun sözlərinə görə, bu məbləğdə gəlirə iri şirkətlər və monopoliyaların top-menecerlərində, eləcə də xaricdə işləyənlərdə rast gəlinir.