Gəlirdən çıxılmayan xərclər
Vergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verir. Lakin bəzi xərclər bu qaydaya əsasən gəlirdən çıxıla bilməz. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Gəlirdən çıxılmayan xərclər barədə danışdıqda, ilk növbədə əsas vəsaitlərin alınması və qurulmasına sərf edilən xərcləri qeyd etmək lazımdır. Bu xərclər kapitallaşdırılır və 114-cü maddədə göstərilən normalara əsasən amortizasiya edilir.
Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xərclərinin gəlirdən çıxılmasına yol verilmir. İstisna olaraq müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə sərf edilən xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək üzrə xərclər gəlirdən çıxıla bilər.
Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyiciləri əyləncə və yemək xərclərini gəlirdən çıxa bilərlər.
Ezamiyyə xərcləri yalnız müvafiq icra orqanının müəyyənləşdirdiyi normalar çərçivəsində gəlirdən çıxıla bilər.
Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, kassa çeki və ya mədaxil qəbz xərcləri təsdiq edən sənəd sayılmır. Bu o deməkdir ki, xərc hətta gəlirdən çıxılmayan xərclərə aid edilmədikdə, onun qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri olmadıqda o, gəlirdən çıxıla bilməz.
Mənbə: vergiler.az
Bax:


Nazirlər Kabineti “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” 2 avqust 2002-ci il tarixli, “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 28 fevral 2003-cü il tarixli və “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 mart 2019-cu il tarixli qərarlarında dəyişiklik edib.
Yeni dərs ilinin başlanması işləyən tələbələrin təhsil məzuniyyətlərini aktuallaşdırıb. Dövlət Əmək Müfəttişliyi Xidməti bununla bağlı suallara aydınlıq gətirib. Bildirilib ki, eyni vaxtda həm təhsil alan, həm də işləyən işçilərin təhsil məzuniyyətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Riskli vergi ödəyiciləri siyahısına düşmək istənilən sahibkar üçün arzuedilməzdir. Bəs bu siyahıdan çıxmaq üçün nə etməli? Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.