Gəlirdən çıxılmayan xərclər

posted in: Xəbər | 0
birbank biznes

Mühasib köməkçisi, vakansiya, AzMühasibat, Mühasibat mütəxəssisi, vakansiya, baş mühasib, vergilər, vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisVergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verir. Lakin bəzi xərclər bu qaydaya əsasən gəlirdən çıxıla bilməz. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Gəlirdən çıxılmayan xərclər barədə danışdıqda, ilk növbədə əsas vəsaitlərin alınması və qurulmasına sərf edilən xərcləri qeyd etmək lazımdır. Bu xərclər kapitallaşdırılır və 114-cü maddədə göstərilən normalara əsasən amortizasiya edilir.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xərclərinin gəlirdən çıxılmasına yol verilmir. İstisna olaraq müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə sərf edilən xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək üzrə xərclər gəlirdən çıxıla bilər.


 Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” kursu


Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyiciləri əyləncə və yemək xərclərini gəlirdən çıxa bilərlər.

Ezamiyyə xərcləri yalnız müvafiq icra orqanının müəyyənləşdirdiyi normalar çərçivəsində gəlirdən çıxıla bilər.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, kassa çeki və ya mədaxil qəbz xərcləri təsdiq edən sənəd sayılmır. Bu o deməkdir ki, xərc hətta gəlirdən çıxılmayan xərclərə aid edilmədikdə, onun qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri olmadıqda o, gəlirdən çıxıla bilməz.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email