Read More9
Read More9

Uşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

Şirkət Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən uşaq bağçasına yardım göstərmək istəyir. Belə olan halda şirkət həmin köçürülən vəsaiti gəlirdən çıxa bilərmi və ya bununla bağlı Vergi Məcəlləsində güzəşt müəyyən olunubmu? Güzəşt müəyyən olunubsa, bunun üçün hansı rəsmiləşdirmə tələb olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinin inkişafı məqsədilə bu sahələrdə fəaliyyət göstərən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara əvəzsiz olaraq köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisindən azaddır.

Meyarların 3-cü bəndinə əsasən, dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarına aid edilib.

Meyarların 7-ci bəndinin müddəalarına əsasən, bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sərəncamında düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank və digər ödəniş hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.

Həmçinin, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.

Qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin, təhsil sahəsinin inkişafı məqsədilə bu sahədə fəaliyyət göstərən və yuxarıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara əvəzsiz olaraq köçürülən hissəsi mənfəət vergisindən azaddır.

Bu zaman Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmanın tətbiqi üçün Meyarların 7-ci bəndində qeyd olunan tələblərə və rəsmiləşdirmə qaydalarına əməl edilməlidir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 106-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Vergi nəzarətində yeni mərhələyə keçid

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli özünə 2 yeni müşavir təyin edib.

İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova xidmət rəisinin müşaviri təyin edilib.

Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəis Fərid İsayevdə müşavir postuna gətirilib.

Beləliklə, DVX rəisinin müşavirlərinin sayı 4-ə yüksəlib.

Mənbə: yenisabah.az

Borc məbləğləri üzrə vergi əməliyyatının müəyyən edilməsi vaxtı

Borc məbləğləri üzrə vergi əməliyyatının müəyyən edilməsi vaxtı

posted in: Xəbər | 0

Mövzunu vergi mütəxəssisi Meyxanım Ələkbərova şərh edir.

Bəzi hallarda müəssisələr mal təqdim etdikləri vergi ödəyicisindən borc vəsaitlər də ala bilirlər. Bu prosesin rəsmiləşdirilməsi, vergilərin nə vaxt və necə hesablanması kimi məqamları aydınlaşdırmağa çalışacağıq.

Müəssisə mallar (işlər, xidmətlər) təqdim etdiyi şirkətlərdən eyni zamanda borc aldığı hallarda, ƏDV bəyannaməsinin tərtibi zamanı Vergi Məcəlləsinin 166.4-cü maddəsinin tələblərinə riayət olunmasına diqqət etməlidir. Həmin maddəyə əsasən, mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) vergi tutulan əməliyyatın vaxtı borcun verildiyi tarixdir.

Misal 1

İyul ayında “AA” MMC “BB” MMC-yə 10.000 manat dəyərində mal (iş, xidmət) təqdim edib və nəticədə 10.000 manat alacağı (debitor borcu) yaranıb. Avqust ayında “AA” MMC eyni şirkətdən 20.000 manat borc alıb. Vergi Məcəlləsinin 166.4.1-ci maddəsinə əsasən, “AA” MMC-nin 10.000 manat alacağı təqdirdə, malın (işin, xidmətin) ödənişini tələb etmək əvəzinə qarşı tərəfdən borc alması vergitutulan əməliyyat kimi qiymətləndirilir. Bu halda, avqust ayının ƏDV hesabatında 10.000 manat daxilolma da qeyd edilərək ona görə 1.800 manat ƏDV hesablanmalıdır. Əgər sentyabr ayında 10.000 manat debitor borc məbləği “BB” MMC tərəfindən ödənilərsə, bu məbləğ artıq avqust ayında daxilolmada yazılaraq bəyan olunduğu üçün 2-ci dəfə bəyan edilməyəcək. Sentyabr ayında daxilolma üzrə kameral uyğunsuzluq məktubu daxil olarsa, Vergi Məcəlləsinin 166.4.1-ci maddəsinə istinad edilməklə izahat təqdim olunmalıdır.

Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən, mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) təqdim edildiyi tarixdir.

Misal 2

İyul ayında “AA” MMC “BB” MMC-dən 20.000 manat borc alıb. Həmin tarixdə “AA” MMC-nin “BB” MMC-dən hər hansı alacağı (debitoru) olmayıb. Avqust ayında “AA” MMC “BB” MMC-yə 10.000 manat dəyərində mal (iş, xidmət) təqdim edib. Həmin malın (işin, xidmətin) dəyərinin avqustda “BB” MMC tərəfindən ödənilməməsinə baxmayaraq, Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən, 10.000 manat avqust ayının ƏDV hesabatında daxilolmada qeyd edilərək 1.800 manat ƏDV hesablanmalıdır. Əgər sentyabr ayında 10.000 manat debitor borc “BB” MMC tərəfindən ödənilərsə, artıq 10.000 manat avqust ayında daxilolmada yazılaraq bəyan edildiyi üçün ikinci dəfə bəyan edilməyəcək. Sentyabr ayında daxilolma ilə bağlı kameral uyğunsuzluq məktubu daxil olarsa, Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə istinad edilməklə cavab verilməlidir.

Mənbə: vergiler.az

Sosial şəbəkə reklamlarına ödənilən vəsaitdən vergi necə tutulur?

Sosial şəbəkə reklamlarına ödənilən vəsaitdən vergi necə tutulur?

posted in: Xəbər | 0

Vergi ödəyicisi olan hüquqi şəxs xarici şirkətlərə məxsus sosial şəbəkələrdə reklam üçün pul ödədikdə hansı vergi tutulur? Bu vergini necə bəyan etmək lazımdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Buna əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən elektron ticarət qaydasında göstərilən reklam xidmətlərinə görə əldə etdikləri gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən rezident şəxslərə reklam xidmətlərinin göstərilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, reklam xidmətlərinin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Nəzərə çatdırılıb ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanmış verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanmış vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsini verməyə borcludur.

Vergi Məcəlləsinə uyğun olaraq, vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 168-ci, 169-cu maddələri

Mənbə: vergiler.az

Vergi nəzarətində yeni mərhələyə keçid

1 84 85 86 87 88 89 90 2. 693
error: Content is protected !!