Əmək məzuniyyətindən geri çağırılma halları

posted in: Xəbər | 0

Əmək məzuniyyətindən geri çağırılma halları


işçi qüvvəsi, Məşğulluq orqanları,Praktikada işçi ilə işəgötürən arasındakı əmək münasibətlərində həm işçi, həm də işəgötürən üçün mübahisə yaradan müəyyən məqamlar olur. Bunlardan biri də işçilərin məzuniyyətdən geri çağırılması hallarıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

İşçilərin məzuniyyətdən geri çağırılması zamanı bəzi ümumi suallar meydana gəlir

  • İşçi hansı halda məzuniyyətdən geri çağırıla bilər?
  • İşəgötürən istənilən vaxt işçini məzuniyyətdən geri çağıra bilərmi?
  • İşçi məzuniyyətə çıxdıqdan sonra öz istəyi ilə məzuniyyətdən geri qayıda bilərmi?
Məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 137-ci maddəsində göstərilir ki, əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma müstəsna hallarda ola bilər: istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman əmək məzuniyyətindən geri çağırılma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.

137-ci maddənin müddəaları çox sadə olsa da, bəzi məqamlara diqqət yetirilməlidir:

  • məzuniyyətə göndərilən işçini işəgötürən xüsusi hallar olmazsa məzuniyyətdən geri çağıra bilməz;
  • xüsusi hal kimi istehsalat qəzaları və təxirəsalınmaz işlər olmalıdır;
  • işçinin məzuniyyətdən geri çağırılması əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməlidir;
  • əmr, sərəncam və qərarla işçi tanış olmalı və razılığını bildirməlidir;
  • işçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər – amma bu halda da işəgötürənin razılığı lazımdır;

geri qayıtma işçinin təşəbbüsü ilə olduqda işçi, yaxşı olardı ki, işəgötürənə ərizə və ya hər hansı digər yazılı sənədlə müraciət etsin və geri qayıtmanın səbəbini göstərsin. İşəgötürən razılıq verdikdən sonra əmr, sərəncam və ya qərar imzalana bilər.

Ən əsas məsələlərdən biri budur ki, formasından asılı olmayaraq məzuniyyətdən geri çağırılan işçinin gələcək təminatının necə olacağı əmrdə, sərəncamda və ya qərarda açıqlanmalıdır. Yəni istifadə olunmamış məzuniyyət haqqının geri qaytarılması və ya məzuniyyətdən gələcəkdə istifadə olunması məsələləri göstərilməlidir. İşçi həmin şərtlərlə tanış olmalı və razı olduğunu bildirməlidir.

Misal 1: Tutaq ki, “AA” MMC-nin istehsal sexində çalışan fəhlə 21 gün müddətinə, mühəndis 30 gün müddətinə, mexanik də 30 gün müddətinə əmək məzuniyyətinə buraxılıb. Məzuniyyətə göndərilməzdən əvvəl mühəndisi əvəz edən başqa bir mütəxəssis olmadığına görə müvəqqəti olaraq vəzifəsi kiməsə həvalə edilməyib. Amma mexaniki əvəz edən mütəxəssis və onun vəzifəsini müvəqqəti əvəz edən şəxs olub. Məzuniyyətə göndəriləndən 10 gün sonra istehsalat sexində yanğın baş verib və yanğının nəticələrinin aradan qaldırılması, həmçinin normal istehsalatın bərpası zərurəti yaranıb.

Sual meydana çıxır ki, bu halda “AA” MMC-nin rəhbərliyi hansı işçiləri məzuniyyətdən geri çağıra bilər?

137-ci maddədə istehsalat qəzası ilə bağlı geri qaytarılan işçilər haqqında xüsusi tələb qoyulmadığına görə belə vəziyyətdə MMC rəhbərliyi müxtəlif vəzifə tutan işçinin üçünü də ehtiyac olarsa geri çağıra bilər. Ancaq rəhbərlik fəhləyə ehtiyac duymursa, onu çağırmaya bilər. Bundan əlavə, mühəndisi əvəz edən şəxs olmadığına görə və qəzanın aradan qaldırılmasında mühəndisin birbaşa rolunu nəzərə alaraq onu çağıra bilər. Mexanikin məzuniyyətdən geri çağırılması da eyni mülahizə ilə rəsmiləşdirilə bilər.

Misal 2: Tutaq ki, “AA” MMC-də baş mühasib 30 gün müddətinə məzuniyyətə göndərilib və o gedəndən 20 gün sonra MMC-yə səyyar vergi yoxlaması gəlib. Bundan əlavə, satış meneceri 21 gün müddətinə əmək məzuniyyətinə göndərilib. Müəyyən olub ki, ümumi satış dövriyyəsi aşağı düşüb və 10 gün sonra rəhbərlik onu geri çağırmaq istəyir.

Sual: Bu halda rəhbərlik baş mühasibi və satış menecerini məzuniyyətdən geri çağıra bilərmi?

MMC-də aparılan səyyar vergi yoxlaması ilkin olaraq təxirəsalınmaz hal kimi qiymətləndirilir. Yəni faktiki olaraq əvvəlcədən planlaşdırılmamış hal baş verib ki, baş mühasibin orada iştirak etməsi məcburidir. Vergi Məcəlləsinin müddəalarına görə isə baş mühasib məzuniyyətdə olan halda, yoxlamanı müvəqqəti olaraq təxirə salmaq olar. Odur ki, bu halı həm də təxirə salınması mümkün olan hal kimi qiymətləndirmək olar və yoxlama baş mühasib məzuniyyətdən qayıdandan sonra aparıla bilər.

İkinci halı isə, ümumiyyətlə, təxirəsalınmaz hal kimi qiymətləndirmək düzgün olmaz. Çünki müəssisənin ümumi satış dövriyyəsinin aşağı düşməsi işçinin məzuniyyətə göndərilməməsinə və məzuniyyətdən geri çağırılmasına əsas vermir. Odur ki, belə hallarda geri çağırılan işçi qayıtmaqdan imtina edə bilər.

Qeyd etdiyimiz kimi, işçilər yuxarıdakı hallarda əmr, sərəncam və ya qərarla tanış olmalı və orada göstərilənlərlə razı olduqlarını bildirməlidirlər.

Bir sual da maraqlıdır ki, həm istehsalat qəzaları, həm də xüsusi hallarda bu məsələ necə həll olunur? Tutaq ki, işəgötürən işçini məzuniyyətdən geri çağırır, amma işçi qayıtmaq istəmir və ya işçi məzuniyyət vaxtı ölkədən kənarda olduğuna görə qayıda bilmir. Bu hallar üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • bütün şəraitlərdə geri çağırılma tələbi olduğu halda, işçinin razılığı tələb edildiyindən işçi qayıtmaqdan imtina edə bilər;
  • amma əmək müqaviləsi bağlanan zaman tələblərdən biri də tərəflərin bir-birinə zərər vurmaması öhdəlikləridir;
  • tərəflərdən biri zərər vurduğu halda, Məcəllənin digər tələblərinə əsasən, həmin tərəfin məsuliyyət daşıması halları da mövcuddur;
  • Məcəllədə işçinin əmək məzuniyyətindən istifadə etməsi üçün işəgötürən tərəfindən məzuniyyətin təmin edilməsi tələbi vardır və buna görə məsuliyyət də qoyulmuşdur;
  • bununla yanaşı, işəgötürənin də işçini xüsusi hallarda məzuniyyətdən geri çağırmaq hüququ vardır;
  • ola bilər ki, məzuniyyətdən geri çağırılması tələb edilən işçinin geri qayıtmamasına görə işəgötürənə külli miqdarda zərər dəysin.

Belə halların baş verməməsi üçün, yaxşı olardı ki, istehsalat qəzaları, xüsusi hallar nəzərə alınmaqla işçilərlə işəgötürən arasında şəraitin tələblərinə uyğun qarşılıqlı razılaşma olsun.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödənişsiz Data Analitika təlimi

posted in: Xəbər | 0

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate“ and “Google Data Analytics Professional Certificate“ peşəkar inkişaf proqramları çərçivəsində 150 nəfərin qeyd olunan kurslarda iştirakını maliyyələşdirməkdən məmnunluq hissi duyur. Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ümumilikdə 6 ay ərzində Coursera onlayn təhsil platforması üzərindən təklif olunacaq peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 150 nəfər (75 nəfər data analitikası, 75 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.

İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidir. Müraciət üçün link – https://tinyurl.com/57j5fafb (qeyd: Google hesabı açılmalıdır). İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahəyə uyğun təməl bilikləri ölçən imtahanda iştirak edəcəkdir. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak etməyə haqq qazanacaqdır.

Layihədə 18-40 yaş istənilən sahə üzrə şəxslər iştirak edə bilərlər. Dərslər tamamilə onlayn olaraq, Coursera onlayn təhsil platforması üzərindən keçiriləcəkdir. Layihədə iştirak etməyə haqq qazanmış şəxslərə istifadəçi adı və kodu təqdim ediləcəkdir. İştirakçı hər həftə 8-10 saat təlimdə iştirak etməlidir. Dərs saatlarını iştirakçı özünə uyğun olaraq, təyin edəcəkdir. Təlimlər 6 ay müddətində (Başlama tarixi: 01.09.2021- Bitmə tarixi: 28.02.2022) davam edəcəkdir.

İştirakçıların kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün hər mövzu üzrə bir yerli təlimçi/mütəxəssis tərəfindən davamlı onlayn dəstək görüşləri keçiriləcək. Təlimi uğurlar bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən Data Analitikası və IBM tərəfindən Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə edəcəklər. Layihənin sonunda uğurlu iştirakçıların məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkasının təşkil olunması nəzərdə tutulub.

Layihə ilə bağlı suallarınızı E-mail ünvanına yazmağınızı xahiş edirik.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyənin təşəkkül tarixi (I hissə)

posted in: Xəbər | 0

Maliyyə tarixən formalaşmış mürəkkəb və çoxşaxəli iqtisadi kateqoriyadır. Maliyyə termini latınca “finantia” təşəkkül tapıb, tərcümədə ödəniş deməkdir.

İlk dəfə praktikada 13-cü əsrdə İtaliyada tətbiq olunub. Xüsusilə də ticarət, pul hesablaşmaları və bankçılığın yaxşı inkişaf etdiyi Florensiya, Venetsiya, Genuyada. Bir sözlə, bu zaman dövlətin xeyrinə həyata keçirilən ödənişlər və üzvlük haqları nəzərdə tutulur.

Elmə maliyyə terminini fransız professor J. Boden 1577-ci ildə yazdığı “Respublika barədə altı kitab” əsərində gətirib.

Dövlətin inkişafının erkən mərhələlərində dövlət resursları ilə onun başçısının resursları arasında fikir ayrılığı yox idi: monarxlar dövlətin vəsaitlərindən öz mülkiyyəti kimi istifadə edirdilər.

Dövlət xəzinəsinin ayrılması və onun tamamilə monarxın (XVI-XVII əsrlər) mülkiyyətindən çıxarılması ilə dövlət maliyyəsi, dövlət büdcəsi və dövlət krediti anlayışları yaranmışdır. Vergi ödəyiciləri, vergitutma hüququnun dövlətə aid olduğunu tədricən tanımağa başladılar, öz növbəsində dövlət də öz tərəfindən əhaliyə xidmətlər göstərməyə və səmərəli maliyyə siyasəti aparmağa başladı.

Dövlət quruluşunun inkişafı ilə beynəlxalq münasibətlər, müdafiə, ətraf mühitin mühafizəsi, sosial sahə, dövlətin iqtisadiyyata müdaxiləsi və s. xərcləri kəskin şəkildə artdı.

Əhəmiyyətli xərclər dövlət və yerli büdcələrə vəsaitlərin səfərbər edilməsinin əsas maliyyə üsulu olan vergilərin artırılmasını zəruri edirdi.

Komanda-inzibati sistem şəraitində “maliyyə” termini əsasən dövlət gəlirləri və xərcləri sistemi ilə əlaqələndirilirdi.

Belə bir sistemdə maliyyənin tərifinin əsas konseptual nüvəsini dominant münasibətlər təşkil edirdi. Məhz, münasibətlərdə belə variasiyalar: iqtisadi, pul, ictimai, istehsal, spesifik – maliyyə kateqoriyası anlayışının əsasında dayanırdı.

Müasir qərb ədəbiyyatında konsepsiyanın müəyyənliyini təmin etmək üçün maliyyə termini dövlətin pul vəsaitləri və gəlir-xərc fəaliyyəti ilə bağlı olan xüsusi müstəqil elmi fənn anlayışında dəqiqləşdirilmiş variantda – dövlət maliyyəsində istifadə olunur; bütün digər hallarda daha geniş maliyyə terminindən istifadə edilir.


II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların alış aktının tərtib edilməsi

posted in: Xəbər | 0

Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Təcrübədə vergi ödəyicilərinin vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərdən mallar almaq zərurəti yaranır. Bu zaman sənədləşmə necə aparılmalıdır? Suala mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alarkən vergi ödəyiciləri alış aktı tərtib etməlidirlər. Məcəllənin 71-2-ci maddəsində də malların alış aktının tərtib edilməsi qaydası göstərilib.

Bu məsələ ilə bağlı mühasiblər arasında geniş yayılan yanlış fikir odur ki, vergi ödəyicisi olmayan şəxslərdən yalnız “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilmiş malları almaq olar. Əslində isə həmin qanunun sözügedən maddəsi “malların alış aktı” ilə vergi ödəyicilərinin ala biləcəyi malların siyahısını tənzimləmir. “Nağdsız hesablaşmalar haqqında” Qanunda və Vergi Məcəlləsində alış aktı ilə alına biləcək malların siyahısı qeyd edilməyib. Qanunun 3.5-ci maddəsində göstərilən malların qeyd edilməsinin üç təyinatı vardır:

1. Həmin malları “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilmiş limit olmadan nağd almaq;

2. Həmin mallardan başqa digər malları 3.3-cü maddədə qeyd edilmiş limit daxilində nağd almaq;

3. Həmin malları təqdim edərkən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 2 faiz vergi ödəmək.

Həmin mallardan başqa malların vergi ödəyicisi olmayan şəxslərdən alış aktı ilə alınmasına qanunvericiliklə məhdudiyyət qoyulmayıb. Onu da qeyd edək ki, vergi ödəyicisi olmayan şəxslərdən “malların alış aktı” sənədi ilə hətta əsas vəsait belə alına bilər. Burada da məhdudiyyət yoxdur. Məsələn, hansısa müəssisəyə nəqliyyat vasitəsi lazım olarsa, müəssisə nəqliyyat vasitəsini vətəndaşdan “malların alış aktı” ilə ala bilər.

Qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədləri üçün olmayan və ya əvvəl sahibkarlıq fəaliyyətində istifadə edilməmiş daşınar əmlakların (qiymətli daş və metallar, qiymətli daş və metalların məmulatları, incəsənət əsərləri və əntiq əşyalar istisna olmaqla) təqdim edilməsi gəlir vergisindən azaddır. Lakin unutmaq olmaz ki, vergi orqanında uçotda olmayan şəxslər istənilən malların, o cümlədən əsas vəsaitlərin satışı ilə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olurlarsa, onların vergi uçotuna alınması və digər zəruri prosedurları yerinə yetirməsi mütləqdir. Əks halda bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 901 902 903 904 905 906 907 2. 705