Ən böyük dövlət borcuna malik ölkənin adı məlum olub
Yaponiya ÜDM-in 234 faizini təşkil edən dünyanın ən böyük dövlət borcuna sahib olan ölkəsidir. Bu barədə investisiya təhlili və makroiqtisadi tədqiqatlar Mərkəzinin rəhbəri Daniil Nametkin bildirib. Onun söylədiklərindən “RİA Novosti” agentliyi sitat gətirib.
Nametkin bu göstərici üzrə digər lider ölkələrin də adını çəkib: Böyük Britaniyada borc ÜDM-in 144 faizini, ABŞ-da 160 faizini, avrozonada isə 120,4 faizini təşkil edir. Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrinin ümumi dövlət borcu ÜDM-in 105 faizini təşkil edir. Ancaq bir sıra böyük ölkələrdə dövlət borcunun bu qədər yüksək göstəricilərinə baxmayaraq, çətin ki, yaxın gələcəkdə onlar həmin borca xidmət göstərməkdə problem yaşayacaqlar.
Eyni zamanda Nametkin qeyd edib ki, pandemiya fonunda iqtisadiyyatın dəstəklənməsi tədbirləri bir sıra dövlətlərdə inflyasiyanın artmasına gətirib çıxarıb. Xüsusilə, ABŞ-da istehlak qiymətləri 5,4 faiz artıb – bu, 13 il ərzində maksimum artım səviyyəsidir. “Belə bir şəraitdə ABŞ FES-in monetar siyasətinin sərtləşdirilməsinin nəzəri imkanı yaranır ki, bu da borc xidməti ilə bağlı vəziyyəti pisləşdirə bilər”, – ekspert izah edib.
Bundan əvvəl, ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresi defolt təhlükəsi və ölkə iqtisadiyyatına “düzəlməsi mümkün olmayan zərər” təhlükəsi barədə xəbərdarlıq etmişdi.


Sual: Aydındır ki, royalti ödənişləri qeyri-maddi aktivlərdən istifadəyə görə haqdır, qeyri-maddi aktivlər ƏDV üçün mal sayılmır. Bu baxımdan qeyri-rezidentlərə qeyri-maddi aktivlərdən istifadəyə görə ödənilən royaltidən ƏDV hesablanmalıdırmı? Nəzərinizə çatdırıram ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021 tarixli İş № 2-1(102)-463/2021 üzrə çıxardığı Qərarda bu kimi durumlarda royalti məbləğindən əlavə dəyər vergisi hesablanmaması gərəkdiyi əksini tapır.
Qanunvericiliyə əsasən, mülkiyyətindəki yaşayış sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunurlar. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.