Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiXüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2021-ci ilin ikinci rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 iyul 2021-ci il tarixinə 5,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2021-ci il tarixinə 4,4 milyard manat olub.

Bankın 1 iyul 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər necə hesablanmalıdır?

posted in: Xəbər | 0

Vakansiya: İnsan Resursları üzrə baş mütəxəssis? koronavirus, kağız sənədlər,Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər barədə.

«Uzunmüddətli müqavilə» – müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir.

Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.

Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.

Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 138.1-138.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (II hissə)

posted in: Vergi, Xəbər | 0

ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Lorenin təşəbbüsü üçün daha bir tutarlı əsas da var idi. XX əsrin 50-60-cı illərində Qərbi Avropada sonradan Avropa İttifaqının yaradılmasından ötrü təməl rolunu oynayan ümumi bazarın yaradılması istiqamətində fəal işlər aparılırdı. Bu alyansa daxil olan ölkələr arasında qarşılıqlı iqtisadi münasibətləri rəsmiləşdirmək, xüsusilə də vergitutmanın bütün nüanslarını nizama salmaq lazım idi. Axı, əgər məhsul üçün komplektləşdiricilər bir ölkədə, onlar üçün materiallar digər ölkədə istehsal olunurdusa, son məhsul isə üçüncü ölkədə buraxılırdısa, onda dövriyyədən vergi tutulmasından əsas gəliri həmin zəncirin sonunda olan ölkə alırdı.

Yeni əlavə dəyər vergisi, vergi gəlirlərini qarşılıqlı əlaqədə olan bütün tərəflər arasında kifayət qədər bölüşdürməklə yanaşı, yeni yükü də onun əsas ödəyicisi olan və qalmaqda savam edən son istehlakçının birbaşa nəzərindən “gizlətməyə”  də imkan verdi. İnsanpərvər Avropa üçün psixoloji amil iqtisadi amildən heç də az əhəmiyyət daşımırdı. Dolayı ƏDV malın və ya xidmətin qiymətində o dərəcədə etibarlı şəkildə gizlədilmişdi ki, azad bazar şəraitində onun real yekun dəyərini hesablamaq kifayət qədər çətindir.

Qısa sürən müzakirələrdən sonra Fransa hökuməti o zamankı fransız müstəmləkələrindən birində –  Kot-d’İvuarda yeni vergi tutulması sxemini “sınaqdan keçirmək” qərarına gəldi. Eksperiment o qədər uğurlu hesab olundu ki, artıq 1958-ci ildə Fransa ƏDV-ni öz vergi sisteminə daxil etdi. 1967-ci ildə isə Avropa iqtisadi ittifaqı Şurasının direktivi ilə əlavə dəyər vergisi Avropada əsas dolayı vergi hesab olundu. Həmin sənəd Avropa Birliyinə daxil olan ölkələri beş il müddətində – 1972-ci ilin sonuna qədər qanunvericiliklə öz ərazisində iqtisadi fəaliyyət subyektləri üçün yeni yığımın təsdiq olunmasını tələb edirdi. Bu zaman milli hökumətlər həmin verginin dərəcəsini müstəqil müəyyən edə bilərdilər.

İndiyə qədər Avropa İttifaqının müxtəlif ölkələrində ƏDV dərəcəsi əhəmiyyətli dərəcədə fərqlənir. Ən yüksək ƏDV dərəcəsi İsveç, Danimarka və Norveçdədir –  25%. Bu verginin vətəni sayılan Fransada onun dərəcəsi ümumiləşdirilməyib və məhsul və ya xidmət qrupundan asılı olaraq fərqlənir. Məsələn, burada ayrı-ayrı dərmanlar üçün ƏDV cəmi 2,2%, ərzaq malları üçün 5,5%, dəbdəbəli və zinət əşyaları üçün isə 33%-ə qədər gəlib çata bilər. Bundan başqa, burada tibb, təhsil və sığorta sahəsində fəaliyyət göstərən müəssisələr, habelə ictimai və xeyriyyə təşkilatları ƏDV-dən tamamilə azaddırlar. Orta hesabla, əlavə dəyər vergisinin məbləği Fransada hazırda 20,6% təşkil edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 911 912 913 914 915 916 917 2. 705