Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub
Pensiyaları artırmaq üçün faydalı qazıntıların çıxarılmasına yeni vergi tətbiq edilməlidir, həmin vergidən gələn vəsaitlər Pensiya fonduna daxil edilməlidir. Bu haqda UR.RU saytına müsahibəsində Rusiya Ali sovetinin keçmiş sədri, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri Ruslan Xasbulatov söyləyib.
“Hamı Pensiya fondunun gəlir mənbəyinin azlığından şikayətlənir. Amma faydalı qazıntıların qiymətləri durmadan yüksəlir və bundan xalq heç nə əldə etmir. Və əgər faydalı qazıntıların (neft, qaz, meşə, mədənlər və digər) hasilatına kiçik bir vergi, renta tətbiq olunarsa və həmin vəsaitlər məqsədyönlü şəkildə Pensiya fonduna istiqamətləndirilərsə, sözügedən fondun daimi gəlir mənbəyi olar. Xalq isə dolayısı ilə də olsa, yerin təkinin sahibi olardı. Pensiyaları da artırmaq olardı”, – Xasbulatov belə bir təkliflə çıxış edib.
O əlavə edib ki, belə bir tədbir pensiya yaşını artırmağa yönəlik 2018-ci il islahatını da ləğv etməyə kömək edə bilər. Onun fikrincə, bu islahat zərərlidir, çünki Rusiyada orta ömür müddəti, Avropadakından 10 il azdır.
Bundan əvvəl Rusiyanın Mərkəzi bankı aparıcı qeyri-dövlət pensiya fondları ilə birlikdə yeni bir pensiya islahatı hazırlamışdı. Bu rusiyalıları gələcək pensiyaların yığılması prosesində fəal iştirak etməyə təşviq etməlidir.
Yeni konsepsiyaya əsasən, pensiyaların hazırkı yığım hissəsi, artıq mövcud olan analoji mexanizmi tamamlayan qeyri-dövlət pensiya təminatı sisteminə çevrilməlidir. Beləliklə, Mərkəzi bank fərdi pensiya kapitalı və zəmanətli pensiya planı layihələrinin uğursuzluğuna baxmayaraq, hazırki sistem üzrə islahatlar aparmaq niyyətindədir.


İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) BMT ilə birlikdə qida məhsullarının qiymətlərinin yavaşlamasını proqnozlaşdırıb. “Bloomberg” bunun tələbatın azalması və istehsal templərinin artması ilə əlaqədar olduğunu bildirib.
Pul hesab sevir. Bu faktdır. Amma hətta pulla bağlı ən real faktlar arasında olduqca qəribə məlumatlar da var ki, bunu da nəzərə almamaq mümkün deyil.
Dünyanın ən varlı adamı – amerikalı milyarder və Amazon şirkətinin banisi Jeff Bezos 82 yaşlı pensiyaçı qadın Wally Funk-ı sevindirməyə qərar verib, belə ki, onu da özü ilə kosmik uçuşa dəvət edib. Bu haqda Bezos özünün “İnstagram” səhifəsində yazıb.