Müəssisədə işçilər qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə buraxıla bilər?

posted in: Xəbər | 0

kredit faizləri, Müəssisədaxili intizam qaydaları, inventarizasiya, əskikgəlmələr,Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.

Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri səbəbindən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amerikalı senator hesab edir ki, pensiya fondları bitkoinlərə keçə bilərlər

posted in: Xəbər | 0

Bitkoinin qiyməti,Pensiya fondları bitkoinlər və digər rəqəmsal aktivlərdən istifadə etməyə başlaya bilərlər. Bu, əmanətlərin inflyasiyadan qorunması üçün lazımdır, ABŞ-ın Vayominq ştatından olan senator Sintiya Lammis bəyan edib.

Onun sözlərinə görə, kriptovalyuta pensiya fondlarında saxlanılan vəsaitləri diversifikasiya etməyə kömək edə bilər. O, aktivlərin müxtəlif  zənbillər üzrə bölüşdürülə biləcəyini də əlavə edib. Yoxsa, Birləşmiş Ştatlarda dövlət xərcləri nəticəsində yaranan inflyasiya həmin vəsaitləri “yeyə” bilər, RBK saytı belə yazıb.

Sintiya Lammis Konqresin ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar ayırdığını vurğulayıb. Bu pullar hər tərəfdən dünya iqtisadiyyatını bürüyüb, nəticədə inflyasiya riskləri yüksəlir.

Lammis bundan əvvəl də bitkoinləri onların qiymətinin aşağı düşdüyü zaman alınması perspektivlərindən bəhs edib. Onun özü belə bir alışı həyata keçirib və qeyd edib ki, bundan sonra da kriptovalyutaya investisiya yatırmaqda davam edəcək.

“İnvest-Forsayt” bundan əvvəl xəbər vermişdi ki, məşhur amerikalı investor, ARK Investment Management şirkətinin rəhbəri Keti Vud hesab edir ki, bitkoin 500 min dollar həddinə kimi sıçrayış edə bilər. Özü də bu bəyanat bitkoinin məzənnəsinin 30 min dollar olduğu zamanda səsləndirilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

posted in: Xəbər | 0

işsiz kimi qeydiyyat, Sənədsiz mallar, Malların alışı, sənədləşmə prosedurları,Kommersiya və ya publik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün tələb olunan sənədlər:

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”;

– hüquqi ünvan dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar;

– yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi;

– idarəciliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə);

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə” ( təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla);

– ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən muraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

– SC-nin yığıncağının çağrılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla);

– səhmdarlara umumi yığıncağın çağrılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd;

– SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiymətli kağız sahiblərinin reyestrindən cıxarış”ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti.

Əsaslandırılma: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 20170400101070300 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə gostərilən xidmətlərin vahid standartları”nın 2.1.1-3-cü bəndi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank bizneslə məşğul olanlara sərfəli ipoteka krediti təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank bizneslə məşğul olan şəxslər üçün sərfəli şərtlərlə ipoteka kreditləşməsi təklif edir. Belə ki, artıq bizneslə məşğul olan sahibkarlar 10 ilədək müddətə, illik 10 %-lə başlayan ipoteka krediti vasitəsilə daşınmaz əmlak əldə edə  bilərlər.

Kapital Bank-ın təqdim etdiyi bu təkliflə bizneslə məşğul olanlar bir sıra üstünlüklər əldə edirlər: üçüncü şəxsin adına olan əmlakları girov kimi əldə etmək olar, satıcıya bank tərəfindən zəmanət verilir, sığortalanma illik əsasda aparılır, icarə haqlarından bir dəfəlik azad olunur, biznes obyektindən kənarlaşdırılması təhlükəsi olmur, əlavə daşınmaz əmlak əldə etmək olur və s.

Qeyd edək ki, biznes ipotekası almaq üçün (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 921 922 923 924 925 926 927 2. 705