Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

posted in: Xəbər | 0
birbank biznes

işsiz kimi qeydiyyat, Sənədsiz mallar, Malların alışı, sənədləşmə prosedurları,Kommersiya və ya publik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün tələb olunan sənədlər:

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”;

– hüquqi ünvan dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar;

– yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi;

– idarəciliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə);

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə” ( təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla);

– ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən muraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

– SC-nin yığıncağının çağrılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla);

– səhmdarlara umumi yığıncağın çağrılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd;

– SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiymətli kağız sahiblərinin reyestrindən cıxarış”ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti.

Əsaslandırılma: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 20170400101070300 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə gostərilən xidmətlərin vahid standartları”nın 2.1.1-3-cü bəndi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email