ABŞ məhkəməsi qaradərililərin borclarını bağışlamağı qadağan etdi
ABŞ federal məhkəməsi koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan fondun hesabına qaradərili fermerlərin borclarını ödəməyi müvəqqəti olaraq qadağan edib. “Associated Press” agentliyi yazır ki, irqi bərabərsizliyin aradan qaldırılması üzrə proqram, kənd təsərrüfatı sahəsində çalışan ağdərili iş adamlarının iddiaları üzündən dayandırılıb.
İyunun 10-da Viskonsin ştatının Miluokunda dairə hakimi Uilyam Qrisbax, sosial cəhətdən müdafiəsiz qalan qaradərili ranço sahiblərinə yeni dəstək proqramının fəaliyyətini müvəqqəti dayandrmaqla bağlı qərar verib və bununla da əks diskriminasiyadan şikayət edən ağdərili fermerlərin tərəfini saxlayıb.
ABŞ prezidenti administrasiyasının proqramına əsasən, Co Bayden pandemiyanın nəticələrinin aradan qaldırılması fondundan (1,9 trilyon dollar) qaradərililərə, amerikalı hindilərə, Latın-amerikalılara, Asiya əsilli amerikalılara və ya Sakit okean adalarının sakinlərinə verilən kənd təsərrüfatı kreditlərinin ödənilməsi üçün dörd milyard ayırmağı planlaşdırmışdı. Milli azlıqlardan olan fermerlər onillliklər boyu onlara dövlət yardımları və ssudaların ayrılmamasından şikayətlənir və bunu özlərinə qarşı ədalətsizlik kimi dəyərləndirirdilər.
Ağ fermerlərin hüquqlarını müdafiə edən ABŞ-ın “Wisconsin Institute for Law and Liberty” hüquq şirkəti, 2021-ci ilin aprel ayında məhkəmə qarşısında iddia qaldırmışdı. Hüquq müdafiəçiləri iddia ediblər ki, azlıqların borclarının bağışlanması Viskonsin, Minnesota, Cənubi Dakota, Missuri, Ayova, Arkanzas, Oreqon və Kentukkidən olan fermerlərə qarşı ədalətsiz davranışdır. ABŞ bankları isə öz növbəsində, faiz gəlirləri üzrə dövlətdən əlavə kompensasiya alınanadək qaradərili fermerlərin kreditlərini ödəməkdən imtina ediblər.
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun


Yunanistan sakinləri pandemiya başlayandan bəri ilk dəfə ümumi tətil elan edərək, küçələrə çıxıblar: avropalılar hökumətin dördgünlük iş həftəsinin tətbiqini nəzərdə tutan təkliflərinə etiraz edirlər, “Bloomberg” xəbər verib.
2021-ci il iyun ayının əvvəlində Ali Rada “Facebook”, “Netflix”, “Google” və digər internet nəhənglərini Ukraynada ƏDV ödəməyə məcbur edəcək bir qanun layihəsi qəbul edib. Qanunun qəbul olunmasından ötrü 226 zəruri səsə ehtiyac duyulsa da, təşəbbüs 283 deputat tərəfindən dəstəklənib.
Vergi Məcəlləsi gəlir və xərcləri tanımaq üçün iki metoddan birini – kassa və ya hesablama metodunu tətbiq etməyə imkan verir. Mövzu ilə bağlı yaranan suallara maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir.