İş vaxtının uçotunu necə aparmalı? (IV hissə)

posted in: Xəbər | 0

İş vaxtının uçotunu necə aparmalı? (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Əməkdaşların iş vaxtının uçotu müəssisələrin əksəriyyətində məcburi bir funksiyadır. Bu uçot həm əllə, həm də xüsusi proqram təminatının köməyi ilə yerinə yetirilə bilər. Bu məqalədə biz əməkdaşların iş vaxtının uçotunu necə aparmaq və bu prosesi maksimal dərəcədə necə optimallaşdırmaq barədə söz açacağıq.  

Proqram məhsullarının tədricən inteqrasiyası iş saatlarından fayda ilə istifadə etməyə kömək edir. Tətbiqləri dəyişdirməyə ehtiyac yoxdur: bütün servislər bir yerdədir. Hesabatlar bir kliklə formalaşır. Sənədlərdə səhvlərin yaranması ehtimalı sıfra bərabərdir. Vasitəçi proqramların aradan qaldırılması nəticəsində müştəri xidmətinin keyfiyyəti artır.

Müasir CRM sistemləri biznes proseslərinin optimallaşdırılması vəzifəsinin öhdəsindən uğurla gəlir. Biz “Profi Soft”da bir neçə həll təklif edirik:

  • “MoySklad” mağazları sisteminin avtomatlaşdırılması;
  • virtual amoCRM;
  • “Meqaplan” biznesin idarə olunması paneli.

Qeyd olunan məhsullar əvvəlcə müxtəlif məqsədlər üçün hazırlandığından, onların üstünlükləri və əskiklikləri var. “Bitrix24” hər hansı bir iş üçün uyğun universal bir həlldir.

“Bitrix24” şirkətində işin təşkili

“Bitrix24” sistemi müəssisənin səmərəli işləməsi üçün bir sıra alətlərdən ibarətdir. Əməliyyatların tarixi, istehsal cədvəli, müqavilələr, daxili sərəncamlar və işçi heyətinin əlaqələri bir yerdədir. Bütün hesabatlar bir neçə kliklə formalaşdırılır. Email-poçt göndərişləri, hesab-faktura və digər gündəlik əməliyyatlar avtomatlaşdırılır ki, bu da şirkətin gəlirlərinin artmasına təsir göstərir.

Özü də bu zaman, əsas versiya tətbiq tələb etmir və işçilər sistemi bir iş günündə mənimsəyirlər. Əsas funksiyalar “Bitrix24”ün istənilən versiyasında mövcuddur:

  1. Layihələrin yaradılması, tapşırıqların verilməsi və onların yerinə yetirilməsinə nəzarət;
  2. Əməkdaşların iş vaxtının uçotu;
  3. Telefon zəngləri;
  4. İş çatı;
  5. Poçt serveri ilə inteqrasiya;
  6. Satışların optimallaşdırılması;
  7. Eletron sənəd dövriyyəsi.

Digər həllərlə inteqrasiya şirkət əməkdaşlarının işini optimallaşdırmağa imkan verir. 1C-dən kontragentlərin və malların yüklənməsi, müştəri bazasını birbaşa sistemdə saxlamağa imkan verəcək. Qiymətlərə, qalıqlara və ödənişlərə nəzarət etmək, satış hesabatlarını formalaşdırmaq daha asan olacaq. Sosial şəbəkələrdən, onlayn məsləhətçidən və messencerlərdən gələn mesajlara cavab vermək bacarığı müştəri xidmətinin keyfiyyətini artıracaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarəyə götürülmüş torpaq sahələri üzrə vergitutma

posted in: Xəbər | 0

əmlak vergisiİcarəyə götürülmüş torpaq sahələri üçün vergilər necə hesablanır, haraya ödənilir? Suallara vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Məcəllənin 205-ci madddəsində isə göstərilib ki, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

“Torpaq icarəsi haqqında ” Qanun 4-cü maddəsində qeyd edilir ki, torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət (gəlir) əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

“Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən, icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda iaə icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Göründüyü kimi, torpağın icarə haqları müəyyən edilərkən icarəyə verən şəxsin torpaq vergisi ödəyicisi olması fərqləndirilir. Vergi məbləği icarə haqqı müəyyən edilərkən qiymətə təsir edən amil kimi çıxış edir. Bu səbəbdən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarəyəverən tərəfindən, icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda isə icarəyə götürən tərəfindən ödənilməlidir.

Bu baxımdan, dövlətin və bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki və ya hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı və ya bələdiyyə torpaq vergisinin tədiyəçisi olmadığı üçün icarəyə götürən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, qanunvericilikdə güzəştlər nəzərə alınmaqla bu torpaq sahələrinə görə torpaq vergisi ödəməlidir.

İcarəyəverənin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki şəxslərə və müəssisələrə aid olduğu halda icarəyə götürən torpaq vergisi ödəmir. Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 208.6-cı maddəsində göstərilib ki, müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Mənbə: vergiler.az


Bax: İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları hansı qaydada tənzimlənir?



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Texnologiyalar uçotun gələcəyini necə formalaşdırır? (I hissə)

posted in: Xəbər | 0

ABŞ-ın əmək üzrə statistika bürosunun (BLS) məlumatına görə, mühasibat uçotunun parlaq gələcəyi var: 2016-2026-cı illər ərzində mühasiblərin və auditorların sayının 10% artması gözlənilir. Mühasibat peşəsinin gələcəyi yalnız perspektivli görünmür, texnologiyaların inkişafı ilə sözügedən sahənin özü də sürətlə inkişaf etməkdədir. Məsələn, Forbes-in qeyd etdiyi kimi, “avtomatlaşdırma, minibotlar, maşın təlimi və adaptiv intellekt ildırım sürəti ilə maliyyə komandasının bir hissəsinə çevrilir”.

İntellektual texnologiyalar yenilik kimi görünə bilər. Lakin bir çox şirkətlər artıq əsas avtomatlaşdırılmış mühasibat proseslərindən istifadə edirlər. “Forbes”ə görə maşınların yerinə yetirə biləcəyi və ya optimallaşdırdığı mühasibat tapşırıqları və proseslərindən yalnız bir neçəsini diqqətə çatdırırıq: təchizatçıların qoşulması, kreditor borcları, audit, satınalma, xərclərin idarə edilməsi, qapalı emal və müştəri sorğuları. Ağıllı texnologiyalar mövcud iş növlərinə təsir edərək mühasibat uçotunun gələcəyini formalaşdırır. Qabaqcıl sistemlər təkrarlanan işlərin böyük bir hissəsini yerinə yetirdiyindən, insanlar daha çox məlumatların təhlili ilə məşğul olacaqlar. Beləliklə, həmin texnologiyalar məlumatlar və müştərilər arasında vacib bir əlaqə halına gələcəklər.

Əlavə təhsil, yeni inteqrasiya olunmuş mühasibat uçotu texnologiyasını daha tam şəkildə başa düşmək və müştərilərin tövsiyələrini hazırlayarkən qabaqcıl təhlil üsullarını öyrənmək üçün həlledici ola bilər. Məsələn, mühasibat ixtisası üzrə onlayn magistr dərəcəsi qazanmaq, idarəetmə uçotu, məlumatların təhlili və inkişaf etmiş maliyyə hesabatları kimi uğur qazanmağınız üçün lazım olan bir çox bacarıqları əldə etmək imkanı verə bilər. Onlayn mühasibat uçotu magistr proqramında qabaqcıl kurs işi bulud həlldə, avtomatlaşdırmada və blokçeyndə işi əhatə edir. Bu tendensiyaları öyrənmək çox vacibdir, çünki onlar texnoloji landşaftını dəyişdirir və ehtimal ki, mühasibat uçotu sahəsinə uzunmüddətli təsirə malik olacaqlar.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarədə olan binanın təmir xərclərinin hesablanması

posted in: Xəbər | 0

Əmək haqqı hesablanması, sosial sığorta, Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş Mühasibİnzibati binası olmayan bir sıra qurumlar əməkdaşlarının iş şəraitinin təmin edilməsi məqsədilə binaları icarəyə götürürlər. Adətən bu binalarda təmir işləri həyata keçirilir. Bəs həmin xərclər hansı qaydada hesablanır?

Suala aydınlıq gətirən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, həmin hesablaşmalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Q-19 nömrəli Qərarının 4.7-ci bəndi ilə tənzimlənir.

Misal: Tutaq ki, büdcə təşkilatı Bakı şəhərində aylıq ödənişi 3.500 manat olan (illik 42.000 manat) binanı icarəyə götürüb. İcarəyə götürülən binada iş şəraitinin əlverişli olmaması səbəbindən icarəyə götürən tərəfindən 15.000 manat məbləğində təmir işləri görülüb. Bu halda sərf olunmuş 15.000 manatlıq təmir işləri uçotda neçə əks olunacaq və vəsaiti kim ödəməlidir?

Qeyd edək ki, icarəyə verənlə bağlanmış müqavilə şərtələrinə uyğun olaraq icarəyə götürülmüş bina əsas fond olaraq uçota alınmayacaq. Yuxarıda qeyd edilən misalda sərf olunmuş təmir məsrəflərinin uçotda əks olunması iki üsulla aparılır:

1. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir və təmir işlərinin məbləği icarəyə verən tərəfindən ödənilir.

2. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin məbləği icarə haqqının azaldılması yolu ilə icarəçinin öz vəsaitləri hesabına aparılır.

Təmir işləri üzrə məbləğlərin ödənişi icarə haqqının azaldılması yolu ilə aparılmaqla uçota alındıqda aşağıdakı mühasibat yazılışları verilir:

Təmir məbləği:

DT – 143 (verilmiş qısamüddətli avanslar) – 15.000 manat

KT – 103 (bankda olan hesablaşma hesabları) – 15.000 manat

Aylıq icarə məbləği:

DT – 122-9 (sair məsrəflər, icarə xərci) – 3.500 manat

KT – 309 (digər qısamüddətli kreditor borclar, icarə üzrə) – 3.500 manat

İcarə məbləği azaldılır:

DT – 309 (digər qısamüddətli kreditor borclar, icarə üzrə) – 3.500 manat

KT – 143 (verilmiş qısamüddətli avanslar) – 3.500 manat.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 927 928 929 930 931 932 933 2. 692