Ən varlı dövlət

posted in: Xəbər | 0

Dünyada ən varlı dövlət – Fars körfəzində yerləşən kiçik ərəb ölkəsi olan Qətər hesab olunur. Elə də böyük olmayan əraziyə və az sayda əhalisi olmasına baxmayaraq, bu ölkə artıq neçə ildir ki, əsas iqtisadi göstəricilərə görə liderdir. Bu gün nəinki kiçik bir dövlət, heç istənilən böyük dövlət də stabil iqtisadi vəziyyəti ilə öyünə bilməz. Bax, Qətərin unikallığı elə bundadır.

İyirminci əsrin ortalarına qədər Qətər isti səhrada yerləşən, feodalizm həddində qalmış kasıb ərəb dövləti idi. Ölkədə iqtisadiyyatın yüksəlişi 1971-ci ildə qaz yatağının kəşfindən sonra başlanılıb. Həmin andan Qətərə pul axını başladı, sənayesi inkişaf etdi, yollar və şəhərlər tikilməyə başladı. Yeni maliyyə imkanları sayəsində Qətər iqtisadi inkişafı üçün xarici mütəxəssisləri fəal şəkildə cəlb etməyə başladı. Onların köməyi ilə bir neçə neft yatağı aşkar edilmiş, metallurgiya və kimya sənayesi yaradılmış, mühəndis və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. İslam dövlətinin müasir inkişaf səviyyəsini daha asan təsəvvür etmək üçün bir neçə faktı nümunə gətirək.

Qətər barədə ümumi iqtisadi və demoqrafik məlumat:

– adambaşına düşən ÜDM 129 638 ABŞ dolları təşkil edir (dünyada birinci yer);

– təbii qaz ehtiyatına görə dünyada üçüncü yer;

– təbii qazın ixracı üzrə dünyada altıncı yer;

– neft və neft məhsullarının ixracına görə dünyada iyirmi birinci yer;

– ÜDM-nin 50%-ni neft və qaz istehsalı və satışları verir;

– 10% vahid korporativ vergi dərəcəsi (dünyada ən aşağı vergi dərəcəsindən biri);

– əhalinin 90%-i paytaxtda cəmləşib;

– əhalisi 2 766 459 nəfərdir;

– ölkə əhalisinin 12%-ni yerli sakinlər təşkil edir;

– əhalinin savadlılıq səviyyəsi 98,5%-dir;

– ölkədə işsizlik səviyyəsi 0,1% təşkil edir;

– orta aylıq əməkhaqqı 3300 dollar təşkil edir;

– əhalinin 68,1%-i dövlət bölməsində çalışır.

Ölkənin maliyyə vəziyyətinin yaxşı olmasına baxmayaraq, Qətər hökuməti öz dövlətinin gələcəyinə böyük diqqət yetirir. Qətər öz infrastrukturunun yaradılmasına və inkişafına külli miqdarda maddi vəsaitlər yatırır: metro, yollar, aeroportlar, xəstəxanalar, şəhərlər, həmçinin yeni stadionlar, muzeylər və məscidlər. İnvestisiya strategiyasında yerli maliyyəcilər tərəfindən xarici aktivlərə pul qoyuluşuna xüsusi önəm verilir: xarici şirkətlər, texnologiyalar və daşınmaz əmlak. Qətər hökuməti ildən-ilə əsas vəzifəsinin ölkə iqtisadiyyatının neft və qaz asılılığından tədricən uzaqlaşmalı olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, bu onlarda yaxşı alınır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

posted in: Vergi, Xəbər | 0

Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə (və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə (ÖMV) düşürmü?

Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan faiz gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Eyni zamanda, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb olunur.

Mənbə: vergiler.az


Bax: Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi

posted in: Xəbər | 0

Qeyri-rezident, onlayn xidmət, vergi uçotu, Kompensasiyalara görə vergi, Sadələşdirilmiş vergi ödəyicisi, güzəşt, güzəştlər, vergi tutulmaları, Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Turizm mövsümünün başlanması ilə bu sahədə çalışan vergi ödəyicilərinin aktivliyi artır. Artıq turagentlər aviabiletlərin satışına başlayıb, turpaketlərə təkliflər artıb. Bu sahədə vergi öhdəlikləri ilə bağlı yaranan suallara iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Turagent kimi fəaliyyət göstərən şirkət müxtəlif aviakompaniyalardan və otellərdən bilet alır və aldığı qiymətə də öz müştərilərinə təqdim edir. Onun gəliri yalnız həmin biletin satışından bileti satan şirkətlə bağlanmış müqaviləyə əsasən razılaşdırılmış müəyyən faizli komissyadan gəlir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Əgər vergi ödəyicisi əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmət göstərirsə, bu zaman onun rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır. Həmin məbləğ 30 faizdən çox olduqda şirkət sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergi ödəyicisi olur.

Bundan sonra mənfəət və ya gəlir vergisinin ödəyicisi olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir. Beləliklə, aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən aparılır.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Qeyd: “Turizm haqqında” Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür.

Qanuna əsasən, turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:

– turların satışı;

– turizm məhsulunun hərəkətə gətirilməsi və satışı.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kalkulyatorun bilinməyən sirləri

posted in: Məqalə, Xəbər | 0

Kalkulyatorun sadəcə bəsit riyazi hesablar aparmaq üçün yararlı olduğunu düşünürsünüz? Bəs sizə hətta kalkulyatorun yaddaşında bir neçə əməliyyat aparmaq mümkündür desək necə? Həm əhəmiyyətli, olduqca da maraqlı kalkulyator hiylələri ilə aşağıda tanış ola bilərsiniz.

Kalkulyatordakı yaddaş düymələri: 

M+ – ekrandakı rəqəmin yaddaşa əlavə olunması

M- – ekranda olan rəqəmin yaddaşdan çıxılması

MR – rəqəmin yaddaşdan ekrana çıxarılması

MC – yaddaşın sıfırlanması

MRC – rəqəmin yaddaşdan ekrana çıxarılması, təkrar basılma – yaddaşın sıfırlanması

MU/MD – mark up (MU) maya dəyəri və gəlir payının faizi əsasında malın qiymətini hesablamağa imkan verir, mark down (MD) isə  – satış qiyməti və gəlir payının (və ya zərər) faizi əsasında malın maya dəyərini hesablamağa imkan verir.

Yaddaşda nəticəni toplamaq olur.

Əgər ardıcıl yerinə yetirilsə:

2X2 = M+ – ekranda 4 rəqəmi görünəcək, yaddaşda da 4 rəqəmi olacaq;

6 – 1 = – ekranda 5 rəqəmi görünəcək,  M+ , MR yaddaşda isə 9 rəqəmi olacaq;

7 : 2 = M – – ekranda 3.5, yaddaşda isə 5.5 rəqəmi olacaq;

MR – ekranda 5.5 rəqəmini görəcəyik.


Bax: Pul tarixindən 9 qeyri-adi fakt



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 936 937 938 939 940 941 942 2. 684