Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (II hissə)

posted in: Xəbər | 0

Yaxşı əməkdaşların motivasiyasını itirmələrinin 4 səbəbi (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

2-ci səbəb. Özünə inamsızlıq: “Mən bunu edə bilmərəm”.

Biznes hesabi
İcraçılar səmimi şəkildə əmin ola bilər ki, tapşırığı yerinə yetirmək üçün lazımi bacarıqlara, resurslara və ya digər imkanlara malik deyillər. Bu hallarda onlar qarşıya qoyulmuş hədəfə çatmaq üçün səy göstərməyə motivasiya olunmayacaqdır. İnsanda özünəinam və səriştəlilik aşılamağa çalışın. Bu, bir neçə yolla edilə bilər. Bunlardan biri – insanın problemlərin öhdəsindən gəldiyi keçmiş uğurlarından nümunələr gətirməkdir. Eləcə də digər insanların həyatından da nümunələr gətirmək və onların oxşar çətinliklərdən necə dəf etmələrindən bəhs etmək olar. Tapşırığı tədricən çətinləşdirə və ya işçinin öhdəsindən gələ biləcəyi kiçik hissələrə ayıra bilərsiniz.

Özündənrazılıq. Bəzən əksinə olur – əməkdaşlar öz imkanlarını çox şişirdirlər. Onlar özlərini o dərəcədə ixtisaslı mütəxəssislər kimi hiss edirlər ki, “öz səviyyələrindən” olmayan bayağı tapşırıqlarla məşğul olmaq istəmirlər. Özündən həddən ziyadə razı olan adamları idarə etmək də çox çətindir. Onlar çox vaxt ciddi səhvlərə yol verirlər, çünki əmindirlər ki, bu işi necə düzgün etməyi yalnız onların özləri bacarırlar. Belə adamlarla qarşılıqlı fəaliyyət zamanı onların qabiliyyətlərini və ya təcrübələrini şübhə altına almamaq çox vacibdir. Bunun əvəzinə, nəticəyə olan bütün tələbləri nəzərə almadıqlarını və buna görə vəzifəni yerinə yetirmək üçün yanlış bir yanaşma seçdiklərini onlara izah edin.

3-cü səbəb. Dağıdıcı emosiyalar: “Mən o qədər ruhdan düşmüşəm ki, bunu edə bilmərəm”.

Əgər işçilər narahatlıq, qəzəb və ya depressiya kimi mənfi emosiyalara qapılıblarsa, onlarda məhsuldar işləmək həvəsi yoxdur. Sakit söhbət aparmaq üçün əlverişli bir anı gözləyin. İşçinin niyə üzgün olduğunu başa düşməyə çalışdığınızı söyləyin.

Aktiv dinləmə vasitələrini tətbiq edin. Sizə eşitdiklərinizlə razılaşmaq və ya razılaşmamaq lazım deyil, ən yaxşısı bitərəf qalaraq sadəcə sualları davam etdirmək və şəxsin əhvalının pozulmasının səbəblərini elə onun özündən aydınlaşdırmaqdır. Sonra sizə söylənilənləri qısaca ümumiləşdirin və hər şeyi düzgünmü başa düşdüyünüzü dəqiqləşdirin. Əgər sizə “yox” cavabı verilərsə, üzr istəyin və daha bir dəfə izah etməsini xahiş edin. Söyləyin ki, onu daha diqqətlə dinləyəcəksiniz. Adamlar başa düşüldüklərini hiss etdikdə, mənfi emosiyalar zəifləyir. Həmçinin fasilə götürməyi də sınayın: əməkdaşa deyin ki, onun söylədikləri üzərində düşünmək istəyirsiniz və söhbətləşmək üçün yeni vaxt təyin edəcəyinizi bildirin. Belə bir gediş çox vaxt insana emosiyalarını nəzarət altına almağa kömək edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun